Uşaq endokrinoloqu

Uşaq endokrinoloqu Bu səhifənin məqsədi uşaqlarda rastlanan endokrin xəstəliklər haqqında məlumatlandırmaqdır.

Yeniyetmə qızınızın sağlamlığını evdə təqibə başlayın. Aygun Musayeva, MD0103191994Qeydiyyat linki bioda
01/05/2026

Yeniyetmə qızınızın sağlamlığını evdə təqibə başlayın.

Aygun Musayeva, MD
0103191994
Qeydiyyat linki bioda

18 aprel “Uşaqlıqdan yetkinliyə neyroinkişaf” konfransında “Neyroinkişaf geriliyi olan uşaqlarda piylənmə və metabolik x...
22/04/2026

18 aprel “Uşaqlıqdan yetkinliyə neyroinkişaf” konfransında “Neyroinkişaf geriliyi olan uşaqlarda piylənmə və metabolik xəstəliklər” haqqında çıxış etdim. Diqqət əksikliyi hiperaktivlik sindromu, Autizm spektr pozğunluğu, Daun sindromu, Prader Willi, intellektual geriliyi olan uşaqlarda piylənmə yaşıdları ilə müqayisədə daha çox rast gəlinə bilir və piylənmə yaşla birlikdə daha da ağırlaşa bilir.
Hərəki məhdudluğu olmayan uşaqlarda aerobic + strength training, aquatic məşqlər və videooyunla verilən komandalarla aparılan məşqlər + strength training çəki verməd bu uşaqlarda effektiv görülür.
Qidalanma baxımından isə tək dieta effektiv deyil. Behavioural terapiya ilə birgə dieta verilməsi çəki vermədə uğurlu nəticələr verir.

Piylənmə neyroinkişaf geriliyi olan uşaqlarda yaranması qaçınılmazdır. Lakin qarşısının alınması üçün psixiatr, nevroloq, endokrinoloq, dietoloq, psixoloq, laqoped, fizioterapevt ixtisas mütəxəssislərlə birgə kompleks müalicə lazımdır.

Aygun Musayeva, MD
0103191994
Qeydiyyat linki bioda

Gözəlimlə uzun bir yol qət etmişik, bunu paylaşmasaq olmazdı. 😍🌸Aygun Musayeva, MD0103191994 Qeydiyyat linki bioda
17/04/2026

Gözəlimlə uzun bir yol qət etmişik, bunu paylaşmasaq olmazdı. 😍🌸

Aygun Musayeva, MD
0103191994
Qeydiyyat linki bioda

Sonu surprizli. Ən son şəklə kimi çevirmək məsləhətlidir😉Neçə illər idi Novruz yarmarkasında şəhərə çıxmağa vaxtım olmur...
29/03/2026

Sonu surprizli. Ən son şəklə kimi çevirmək məsləhətlidir😉
Neçə illər idi Novruz yarmarkasında şəhərə çıxmağa vaxtım olmurdu, bu il nəhayət çıxa bildim. Bulvardakı bəzəklər və yarmarka daha qəşəng görünürdü. Yarmarkada sevmədiyim şey əksərən yeməklərin qoxusunun, tüstünün birbirinə qarışmasıdır. Bir növ tonqaldan atlamış qədər olursan. Qoxu bulvardakı yarmarkada nisbətən daha az idi deyə oranı daha çox bəyəndim😁 Bulvarda olan tulpanları isə ayrıca bəyəndim. Rəngarəng göz oxşayırlar 😍🌷

Bəs siz necə uşaqlarla artıq yarmarkaya getmisiniz? Siz hansını bəyəndiniz? 😍

Bayramlar gözəldir, paylaşmaq gözəldir🌸. Bütün körpələrin sağlam və valideynləri ilə birgə xoşbəxt yaşadığı ( davasız, d...
10/03/2026

Bayramlar gözəldir, paylaşmaq gözəldir🌸. Bütün körpələrin sağlam və valideynləri ilə birgə xoşbəxt yaşadığı ( davasız, döyülmədən, incidilmədən) bir həyat ən təməl ehtiyaclarıdır. Kimisi bunlardan birindən məhrum olur, kimisə isə bunların hər birindən məhrum olaraq başlayır. Valideynlərinə dönmək istəməyən (çünki işgəncə görür) uşaqların yaşadığı bir dünyada yaşayırıq.

Tələbəlik illərindən olan bir arzum var, kimsəsi olmayan uşaqlara onların sağlam böyümələrinə və təhsil almalarına, qabiliyyətlərini ortaya çıxarıb peşə sahibi olmalarına ölkə daxili və ya xaricində bunu edə bilmələrinə dəstək ola bilmək.
Hazırda bu diləklərimin hələki 99%ni edəcək imkanım yoxdur, ancaq bu həmişə gələcək hədəflərim içərisində var.

Bu uşaqlara yardım üçün prim və sosial layihələr altında görülən işlərə qoşulmaq mənə heç real gəlmir. Əgər bir gün hədəfimə çatsam bunu sosial şəbəkələrdə və s yerlərdə paylaşmağı da düşünmürəm😊

Yana doğru çevirərək oxuya bilərsiniz. Əgər bu post maraqlıdırsa görməsini istədiyiniz tanışlarınıza - xüsusən bağça və ...
26/02/2026

Yana doğru çevirərək oxuya bilərsiniz. Əgər bu post maraqlıdırsa görməsini istədiyiniz tanışlarınıza - xüsusən bağça və ibtidai, orta məktəbdə oxuyan uşaqları olan valideynlərə göndərməyiniz düzgün və elmi sübuta dayanan məlumatların yayılmasına kömək edəcəkdir✅

Aygun Musayeva,MD
uşaq endokrinoloqu
www.draygun.yazil.az

̇damansağlamlıqdır

Övladınızın sağlam inkişafı üçün bu günü gecikdirməyin! 🌟🩺 İlkin Cinsi İnkişaf Check up paketləri.👧 Qızlar və 👦 oğlanlar...
19/02/2026

Övladınızın sağlam inkişafı üçün bu günü gecikdirməyin! 🌟

🩺 İlkin Cinsi İnkişaf Check up paketləri.

