07/07/2022
😌Pasientlər tərəfindən tez tez verilən suallara burda cavab verməyə çalışaq.
❓Ocaqlı Alopesiya nədir?
Bu, orqanizmin ( immun sisteminin ) öz tük follikullarına hücumu zamanı yaranan və bədənin hər yerində saç tökülməsinə səbəb ola bilən bir xəstəlikdir.
❓Ocaqlı Alopesiyanın yaranma səbəbi nədir?
❗️Astma, Yüksək qızdırma, atopik dermatit, qalxanabənzər vəz xəstəlikləri, vitiliqo və Daun sindromu: Tədqiqatlar göstərir ki, bu xəstəliklərdən hər hansı biri olan insanlarda ocaqlı alopesiya daha çox rast gəlinir.
❓Yoluxucudur? ❗️Xeyr
❓ Alopesiya areata adətən nə vaxt başlayır?
❗️Hər yaşda başlaya bilər; lakin, pasiyentlərin əksəriyyəti bu problemin adətən uşaqlıq və ya yeniyetməlik illərində başladığını bildirilər. Onların təxminən yarısı 12 ay ərzində müalicə olunmadan saçlarının yenidən uzandığını görür.
❓ Valideyndə alopesiya areata varsa, uşağa da keçəcəkmi?
❗️Valideyn və ya yaxın qan qohumunda alopesiya areata varsa (və ya olubsa), uşaqda bu xəstəliyin inkişaf riski daha yüksəkdir. Risk daha yüksək olsa da, risk qrupunda olan hər uşaqda ocaqlı alopesiya olmur.