Psixoterapevt Fətəliyev

Psixoterapevt Fətəliyev Ümümi və şəxsi konsultasiyalar
Grup terapiyasi
Hipnoterapiya
Geştalt terapiya
NLP və Kouçluq
Karyera və biznes kouçluqı

04/12/2025
29/02/2024

Maskalanmış Narsis Psixoloqlar

28/01/2024

İstedad və Uğur!

ÖVLADINI QƏTLƏ YETIRMIŞ QADINLARIN TIPOLOGIYASI VƏ PSIXOLOJI XÜSUSIYYƏTLƏRIÖvladını qətlə yetirmiş anaların 6 tipini fər...
28/01/2024

ÖVLADINI QƏTLƏ YETIRMIŞ QADINLARIN TIPOLOGIYASI VƏ PSIXOLOJI XÜSUSIYYƏTLƏRI

Övladını qətlə yetirmiş anaların 6 tipini fərqləndirirlər:
1. Körpəsini döyərək öldürən analar –bu tipdə övladının qətli p*s əhval zamanı,
qəfl, impulsiv və qəddar akt kimi təzahür edir. Aqressiyaya stimul kimi uşağın davranışı
çıxış edir. Bu tipdə reaktiv depressiya, aşağı intellekt müşahidə edilir. Bununla belə bu
faktorların onların davranışına təsiri əhəmiyyətsizdir. Bu zaman sosial faktorlar və
psixoloji stress daha əhəmiyyətli rol oynayır.
2. Psixi xəstə analar(psixi xəstəlik üzündən övladını qətlə yetirən analar)- bu tip
üçün də suisidal cəhdlərlə müşayiət edilən reaktiv depressiya səciyyəvidir.
3. Yeni doğulan körpəsini öldürən analar – onlarda psixi pozuntular müşahidə
edilmir. Bura tənha və ya boşanmış qadınlar aid edilir. Qanunsuz övladlarını dərhal
doğumdan sonra qətlə yetirir. Onlarda dissosiasiya dərəcəsi eləcə də hamiləliyin inkarı
zamanla qabarıq ifadə edilmiş isterik müdafiə mexanizmi şəklində təzahür edir.
4. Intiqam alan ana-həyat yoldaşına olan aqressiyasını uşağa yönəldir. Bu qadınlar
üçün suisidal cəhdlər xasdır. Ağır psixi pozuntular, aqressiya, impulsiv davranışla
müşayiət edilir.
5. Arzu edilməz övladını qətlə yetirən analar- bu tip impulsiv, antisosial
davranışla, kriminal keçmişlə fərqlənir. Narkotik maddədən asılıdır. Bu tip övladını
əvvəlcədən düşünülmüş plan üzrə aqressiv şəkildə, ya da ac saxlamaqla öldürür.
6. Yaxşı məram, rəhimdilliklə bağlı körpəsini qətlə yetirən analar – uşağı çətin
həyatdan xilas etmək üçün qətlə yetirir.
Məlumdur ki, bir çox qadınlarda doğumdan sonra psixi pozuntular təzahür edir.
Qadınlarda ən geniş yayılmış psixi pozuntu doğumdan sora baş qaldıran şizofreniya və ya
reaktiv psixoz vəziyyətidir. Şizofreniya qadında xroniki psixi pozuntunun olmasından
xəbər verir və bu halda qadın anlaqsız sayılır. Kəskin şizofreniya tutmaları zamanı
müşahidə edilən depressiv-paranoid sindrom zamanı bu qadınlarda bitməmiş suisid
müşahidə edilir.
Bu zaman onlarda depressiv vəziyyət psixotik xarakter daşıyır. Şüurun pozulması,
affektiv və iradi pozuntular, aqressiv əməllər impulsiv xarakter daşıyır. Bu tip qadınlar
əməllərinin xarakterini və mənasını dərk edə bilməməsindən xəbər verir və bu qadınlar
anlaqsız hesab edilir.
Əgər qadında psixotik xarakter daşımayan psixogen depressiya müşahidə edilirsə,
belə depressiya situasiya ilə şərtlənir və psixoz səviyyəsinə çatmır. Onlarda psixotik
depressiya əlamətləri müşahidə edilmir. Onlar cinayəti çox məqsədyönlü törədir ki, bu da
onların anlaqlı olduğunu göstərir. Qadının uşağa münaisbətdə aqressiv davranışı xüsusilə
emosional qeyri-sabitlik, sərxoşluq vəziyyətində təzahür edir. Bu cür davranış psixopatik
xüsusiyyətlərlə də bağlı ola bilər. Belə tip qadınlar uşağı qətlə yetirdikdən sonra özlərini
günahlandırır.
Övladına qarşı belə bir davranış həm də psixi travma vuran şəraitlə şərtlənmiş
emosional gərginliklə də bağlı olur.
Psixi travma vuran şərait kimi uşağın arzuedilməz olması məqamıdır. Konflikt uşağı
dünyaya gətirmək istəyi ilə ətrafdakıların əks tələbi arasında yaranır.
Psixi cəhətdən sağlam analar cinayəti məqsədyönlü şəkildə törədir. Onlarda əməllərin
dərkində heç bir problem yoxdur. Öldürmək motivi isə hələ uşaq dünyaya gəlməmiş
yaranır. Səbəb kimi isə maddi çətinlik və uşağın qanunsuz olması göstərilir.

Address

Baku
AZ1027

Alerts

Be the first to know and let us send you an email when Psixoterapevt Fətəliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoterapevt Fətəliyev:

Shortcuts

Share