👧 Qızlar və 👦 oğlanlar üçün xüsusi paketlər
👩‍⚕️ Pediatr-Endokrinoloq müayinəsi daxil
💰 Sərfəli kampaniya qiymətləri

20.02.2026 – 20.03.2026
📝 Öncədən qeydiyyat vacibdir.

Qeyd: 16-18 yaş qız və oğlan uşaqları üçün keçərlidir.

✨ Sağlam gələcək indi başlayır! ✨

📍 Pediatriya 2 filialı – Məmməd Araz küç. 27
📞 Çağrı Mərkəzi: *0101

Dəmir əksikliyi olan lakin dəmir duzları diskomfort yaradan uşaqlarda, yeniyetmələrdə və yetgin şəxslərdə anemiyanın düz...
12/02/2026

Dəmir əksikliyi olan lakin dəmir duzları diskomfort yaradan uşaqlarda, yeniyetmələrdə və yetgin şəxslərdə anemiyanın düzəldilməsi üçün bu molekul dəmirlərdən istifadə müalicə üçün həkim nəzarətində yoxlanıla bilər.

Lakin sucrosomial dəmir preparatları bizim ölkədə bildiyim qədəri ilə hələki yoxdur. Avropa ölkələrində yaşayanlar həkim nəzarətində yoxlaya bilər😉

Aygun Musayeva,MD
pediatr-endokrinoloq
www.draygun.yazil.az

trenddən geri qalmayaq deyib biz də Chatgptdən karikaturumuzu aldıq.. məncə işimi yetəri qədər yaxşı izah edib ( əyləncə...
09/02/2026

trenddən geri qalmayaq deyib biz də Chatgptdən karikaturumuzu aldıq.. məncə işimi yetəri qədər yaxşı izah edib ( əyləncəli tərəflərini😉 körpə oynatmaq ən yaxşı tərəfidir) rəngli dünyaların solmaması üçün bütün biliyimiz ilə burdayıq👩🏻‍⚕️🩺

Dr Aygun Musayeva, MD
pediatr endokrinoloq
www.draygun.yazil.az

Endokrin müayinələrdə kontrol müayinələr istənirsə deməkki sizinlə işimiz hələ bitməyib. Var ya yox hormonlarda özünü ək...
05/02/2026

Endokrin müayinələrdə kontrol müayinələr istənirsə deməkki sizinlə işimiz hələ bitməyib. Var ya yox hormonlarda özünü əksərən yetərli olmur. Ehtimalların şansı sıfır olmadığına görə mütləq kontrol müayinənizə vaxtında getməyiniz çox önəmlidir..bu abartılı diaqnozlardan qaçmaq üçün və diaqnozları ötürməmək üçün önəmlidir.

Dr Aygun Musayeva,MD
pediatr endokrinoloq
www.draygun.yazil.az

Hər bir uşağın illik boy və çəki izləmi ailə boyuna uyğun olaraq dəyərləndirilməlidir. Yaş üçün normal olan boy ailə boy...
31/01/2026

Hər bir uşağın illik boy və çəki izləmi ailə boyuna uyğun olaraq dəyərləndirilməlidir. Yaş üçün normal olan boy ailə boyundan qısa ola bilər və ya ailə boyundan uzun boylu olmasınə istəyirsinizsə yenə də 4-5 yaşından artıq müayinə və müalicə başlanması daha yaxşı olar.

Dr Aygun Musayeva
pediatr endokrinoloq

www.draygun.yazil.az

Əgər hədəfiniz oğlunuz üçün 180 plus boy və qızınız üçün 165 plus boydursa kiçik yaşlardan hər şey normal görünsə belə b...
31/01/2026

Əgər hədəfiniz oğlunuz üçün 180 plus boy və qızınız üçün 165 plus boydursa kiçik yaşlardan hər şey normal görünsə belə bir uşaq endokrin müayinəsindən keçin.. ailə boy potensialına bağlı bu uşaqlarda gələcək proqnoz edilən boyları 162 cm qız və oğlanda 178 cm olacağı görülür. Aybaşı 6 aydır başlayıb lakin sümük yaşı artıq 14ə çatıb, öz yaşından irəlidir. Bu sümük yaşından sonra verilən müalicənim burun qulaq əl ayaq böyütmə kimi yan təsirləri olur deyə, bu tablonu gördükdə artıq əlimiz bağlı olur. Müalicə verə bilmirik. Ancaq 2 il öncə müraciət etmiş olsalardı müalicə başlaya bilərdik

Dr Aygun Musayeva
pediatr endokrinoloq

www.draygun.yazil.az

Address

Sağlam Ailə Ultralab
Baku
1122

Opening Hours

Tuesday 10:00 - 15:30
Thursday 10:00 - 15:30
Saturday 10:00 - 15:30

Telephone

+994507890489

Alerts

Be the first to know and let us send you an email when Uşaq endokrinoloqu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uşaq endokrinoloqu:

Shortcuts

Share