Pediatr Səidə Əhmədova

Pediatr Səidə Əhmədova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pediatr Səidə Əhmədova, Doctor, Xətai r-nu, Y. Səfərov küç . 19, Baku.

Pediatr Səidə Əhmədova
💉İstanbul Marmara Eğitim araşdırma hastanesi
💉Almaniya Helios klinik
💉K.Fərəcova Elmi-tədqiqat pediatriya İnstitutu
📚 ATU-pediatriya fakültəsi

UŞAQLARDA QƏBİZLİK👇Qəbizliyin simptomları və səbəbləri uşağın yaşından asılı olaraq dəyişir. Lap kiçik uşaqlarda qəbizli...
19/08/2022

UŞAQLARDA QƏBİZLİK👇
Qəbizliyin simptomları və səbəbləri uşağın yaşından asılı olaraq dəyişir. Lap kiçik uşaqlarda qəbizlik daha çox qida ilə bağlıdır. Məsələn, az lifli və qəbizlik yaradan qidalarla qəbul etdikdə Qəbizlik də uşaq kifayət qədər su içmədikdə, xüsusilə qızdırma və ya isti havalarda baş verir. Uşaq üçün stresli vəziyyətlər də qəbizliyin səbəbidir. Nəhayət, bəzi dərmanlar qəbizlik yarada bilər.
👉Qəbizliyin meydana çıxmasında genetik amillər də rol oynayır yəni ailədə hər hansı bir insanda-atada, anada, nənə və ya babada qəbzlik müşahidə olunursa, uşaqda da olma ehtimalı böyükdür. Qəbizliyin uzun müddət baş verməsi bəzən nəcisi saxlaya bilməməyə-enkoprezə səbəb olur ki, bu da uşaqda kompleksin, özünə inamsızlığın əmələ gəlməsinə və psixoloji problemlərə yol açır. Həmçinin böyük nəcis kütləsinin sidik kisəsinə təzyiqi nəticəsində sidiyi saxlaya bilməmək-enurez meydana çıxır. Bərk nəcis kütləsi bağırsaq divarını zədələyərək düz bağırsaqda çatlar əmələ gətirir. Bu zaman bəzən nəsib üzərində qan görünə bilər. Hemorroy da qəbizliyin fəsadlarından biridir. Qəbizlik zamanı nəcisin tərkibində olan zərərli maddələr yoğun bağırsaqda ləngidiyi üçün qana sorulur və bu da öz növbəsində müxtəlif simptomlara və xəstəliklərə yol açır. Müxtəlif allergiyalarin (dəri, bronx) qəbizliklə birbaşa əlaqəsi var. Toksiki maddələrin orqanizmə təsiri nəticəsində ürəkbulanma, qusma, iştahsızlıq müşahidə oluna bilər. Bağırsaqda qidalı maddələrin sorulması pozulduğu üçün müxtəlif vitamin və mikroelement defisiti, ümumi halsızlıq və ya əksinə, oyanıqlıq, baş ağrıları, yuxusuzluq, depressiya halı olur. Dərinin vəziyyəti də birbaşa bağırsaqdan asılı olduğu üçün qəbzlik zamanı, dəri quruluğu, dəridə müxtəlif səpgilər çatlar, qaşınma və s. müşahidə olunur.

👩‍⚕️Əgər övladınızda qəbizlik varsa, mütləq həkimə müraciət edin.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

Hər vaxtınız xeyir.😊Yay fəslində uşaqlara peyvənd vurdurmaq olar❓👩‍⚕️Bəzən valideynlər elə düşünür ki, yay aylarında uşa...
12/08/2022

Hər vaxtınız xeyir.😊
Yay fəslində uşaqlara peyvənd vurdurmaq olar❓
👩‍⚕️Bəzən valideynlər elə düşünür ki, yay aylarında uşaqlara peyvənd vurmaq olmaz. Lakin dostlar bu heç də belə deyil. Peyvənd təqvimə uyğun, uşağın aylığı və yaşı nə zaman tamam olursa, o zaman vurulur. Bəzən valideyn hər hansı səhvə yol verir, uşağı vaxtında peyvəndə aparmır. Lakin peyvəndlərin yay fəslində vurulmaması kimi qayda, qanun yoxdur. Peyvənd il boyu, fəsildən asılı olmayaraq aparılır.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

