15/05/2022
Autizm
Autizm deyilincə bəzi valideynlər təlaşa düşür, sanki autizmli uşaqların ömür boyunca həyatlarının hər anında bunun əziyyətini çəkəcəklər. Lakin elə deyil, tarixdə məhşur alimlərin, piyanistlərin ve aramızda yaşayan bir çox autizmli insanların olduğunu bilmirlər. Autizm düzgün təlim, akademik yardım, düzənli eğitim planı ilə autizmli uşaqların birazda olsa normal uşağların səviyyəsinə gətirmək mümkündür.
Günümüzdə bir çox uşağ autizm simptomlarını göstərir, bunun ən bariz səbəbi isə uşağ ilə az məşğul olmaq, uşağı televizor, telefon və tablet ilə baş başa buraxmaqdan ortaya çıxır. Xaricdən baxanda sanki autizmli kimi görsənir, lakin bu sadecə asosyallaşmış və xaric ilə tamamən əlaqəsi kəsilmiş normal uşaqdır. Belə uşağların tez zamanda normal səviyyəyə çatdırılmaması gələcəkdə onu çətinliklər ilə üz üzə qoyar.
Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin müalicəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda müvəffəq ola bilməkdədir.
Autizmin əlamətləri:
1) Göz əlaqə yoxdur və ya məhduddur.
2) Adı ilə səslənəndə cavab verməz.
3) Həddindən artıq hərəkətli və ya hərəkətsiz.
4) Ətraf mühit diqqətini çəkməz.
5) Belə sarılma və öpmək kimi fiziki təması sevməz.
6) Danışmaqda və anlamaqda gecikmələr.
7) İnsanların əvəzinə cansız əşyalar ilə məşğul olarlar.
8) Mənasız şeylərə gülə bilərlər.
9) Bir şeyin bir hissəsi ilə məşğul ola bilərlər. (Avtomobilin təkər ilə davamlı oynamaq kimi)
10) Bəzi şeylərə həddindən artıq bağlana bilərlər.
11) Düzənli ola bilərlər, düzənləri bozulanda agresif ola bilərlər.
12) Təkrarlayan hərəkət və səslər çıxarırlar.
Autizm bir yaşam şəklidir, bunu gözəlləşdirmək bizim əlimizdədir
̇ncipsixolojivənitqmərkəzi