Vusale Əsgərova

  • Home
  • Vusale Əsgərova

Vusale Əsgərova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vusale Əsgərova, Doctor, .

10/02/2022

💥10 GÜNLÜK KOMPANIYA 💥
Bu co2 lazerin tətbiqi üçün göstərişlər:
-doğuşdan sonra uşaqlıq yolunun genişlənməsi;
-uşaqlıq yolu divarlarının
1-1,5 dərəcəli sallanması;
-uşaqlıq yolunun selikli qişasının atrofik dəyişiklikləri;
-vaginal quruluq və diskomfort;
-v***a ətrafında qiperpiqmentləşmə
-sidikqaçırma problemi;
-seksual aktivliyin azalması.
Bir çox problemlerin həlli, həmçinin abioplastika,

Prosedura hazırlıq
-ginekoloji müayinə və həkim konsultasiyası;
-yaxma;
-qan ve sidiyin ümumi analizi;
-cinsi yolla ötürülən infeksiyaların analizi;
- kiçik çanaq sahəsinin ultrasəs müayinəsi (USM);

Co2 fraksion lazer ile:
-labioplastika;
-bikini və v***a ətrafı hiperpiqmentləşmənin ağardılması;
-Keysəriyə əməliyyatı və doğuşdan sonrakı çapıqların;
-bədəndə olan striyaların;
-üzdə olan çapıq və aknedən sonrakı ləkələrin
aradan qaldırılması

07/09/2021

Öz Gəlişi İlə Ailəsinə Sevinc Bəxş Edən Balamız .Qədəmlərin Mübarək 🤗

03/06/2021

Endometrioz – uşaqlığın vəzili toxumasının (endometriumun) onun hüdudlarından kənarda: yumurtalıqlar, uşaqlıq boruları, uşaqlığın qalınlığı, sidik kisəsi, periton, düz bağırsaq və digər uzaq orqanlarda hormondan asılı patoloji artmasıdır. Endometriumun fraqmentləri (heterotopiyalar) digər orqanlarda çoxalaraq, uşaqlığın endometriumunda olduğu kimi aybaşı siklinə uyğun siklik dəyişikliklərə uğrayırlar. Endometriumun bu dəyişiklikləri ağrı, zədələnmiş orqanın həcminin artması, heterotopiyalardan aylıq qanlı ifrazatlar, aybaşı funksiyasının pozulması, süd vəzilərindən axıntılar, sonsuzluqla təzahür edir.

03/06/2021

Hamilələrdə karies — hestasiya dövründə aşkarlanan diş minası, sement və dentinin destruksiyasıdır. Dişlərin rənginin dəyişməsi, onların səthində tünd və ya ağ ləkələrin əmələ gəlməsi, mexaniki, temperatur, kimyəvi qıcıqlandırıcılara qarşı həssaslığın artması, kontakt zamanı ağrı sindromunun yaranması ilə təzahür edir. Stomatoloji güzgü və zond, karies-detektorla vital rənglənmə, transillüminasiya, lazer müayinə, elektroodontodiaqnostikanın köməyilə aşkar olunur. Müalicə remineralizəedici terapiya, plomblanmadan ibarətdir.

03/06/2021

Boru sonsuzluğu — qadın sonsuzluğunun bir forması olub, fallop borularının funksional və üzvi keçməməzliyi ilə xarakterizə edilir. Spesifik simptomatikaya rast gəlinmir. Sonsuzluğun digər formaları kimi 6-12 ay ərzində müntəzəm cinsi münasibətlər fonunda hamiləliyin baş tutmaması ilə təzahür edir. Diaqnozun qoyulmasında histerosalpinqoqrafiya, ultrasəs histerosalpinqoskopiya, laparoskopiya, CYKİ-nin aşkar edilməsi üçün laborator analizlərdən istifadə olunur. Sonsuzluğun boru-peritoneal formasının müalicəsi medikamentoz və fizioterapiya, hidrotubasiya, kateter vasitəsilə rekanalizasiya, rekonstruktiv-plastik əməliyyatlar, EKM-dən ibarətdir.
BPS hamiləliyin baş verməməsindən şikayətlənən pasiyentlərin 35-60%-də rast gəlinir. Belə qadınların 35-40%-də uşaqlıq borularının anatomik zədələnməsi və ya disfunksiyası, 9-34%-də isə bitişmə prosesləri müşahidə edilir. Patologiyanın qeyd olunan formaları çox zaman müştərək şəkildə rast gəlindiyindən oxşar etioloji amillər və patogenetik mexanizmlərə malik olur. Ginekologiya sahəsinin mütəxəssisləri sonsuzluğun bu 2 amilini ümumi termin altında birləşdirmişdir. 50%-dən çox hallarda boru sonsuzluğu nisbi xarakter daşıyır və müalicə prosesində korreksiyaya tabe olur. Boru sonsuzluğu birincili və ya ikincili olur.

Suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz!
Sağlamlığınızı peşəkarlara etibar edin!

🖊️Suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz! 👇

🏥👩⚕ Sağlamlığınızı peşəkarlara etibar edin!

Ətraflı Məlumat Üçün Əlaqə⤵

📱(+99455) 603 00 07

📍Bakı şəh., Moskva pr.75, Şamaxinka dairəsi/ Yenimed klinikası

03/06/2021

Vaginit (kolpit) – uşaqlıq yolunun selikli qişasında gedən iltihabi proseslərlə müşayiət olunan polietioloji xəstəliklər qrupudur. Bu patologiya seroz və ya irinli ifrazat, cinsi orqanlar nahiyəsində sidik ifrazı zamanı güclənən qaşınma, ağrı, göynəmə, diskomfort hissi ilə təzahür edir. Vaginitin əsas yaranma səbəbi uşaqlıq yoluna patogen mikrofloranın daxil olması və çoxalmasıdır. Reproduktiv funksiyaya neqativ təsirlərinə görə xlamidiya və trixomonoz vaginitlər xəstəliyin daha təhlükəli formaları sayılır. Vaginit qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri arasında ilk yerlərdən birini tutur və onların sayı durmadan artır.

🏥👩⚕ Sağlamlığınızı peşəkarlara etibar edin!

Ətraflı Məlumat Üçün Əlaqə⤵

📱(+99455) 603 00 07

📍Bakı şəh., Moskva pr.75, Şamaxinka dairəsi/ Yenimed klinikası

03/06/2021

Papilloma – dəri və selikli qişalarda yaranan virus mənşəli, xoşxassəli, şişəbənzər törəmədir. Onun məməciyəbənzər forması və nazik əsası (ayaqcığı) vardır. Konsistensiyası yumşaq və yaxud sərtdir, rəngi isə açıq çalardan tünd-qəhvəyiyə qədər dəyişir. Papilloma dəridə yerləşdikdə kosmetik defekt törədir. Onun qırtlaqda lokalizasiyası səs və tənəffüsün pozulması, daxili orqanların selikli qişasında formalaşması isə xoralaşma, qanaxma ilə nəticələnir. Xəstəlik residivləşə, hətta bədxassələşə bilər. Papilloma elektrokoaqulyasiya, kriodestruksiya, radiodalğa və ya lazer üsulu ilə aradan qaldırılır.

03/06/2021

İri döl ‒ bətndaxili çəkisi 4 kq-dan çox olan uşaqdır. 5 kq-dan artıq çəki ilə doğulan uşaqlar nəhəng adlanır. İri döllü hamiləlik qadınlarda qarın dairəsi və bədən çəkisinin əhəmiyyətli dərəcədə artması, uşaqlıq dibinin hündürdə yerləşməsi ilə təzahür edir. Diaqnozun qoyulması üçün fetometriyadan istifadə olunur, göstərişlər olduqda bu üsul qanda şəkərin təyini, qlükozaya qarşı tolerantlıq testi, prenatal diaqnostikanın invaziv üsulları ilə tamamlanır. Hamiləlik zamanı ana və dölün vəziyyətinin monitorinqi aparılır. Diaqnostik müayinələrin nəticələrinə əsasən hamiləliyin təbii və ya cərrahi yolla başa çatdırılması haqqında qərar qəbul edilir.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Vusale Əsgərova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share