Hər vaxtınız xeyir. Bu isti yay günlərində valideynləri narahat edən problemlərdən biri də "Bişməcədir".Bəs bişməcə nədi...
10/08/2022

Hər vaxtınız xeyir. Bu isti yay günlərində valideynləri narahat edən problemlərdən biri də "Bişməcədir".
Bəs bişməcə nədir❓
Körpə bezinin dəriyə toxunduğu hissədə əmələ gələn qızarıqlıq və qabartı formasında görünən dəri problemidir.
Forması:👇
Yüngül və ciddi qızartı fomasında olur.
Əlamətləri👇
1.Suluqlama,
2.Dərinin soyulması,
3.Dərinin açılması,
4.Dərinin iltihablanması.
Bəs niyə yaranır❓
1.Nəm bezin uzun müddət körpənin dərisi ilə təmasda olması.
2.Bezin sıx bağlanması.
3.Bezin gec-gec dəyişdirilməsi.
4.Uşaqda olan qarın ağrısı.
5.Antibiotikdən çox istifadə.

Qarşısını necə almaq olar❓
1.Sabundan istifadə edilməməli.
2.Bez tez-tez dəyişdirilməli.
3.Yumuşaq bezlərdən istifadə olunmalı.
4.Uşağı yuyundurduqdan sonra bir müddət açıq saxlamalı.
5.Yeni bez geyindirilmədən əvvəl dəri yaş pambıq və ya nəm salfetlə təmizlənməli.
6.Bişməcəyə qarşı krem çəkilməli.
7.Bez bağlanan bölgə quru və təmiz saxlanılmalıdır.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

08/08/2022

Körpələrin sağlam inkişafı üçün kifayət qədər yatmaqları vacibdir.💤 Bəs uşaq rahat yatsın deyə yastıqdan istifadə edək yoxsa yox❓😴
🔸Mütəxəssislər 2 yaşına qədər körpələri yastıqsız yatızdırmağı tövsiyə edir. Tənəffüs yollarının qısa boynu səbəbindən 2 yaşa qədər ani körpə ölümü baş verə bilər.
🔸İlk 6 ayda körpənizi əmizdirdikdən dərhal sonra yatağa qoymayın. Başını bir az yuxarı qaldıraraq uzatmalısınız ki, əmilən süd onun boğazına qayıtmasın.
🔸Əslində uşaqlar 2 yaşından sonra da yastığa ehtiyac duymurlar, amma istəsəniz çox nazik yastıqla yatıra bilərsiniz.
🔸2 yaşından sonra istifadə edəcəyiniz yastıq seçərkən tük kimi yumşaq yastıqları seçməyin. Bu yastıqlar çox yumşaq olduğu üçün körpəniz yatarkən nəfəs almaqda çətinlik çəkə bilər.
🔸Lələk və ya qaz tükü kimi allergiyaya səbəb ola biləcək yastıqlardan istifadə etməyin.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

03/08/2022

İsti yay günlərində🌞 D Vitamini qəbul edək❓
👩‍⚕️Gəlin əvvəlcə Vitamin D nə üçün həm uşaq həm də böyüklərin orqanizmində kifayət qədər olmalıdır❓ 👈Bu suala cavab tapaq.👇
• Sümüklərin və dişlərin sağlam qalmasında dəstək olur.
• İmmunitet, beyin və sinir sistemi sağlamlığını artırır
• İnsulin səviyyələrini tənzimlər və diabetin idarə edilməsinə dəstək olur
• Ağciyər funksiyasını, ürək-damar sistemi sağlamlığını dəstəklər
• Xərçəngin inkişafında rol oynayan genlərə qarşı mübarizə edər.
🆘Vitamin D çatışmazlığı uşaqlarda raxit kimi sümük deformasiyasına, yetişkinlərdə isə isə sümük və əzələ zəifliyinə səbəb olur.
Vitamin D ehtiyacımızı necə təmin etməliyik❓
Orqanizmin ehtiyacı olan Vitamin D-nin ən önəmli mənbəyi günəş işığıdır ki, bu, ehtiyacımız olan vitaminin 95 faizini təşkil edir. Digər 5 faizi isə qidalardan təmin olunur. Bunun üçün dərinin birbaşa günəş işığı ilə təması olmalıdır. Geyim üzərindən və ya pəncərə arxasından alınan günəş işığı vitamin D əksikliyini ortadan qaldırmaz. Bəs demək olar ki, hər yaşda rast gəlinən vitamin D çatışmazlığı probleminin əsas səbəbi qapalı şəraitdə olmaq və kifayət qədər günəş işığından faydalana bilməməkdir. Xüsusilə isti yay günlərində, səhər və günortadan sonra gün işığında olmaq daha faydalıdır. Günəş işıqının yetərli miqdarı dəri rənginə, yaşa və günəşlənmə formasına görə dəyişir. Dəri rəngi tünd olanlar, vitamin D-nin dəri ilə sintez olunması üçün daha çox günəş şüaları almalıdılar.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

