25/08/2026
🌟Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının təşəbbüsü ilə 10 oktyabr “Uşaq və yeniyetmələrdə epilepsiyanın diaqnostikası və müalicəsi üzrə Klinik Protokol”un təqdimatı keçiriləcək.
Beynəlxalq Epilepsiya Əleyhinə Liqanın (ILAE) elmi tövsiyələri və ekspert dəstəyi əsasında Azərbaycan üçün hazırlanmış protokol bu sahədə ixtisaslaşmış alim və mütəxəssislərdən ibarət peşəkar müəllif kollektivi tərəfindən ərsəyə gətirilmişdir.
Təqdimata nevroloqlar, uşaq nevroloqları, reanimatoloqlar və pediatrlar dəvət olunur.
⬇️Qeydiyyat: +994 50 733 34 65