25/05/2026
İkibaşlı Sözlər və Cəmiyyətin Toksik Asılılığı
Bəzi fast-foodlara elə bir maddə (MSG) qatılır ki, insanda süni bir iştaha, doymazlıq və asılılığa səbəb olur. Siz "nə qədər dadlıdır" deyib yeyərkən, əslində orqanizminizə yavaş-yavaş toksik bir yük yığılır və biokimyəvi bir hiylənin qurbanına çevrilirsiniz.
Bu gün eyni manipulyasiya mexanizmi yerli şou-biznes və musiqi sənayesində fəaliyyət göstərir- sözləri ikibaşlı, altmənalı seçməklə. Bəzi sözlər var ki çümlədə işlədəndə alt mənalar verə bilir. Məsələn biri oxuyur "AtışMamış", "Tez tez Ola", biri oxuyur "Qoyum Sənə", biri oxuyur "Verim Sənə", biri oxuyur "Qoy bu gecə".
Bunlar təsadüfi seçilmiş qafiyələr deyil. Bu sözlər kütlə psixologiyasının ən primitiv instinktlərini qıcıqlandırmaq üçün hesablanmış xüsusi "doza"lardır. İkibaşlı ifadələr insan beynində dərhal şüuraltı bir maraq oyadır, cəmiyyət içində müzakirələrə, sosial şəbəkələrdə isə sürətli paylaşımlara (virallığa) səbəb olur. Hədəf vurulmuşdur: Müğənni kütlənin diqqətini ələ keçirir.Tənqidlər artarsa ozaman müğənni belə bir açıqlama verir: "Mən normal cümlə işlədirəm, siz səhv anlayırsız. İçiniz fəsaddısa, mən neyniyim?"
Yəni ki "Bizim məhsul təmizdir, xəstələnirsinizsə günah öz mədənizdədir" deyilir.
Məncə, o müğənnilər çox düz edirlər. Lap əcəb edirlər! Ortada senzurasız, cəzasız və ən əsası bu cür məzmunu həvəslə istehlak edən bir mühit varsa, niyə də bu fürsətdən geninə-boluna istifadə etməsinlər?
Hətta bu trendin yaradıcılarına gələcək layihələri üçün daha "kreativ" MSG-li hitlərin anonslarını da hədiyyə etmək olar. Maraqla gözləyirik:
• "Gəl Çalım.. klarneti"
• "Dur Osmangilə get"
• "Gəl Dombald.. şarımı"
• "Bir Əl Ver.. görüşək"
• "Verim Ağzıva.. bir qaşıq tort"
Və sizi əmin edirəm ki, bu strategiya qüsursuz işləyəcək. Bu cür mahnılar çıxdıqca sizi toylara, məclislərə çağıranların sayı birə-min artacaq. "Kalendarnı toyların" siyahısı dolub-daşacaq.
Özüdə əsas sizin fanatlarınız namus qeyrət keçikçiləri olan ağır daydaylar və nəsil ağsaqqalları olacaq.