13/05/2023
Kirpiklər gözəllik rəmzi olsa da, onları yaradan gözəllik üçün yaratmayıb. Ona görə də, kirpiklərin fərqli vəzifələri var.
Ana bətnindəki dölün kirpikləri hamiləliyin 22-26 həftəsində əmələ gəlməyə başlayır.
Göz qapaqlarında Kirpiklərimizin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi Kirpiklərin kökünü, qapaqların kənarını həmçinin buynuz gişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz gişanın səthində tam bərabər yayılmasına kömək edir.
Biz yaşa dolduqca Kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur. Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir və bunun nəticəsi olaraq, yaş vəzilərin gözü tək başına quruluqdan qoruması çətinləşir. Kirpiksiz qapaqların necə qəribə goründüyünü, qalınlaşmasının yəqin ki, şahidi olmusunuz.
Kirpiklərimizin tökülməsi çox xəstəliyin baş qaldırmasına işarətdir. Bu siyahı dəri xəstəliklərdən tutmuş sifilisə qədər uzanır. Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil.
Əgər kirpikləriniz tökülməyə başlayıba derhal oftalmoloqa müraciət edin.
📲 (+994 55) 330 30 91
👩🏻⚕️ .drgunaymemmedli
📍Badam Medical Center