Lacin Abbasova

Lacin Abbasova Endokrin sistem | Diabet | Tiroid
🔹Azərbaycan Tibb Universiteti
🔹Ankara Üniversitesi Tıp Fakültesi
📍Mərkəzi Neftçilər Xəstəxanası
📍Milan Hospital

Bəzən heç bir şikayət olmadan belə orqanizmdə hormonal və metabolik dəyişikliklər baş verə bilər. Məhz buna görə bəzi la...
23/07/2026

Bəzən heç bir şikayət olmadan belə orqanizmdə hormonal və metabolik dəyişikliklər baş verə bilər. Məhz buna görə bəzi laborator analizlər sağlamlığın qiymətləndirilməsində bizə mühüm məlumat verir.
Bu postda endokrinologiyada ən çox tövsiyə olunan analizlərdən bəzilərini sizin üçün sadaladım. Ancaq unutmayın ki, hər analiz hər kəs üçün vacib deyil. Hansı analizlərin lazım olduğuna yaşınız, şikayətləriniz, yanaşı xəstəlikləriniz və ümumi sağlamlıq vəziyyətiniz əsasında qərar verilməlidir.
Doğru analiz, doğru diaqnoz və düzgün müalicənin ilk addımıdır.

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

📊 Analizdə xolesterinin yüksək çıxması hər zaman təhlükə demək deyil.Əsas məsələ onun növünü, səviyyəsini və digər risk ...
20/07/2026

📊 Analizdə xolesterinin yüksək çıxması hər zaman təhlükə demək deyil.

Əsas məsələ onun növünü, səviyyəsini və digər risk faktorları ilə birlikdə düzgün qiymətləndirməkdir. Xolesterin orqanizm üçün vacib funksiyalar daşıyır, problem isə balans pozulduqda yaranır.

Unutmayın, analiz nəticələrini özünüz şərh etməyin. Düzgün diaqnoz və fərdi yanaşma üçün mütləq endokrinoloqa müraciət edin. 💙

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

14/07/2026

Ozempic və Mounjaro arıqlamağa kömək edə bilər. Ancaq bu preparatlar hər kəs üçün uyğun deyil və yalnız həkim qiymətləndirməsindən sonra istifadə olunmalıdır.
Davamlı nəticə üçün dərmanla yanaşı düzgün qidalanma, fiziki aktivlik və əzələ kütləsinin qorunması da vacibdir.
Sizin üçün uyğun müalicə planını müəyyən etmək üçün endokrinoloqa müraciət edin.

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

10/07/2026

Artıq çəki olub analizlərin normal çıxması hər zaman metabolik sağlam olduğunuz anlamına gəlmir.
Riski qiymətləndirmək üçün təkcə şəkər və xolesterin deyil, bel çevrəsi, bədən yağlanması, qaraciyərin vəziyyəti və digər göstəricilər də nəzərə alınmalıdır.
Əgər artıq çəkiniz varsa, metabolik risklərinizi vaxtında qiymətləndirmək üçün endokrinoloqa müraciət edin.

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

07/07/2026

Yüksək təzyiq hər zaman yalnız stress, yaş və ya duzlu qidalanma ilə əlaqəli olmur. Bəzi hallarda səbəb hormonal pozğunluqlar da ola bilər.

Əgər təzyiqiniz gənc yaşdan başlayıbsa, bir neçə dərmana baxmayaraq normallaşmırsa və ya bununla yanaşı ürəkdöyünmə, tərləmə, baş ağrısı kimi şikayətləriniz varsa, endokrin səbəblərin araşdırılması vacibdir.

Düzgün diaqnoz və vaxtında müalicə təzyiqin daha yaxşı nəzarət olunmasına, bəzi hallarda isə tam normallaşmasına kömək edə bilər.

📍 Şübhələriniz varsa, mütləq endokrinoloqa müraciət edin.

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

03/07/2026

Haşimoto diaqnozu hər zaman ömürboyu dərman istifadəsi demək deyil.

Müalicə qərarı yalnız anticisimlərin (Anti-TPO, Anti-Tg) yüksək olmasına görə verilmir. Əsas meyar qalxanabənzər vəzin hormon fəaliyyətinin – TSH və sərbəst T4 göstəricilərinin qiymətləndirilməsidir. 🩺

Hər xəstənin vəziyyəti fərqlidir. Buna görə də analizlərinizi özbaşına şərh etməyin və müalicəyə həkim məsləhəti olmadan başlamayın.

📍 Dəqiq diaqnoz, düzgün müalicə və müntəzəm izlənmə üçün endokrinoloqa müraciət edin. Sağlamlığınızla bağlı qərarları mütəxəssislə birlikdə verin. 💙

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

30/06/2026

Analizdə kalsiumun yüksək çıxması pasiyentlərdə dərhal ciddi narahatlıq yarada bilər. Amma tək bir yüksək nəticə hər zaman təhlükəli xəstəlik demək deyil.

Yəni nəticəni görən kimi panikaya düşmək yox, onu düzgün mütəxəssislə birlikdə səbəbləri üzrə dəyərləndirmək lazımdır.✅

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

Haşimoto — qalxanabənzər vəzinin ən çox rast gəlinən autoimmun problemlərindən biridir. 🦋Bu zaman immun sistemi səhvən q...
29/06/2026

Haşimoto — qalxanabənzər vəzinin ən çox rast gəlinən autoimmun problemlərindən biridir. 🦋

Bu zaman immun sistemi səhvən qalxanabənzər vəziyə hücum edir və zamanla vəzinin hormon istehsalı zəifləyə bilər.

Əgər son zamanlar özünüzü halsız hiss edir, saç tökülməsi, çəki artımı və üşümə kimi əlamətlər yaşayırsınızsa, bunu “keçib gedər” deyə düşünməyin.👇🏻

Qalxanabənzər vəzinizin vəziyyətini yoxlatmaq üçün müayinəyə yazılın. 📩

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

25/06/2026

Şəkərli diabetin müalicəsi çox vaxt yalnız dərman qəbulundan ibarət deyil. Ən vacib mərhələ gündəlik həyat tərzinin düzgün qurulmasıdır.

Balanslı qidalanma, müntəzəm fiziki aktivlik, sağlam çəkinin qorunması, keyfiyyətli yuxu və qan şəkərinin nəzarətdə saxlanılması müalicənin əsas hissəsidir. Bu dəyişikliklər insulin həssaslığını yaxşılaşdıra və qan şəkərinin daha stabil olmasına kömək edə bilər.✅

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

23/06/2026

Haşimoto xəstələri üçün qlütensiz, südsüz və ya xüsusi “autoimmun pəhrizlər” haqqında çoxsaylı məlumatlar yayılır. Lakin hər pasiyentin eyni pəhrizə ehtiyacı yoxdur və müəyyən qidaları səbəbsiz yerə menyudan çıxarmağın xəstəliyi müalicə etdiyi sübut edilməyib.

Haşimoto üçün ən doğru yanaşma sosial mediadan deyil, analiz nəticələrinizə və fərdi ehtiyaclarınıza əsasən endokrinoloq tərəfindən müəyyən edilməlidir. ✅

Qəbul üçün⬇️
📞 (+994) 50 378 43 29
📞 (+994) 50 300 43 29
📍Nərimanov r-nu 1, Əhməd Rəcəbli 21

Address

Mərkəzi Neftçilər Xəstəxanası
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Lacin Abbasova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category