Sağlam.az

Sağlam.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sağlam.az, Medical and health, Sabail, Baku.

🌿 E-saglam.az - Etibarlı Sağlamlıq və Tibb xəbərləri
🩺 Maarifləndirici məqalələr
🎧 "Sağlam Söhbət" podkastı
📌 Sağlamlıqla bağlı ən son yeniliklər
🎥 Sağlamlıqla bağlı faydalı videolar
✅ Mütəxəssis tövsiyələri

07/07/2026
03/07/2026
TƏBİB media ilə açıq dialoq formatında görüş keçiribE-saglam.az xəbər verir ki, görüşün məqsədi ictimaiyyətin düzgün və ...
25/06/2026

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib

E-saglam.az xəbər verir ki, görüşün məqsədi ictimaiyyətin düzgün və operativ şəkildə məlumatlandırılması, media ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı kommunikasiya proseslərinin daha sistemli qurulması olub.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə media nümayəndələrini salamlayaraq bildirib ki, tibb sahəsində kommunikasiya məlumatlarının paylaşılması ilə yanaşı ictimai etimadın formalaşmasına xidmət edən davamlı prosesdir.

Qeyd olunub ki, kommunikasiya prosesində əsas məqsəd görülən işləri və aparılan dəyişiklikləri vətəndaşlara daha aydın, vaxtında və düzgün çatdırmaqdır. Bu baxımdan “Bu günün işi – sabahın nəticəsi” yanaşması TƏBİB-in gündəlik fəaliyyətində görülən real işlərin vətəndaş məmnunluğuna və xidmət keyfiyyətinə təsirini izah edən mühüm kommunikasiya xətti kimi dəyərləndirilir.

TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov çıxışında tabeli tibb müəssisələrinin gündəlik fəaliyyəti və xidmət proseslərinin yerlərdə düzgün təşkili məsələlərinə toxunub. O bildirib ki, media tərəfindən işıqlandırılan mövzular bir çox hallarda vətəndaşların real gözləntilərini və tibb müəssisələrində diqqət tələb edən məqamları daha aydın görməyə imkan verir. TƏBİB üçün prioritetlərdən biri vətəndaşların müraciətlərinə daha operativ baxılması, çağırışlara sürətli reaksiyaların verilməsində tibb müəssisələri ilə mərkəzi idarəetmə arasında koordinasiyanın gücləndirilməsidir.

TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev isə çıxışında media ilə davamlı dialoqun yalnız informasiya mübadiləsi baxımından, eləcə də tibb xidmətlərinin daha pasiyentyönümlü təşkili üçün vacib olduğunu bildirib. O qeyd edib ki, vətəndaş müraciətləri, media sorğuları və ictimai müzakirələr sistemdə mövcud olan çağırışların daha aydın görünməsinə imkan yaradır. Bu çağırışlara münasibətdə əsas yanaşma ayrı-ayrı hallara cavab verməklə məhdudlaşmamalı, onların səbəblərinin təhlili və sistemli həll yollarının formalaşdırılması üzərində qurulmalıdır.

Media dəstəyi olduğumuz daha bir tədbir keçiriləcək✅ Dünyada yaşayan hər kəsin arzusu Xoşbəxt olmaqdır. Hər saat, hər gü...
14/05/2026

Media dəstəyi olduğumuz daha bir tədbir keçiriləcək✅

Dünyada yaşayan hər kəsin arzusu Xoşbəxt olmaqdır. Hər saat, hər gün, hər dəqiqə xoşbəxtliyimiz üçün çalışır və arzularımız, məqsədlərimiz xoşbəxtlik üzərindədir. Bəs hər insan həqiqətən xoşbəxt ola bilirmi?

Həyatda bütün uğurlar özünü xoşbəxt hiss edəndə gəlir. Karyerada uğur, şəxsi həyatda harmoniya, xarici görünüşdə pozitiv aura – bunlar hamısı xoşbəxtliklə əlaqəlidir.




gunel_gozellik_saglamliq_dr

E-saglam.az xəbər verir ki, elə ona görə də “World” Təhsil və İnkişaf Platforması bu dəfə XoşBəxtSən deyərək, xoşbəxtlik axtaranlar üçün möhtəşəm forum təşkil edir. 23 May 10:30 da Bakı Gənclər Evində təşkil olunacaq Forumda 12 Spiker hərəsi öz sahəsində 12 dəqiqə ərzində xoşbəxtliyin sirrlərini forum iştirakçıları ilə bölüşəcək.

Peşəkar psixoloq, həyat koçları, öz sahəsində uğur qazanmış təcrübəli mütəxəssislərin spikerlik edəcəyi bu forumda xoşbəxtliyin sirrləri açıqlanacaq və dinləyicilərdə fərqindəlik formalaşdırılacaq.

Seminarda iştirak edənlər aşağıdakı mövzularda maariflənəcək:

- Ailədə Xoşbəxt olmağın sirrləri

- Uğurlu Karyera qurmağın yolları

- Sevilən və Xoşbəxt insan olmağın kiçik nüansları

- Daima cəmiyyətdə nüfuz sahibi olmağın gizli sirrləri

- İstəklərimizi tez və daha asan həyata keçirməyin planları

- Daima həyatdan zövq almaq və özünü Xoşbəxt hiss etməyin düsturu

Seminar həm bəylər, həm də xanımlar üçündür.

Hədiyyələr və sürprizlərlə dolu bir günü qaçırmayın. İştirak biletlədir və əldə etmək üçün 055 674 72 30 nömrəsinə whatsapp mesaj yazmaq lazımdır.

E-saglam.az

Address

Sabail
Baku
1003

Website

Alerts

Be the first to know and let us send you an email when Sağlam.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share