13/05/2026
Konjenital adentiya (anadangəlmə diş əskikliyi) — estetik və funksional reabilitasiya.
Bu klinik halda 39 yaşlı pasiyentimizdə anadangəlmə diş əskikliyi (konjenital adentiya) müşahidə olunurdu. Ön estetik zonada mövcud boşluq həm gülümsəmənin harmoniyasını pozur, həm də pasiyentdə uzun illər narahatlıq yaradırdı.
Müalicə planlamasında məqsədimiz yalnız boşluğu bağlamaq deyil, həm də pasiyentin üz cizgilərinə uyğun, təbii və balanslı bir gülümsəmə yaratmaq idi.
Bu məqsədlə pasiyentin estetik və funksional ehtiyacları nəzərə alınaraq zirkonium qapaqlarla tam reabilitasiya həyata keçirildi.
✨ Nəticə:
• Təbii görünüşlü və harmonik gülümsəmə
• Estetik proporsiyaların bərpası
• Funksional komfortun təmin olunması
• Pasiyentin özünəinamının geri qaytarılması
Hər gülümsəmənin arxasında düzgün diaqnoz, fərdi planlama və detallara verilən önəm dayanır.
Dr. Rəşad Hacıyev
Smile Designer