01/08/2022

Qızmar isti yay günlərində hər bir ananın ağlına “evdə körpə ilə kondisionerdən istifadə etmək olarmı” sualı gəlir. 👩‍⚕️Bu gün bu mövzu haqqında danışacağıq.
👉Körpələrin sağlam böyüməsi üçün valideynlərin diqqət etməli olduğu məqamlardan biri də körpənin qaldığı otağın temperaturudur. Temperatur yaxşı tənzimlənməyibsə və otağın temperaturu yüksəkdirsə, körpədə səpgilər, həddindən artıq tərləmə nəticəsində maye itkisi, iştahsızlıq və əhval-ruhiyyənin pozulması, dəri səpgiləri yarana bilər.
👉Əksinə, soyuq olarsa, yenidən müxtəlif xəstəliklərlə qarşılaşa bilər. Bu səbəbdən də körpələrin olduğu evlərdə kondisionerdən bəzi şərtlərlə istifadə oluna bilər. Bəs bu şərtlər nədir❓
🔸İlk növbədə körpənizin qaldığı otağın 22-25 dərəcə isti olmasına diqqət etməlisiniz. Lazım gələrsə, bunu yoxlamaq üçün bir termometr ala bilərsiniz.
🔸Lazım gələrsə, bu temperatur rejimini tarazlıqda saxlamaq üçün kondisionerdən istifadə edə bilərsiniz.👇
🔸Bununla belə, kondisionerin birbaşa körpəyə üfürməsinin qarşısını almalısınız. Bunun üçün kondisionerin başını yuxarı çevirə bilərsiniz.
🔸Zaman zaman uşağınızın burnunun ucunda və ya qolunda soyuqluq olub olmadığını yoxlaya bilərsiniz.
🔸Ən əsası “soyuqdur, kondisioneri söndürək, istidir, kondisioneri yandıraq” deməməli, hər an açıb-söndürməməlisiniz. Hər an açıb-söndürsəniz, körpəniz dərhal xəstələnəcək, çünki uşaq tərləyir və üşüyür. Yuxarıda göstərilən temperatura uyğun tənzimləmə aparılmalı və otaq temperaturu sabit saxlanılmalıdır.
🔸Bir çox bakteriya körpələrə tənəffüs yolu ilə zərər verə bilər və hətta pnevmoniyaya səbəb ola bilər. Bu səbəblə kondisionerin baxımını heç vaxt laqeyd qoymamalı və filtri müəyyən aralıqlarla təmizləmək lazımdır.
🔸Kondisionerdən istifadə etdiyiniz otağın təbii havalandırıldığına əmin olun. Pəncərələri açaraq kondisionerli otağı təbii şəkildə havalandırmağı unutmayın.
🔸Körpə kondisionerli otaqda yatacaqsa, onu nazik pambıq yorğanla örtə bilərsiniz.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

Deyirlər, neçə yaşın olursa olsun insanın içindəki uşaqlıq itmir. Hər birinizə arzu edirəm ki, o içimizdəki uşağı qoruyu...
28/07/2022

Deyirlər, neçə yaşın olursa olsun insanın içindəki uşaqlıq itmir. Hər birinizə arzu edirəm ki, o içimizdəki uşağı qoruyub saxlayaq.

👩‍⚕️ Dr. Səidə Əhmədova- Pediatr
📲 +994 55 281 01 44
📍Ünvan. Leyla Medical Center
📍 ETPİ

🇦🇿

Address

Xətai R-nu, Y. Səfərov Küç . 19
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatr Səidə Əhmədova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category