Psixoloq Ruhiyyə Rüstəmova

Psixoloq Ruhiyyə Rüstəmova İstənilən psixoloji problemlər

Cross-Coaching.Çətin tərbiyə olunan uşaqlar

İnsan 40 yaşında yaşamağa başlayır.Carl Gustav Yunqun fikirlərinə görə insanın özünü tapması və “həqiqi mən”ə doğru yolç...
28/07/2025

İnsan 40 yaşında yaşamağa başlayır.
Carl Gustav Yunqun fikirlərinə görə insanın özünü tapması və “həqiqi mən”ə doğru yolçuluğu adətən həyatın ikinci yarısında — təxminən 35-40 yaşından sonra başlayır. Yung bu prosesi “individuasiya” adlandırır. Onun düşüncəsinə görə: 🌱 1. Həyatın birinci yarısı – Sosial şəxsiyyətin qurulması:
• İnsan bu mərhələdə cəmiyyətə uyğunlaşmağa, karyera qurmağa, ailə sahibi olmağa çalışır.
•Xarici rollar — ana, ata, işçi, vətəndaş — əsas yer tutur.
•Şəxsiyyətin bir hissəsi olan “persona” (maskamız) ön plana keçir. 2. Həyatın ikinci yarısı – Özünü tanıma və dərinləşmə:
•Təxminən 40 yaşdan sonra insanın sualları dəyişir: “Mən kiməm? Nə üçün yaşayıram? Gerçək istəyim nədir?”
•Daxili dünyaya yönəlmə, mənəvi axtarış və kölgə tərəflərlə üzləşmə başlayır.
•Artıq məqsəd uğur deyil, mənəviyyat, tarazlıq və özünə sadiqlik olur. Yungun bu fikrini belə xülasə etmək olar: “İnsan 40 yaşa qədər dünyanı qazanmaq üçün yaşayır, 40-dan sonra isə öz ruhunu axtarmağa başlayır.”Gənclikdə biz başqalarının gözündə “kimik” sualına cavab axtarırıq.
40 yaşdan sonra isə öz içimizdə “Mən kiməm?” sualına.
✨ Yung deyirdi:
“Həyatın ilk yarısı bina tikmək kimidir. İkinci yarısı isə evin içinə girib yaşamaq.”

Bu yaşdan sonra uğur, status və gözləntilər ikinci plana keçir.
İnsan öz ruhunu, kölgəsini, gerçək istəyini axtarmağa başlayır.

Bu dövr dəyişimin deyil, dərinləşmənin başlanğıcıdır.
Bəlkə də, elə əsl həyat indi başlayır….

Sən birinə haqsızlıq etdikdə, həyat səni başqasının ədaləti ilə tərbiyə edir.” ⚖️Yəni sən kiməsə haqsızlıq etdiyini düşü...
03/07/2025

Sən birinə haqsızlıq etdikdə, həyat səni başqasının ədaləti ilə tərbiyə edir.” ⚖️

Yəni sən kiməsə haqsızlıq etdiyini düşünmürsən bəlkə də — amma həyat bu balansı pozmaz. Bir yerdə etdiyin haqsızlıq, başqa bir yerdə qarşına ədalət olaraq çıxır. Bəlkə bu, başqasına etdiyin haqsızlığın əks-sədasıdır? Bəlkə heç tanımadığın və gözləmədiyin biri ədalətli davranışı ilə oyadır? Bu, kainatın ədalət qanunudur — görünməz olsa da, mütləq işləyir. Haqsızlıq etdiyin yerdə cavab gəlməz bəlkə.
Amma həyat susmaz — ədaləti başqasının əli ilə sənə verir. 🇦🇿❤ ədalət

Əziz Dostlar  Sizləri Yeniyetmələrdə Depressiya və Affektiv Pozuntular mövzusu üzrə keçirilən seminarda iştirak etməyə d...
14/06/2025

Əziz Dostlar Sizləri Yeniyetmələrdə Depressiya və Affektiv Pozuntular mövzusu üzrə keçirilən seminarda iştirak etməyə dəvət edirik. Seminar 21 İyun saat 11:00 da Erkən Müdaxilə Mərkəzində keçitiləcək. Qeydiyyat üçün DM ya 070-204-02-07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yerlər məhdutdur.

YOGA NƏDİR? Yoga yalnız fiziki hərəkətlər deyil, eyni zamanda daxili sakitlik və zehni balans əldə etməyə yönəlmiş bir h...
12/06/2025

YOGA NƏDİR?
Yoga yalnız fiziki hərəkətlər deyil, eyni zamanda daxili sakitlik və zehni balans əldə etməyə yönəlmiş bir həyat tərzidir. Yoganın əsas məqsədi
• Bədən və zehn arasında harmoniya yaratmaq
• Zehni sakitləşdirmək və konsentrasiyanı artırmaq
• Fiziki sağlamlığı və elastikliyi qorumaq
• Stress və narahatlıqla mübarizə aparmaq. 🧠 Yoganın psixoloji faydaları
• Stressi azaldır
• Narahatlıq və depressiya ilə mübarizə aparmağa kömək edir
• Özünü daha yaxşı tanımağa və dərk etməyə yardım edir
• Özünə inamı və emosional dayanıqlılığı artırır

🏃‍♀️ Fiziki faydaları
• Duruşu düzəldir
• Əzələ və sümük gücünü artırır
• Enerji səviyyəsini yüksəldir
• Həzm və tənəffüs sistemlərini yaxşılaşdırır. 🇦🇿🇹🇷

Address

Bakı şəhəri. Xocalı Pr. 14
Baku
[email protected]

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994702040207

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Ruhiyyə Rüstəmova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloq Ruhiyyə Rüstəmova:

Shortcuts

Share

Category