Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi

  • Home
  • Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi

Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi PRİM - Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi

UŞAQ VƏ YENİYETMƏLƏRƏ PSİXOLOJİ YARDİM-

Autizm, psixi-nitqi ləngimə hallarının korreksiyasi;
Hiperaktiv, aqressiv uşaqların psixoloji reabilitasiyası;
Uşaqlarda davranış pozuntularının korreksiyası;
Psixomotor inkişafın ləngiməsinin korreksiyasi;
Uşaqlarda qorxu, ifrat təşvişin aradan qaldırılması;
Müxtəlif psixoloji problemlərin reabilitasiyası;
Enurez və enkoprez;
Uşaqlarda stress və distress;
Panik ataklar və kəkələmə;
Psixoloji narahatlıq, həyəcan, gərginlik halları reabilitasiyası;
Müxtəlif tipli fobiyalar, qorxu, yuxu pozuntuları;
Müxtəlif xəstəliklərdən yaranmış nevrotik pozuntular;
Komplekslər,özünəinamsızlıq halları reabilitasiyası;
Tənhalıq,özünəqapanma və ünsiyyətdə çətinliklərin reabilitasiyası;
Ailədaxili problemlər və valideynlərin ayrılıgından sonra uşaqlarda yaranmış nevrotik pozuntular;
İnkişafetdirici məşğələlər və psixokorreksiya işi;

🌙 Qurban Bayramınız Mübarək! 🤍Bu gözəl bayramın hər evə sevinc, bərəkət və huzur gətirməsini arzu edirik ✨  Bayram sevin...
27/05/2026

🌙 Qurban Bayramınız Mübarək! 🤍

Bu gözəl bayramın hər evə sevinc, bərəkət və huzur gətirməsini arzu edirik ✨

Bayram sevinciniz daim olsun! 🤍

✨ 10 May Psixoloqlar Günü ✨Hər kəsin həyatına bir işıq olan,dəstək verən və insanlara yol göstərən bütün psixoloqların g...
10/05/2026

✨ 10 May Psixoloqlar Günü ✨

Hər kəsin həyatına bir işıq olan,
dəstək verən və insanlara yol göstərən bütün psixoloqların günü mübarək! 💙

Hər fərqlilik dünyanı daha gözəl edir 💙Autizmi anlamaq, qəbul etmək və dəstək olmaq bizim borcumuzdur.2 Aprel – Ümumdüny...
02/04/2026

Hər fərqlilik dünyanı daha gözəl edir 💙
Autizmi anlamaq, qəbul etmək və dəstək olmaq bizim borcumuzdur.
2 Aprel – Ümumdünya Autizm Fərqindəliyi Günü

🌙✨ Ramazan Bayramınız mübarək! ✨🌙Bu mübarək günlərdə qəlbiniz sevinc, eviniz bərəkət, süfrəniz ruzi ilə dolsun. Allah tu...
20/03/2026

🌙✨ Ramazan Bayramınız mübarək! ✨🌙

Bu mübarək günlərdə qəlbiniz sevinc, eviniz bərəkət, süfrəniz ruzi ilə dolsun. Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin 🤲

Sevdiklərinizlə birlikdə sağlam, xoşbəxt və hüzur dolu bir bayram keçirməyiniz diləyi ilə… 💫

Bayramınız mübarək! 🌸

Novruz bayramınız mübarək 🌿✨  Təbiətin yeniləndiyi bu gözəl gündə hər evə bolluq, hər ürəyə sevinc dolsun 🤍  Qoy bu baha...
20/03/2026

Novruz bayramınız mübarək 🌿✨

Təbiətin yeniləndiyi bu gözəl gündə hər evə bolluq, hər ürəyə sevinc dolsun 🤍

Qoy bu bahar sizə sağlamlıq, xoşbəxtlik və yeni başlanğıclar gətirsin 🌸

Tonqallarınız alovlu, süfrələriniz bərəkətli, qəlbiniz daim sevgi ilə dolu olsun ✨

Son illərdə sosial mediada tanınmış şəxslər, blogerlər və influencerlər ideal həyat, ideal bədən və ideal xoşbəxtlik obr...
11/01/2026

Son illərdə sosial mediada tanınmış şəxslər, blogerlər və influencerlər ideal həyat, ideal bədən və ideal xoşbəxtlik obrazları yaradırlar. Lakin bu filtrli görüntülərin arxasında çox zaman panik ataklar, emosional tükənmişlik, özünə nifrət və depressiv hallar gizlənir. İzləyicilər isə bu görünməyən reallığı deyil, yalnız nümayiş etdirilən “mükəmməlliyi” görürlər.

Problem ondadır ki, bu süni modellər adi insanların həyatına da ötürülür. İnsanlar öz reallıqlarını başqalarının seçilmiş görüntüləri ilə müqayisə etməyə başlayır və nəticədə yetərsizlik hissi, daxili gərginlik və zəhərli pozitivlik formalaşır.

Zəhərli pozitivlikdən uzaqlaşmağın əsas yolu emosiyaların tanınması və qəbul edilməsidir. Mənfi emosiyalar da insan təcrübəsinin ayrılmaz hissəsidir və onların bastırılması deyil, dərk edilməsi psixoloji rifahın əsasını təşkil edir. Real hədəflər qoymaq, dəstək axtarmaq və özünə şəfqətlə yanaşmaq emosional tarazlığın qorunmasına kömək edir.

Zəhərli pozitivlik cəmiyyətin “hər zaman müsbət ol” çağırışlarının yaratdığı gizli emosional təzyiq formasıdır. Halbuki psixoloji sağlamlıq hisslərin dürüst şəkildə tanınması və ifadəsi üzərində qurulur. Həyatı olduğu kimi qəbul etmək isə daxili harmoniya və psixoloji dayanıqlığın əsas şərtidir.

PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi olaraq məqsədimiz insanlara sağlam emosional balans qazandırmaq və onları psixoloji baxımdan gücləndirməkdir.

Zəhərli pozitivlikdən uzaq durmaq, daha sağlam və gerçəkçi bir həyatın başlanğıcıdır.

Zəhərli pozitivlik — insanın bütün hallarda müsbət düşünməyə məcbur edildiyi, mənfi duyğuların isə sanki qəbul edilməz v...
10/01/2026

Zəhərli pozitivlik — insanın bütün hallarda müsbət düşünməyə məcbur edildiyi, mənfi duyğuların isə sanki qəbul edilməz və zəiflik əlaməti kimi dəyərləndirildiyi vəziyyətdir. Bu, sosial və mədəni kontekstdə “daima gülümsə, hər şey yaxşıdır” təzyiqinin yaratdığı emosional saxtakarlıqdır.

Belə vəziyyətdə fərd kədər, qəzəb, qorxu və ya ümidsizlik kimi təbii hisslərini inkar edir, onları ifadə etməyə çəkindiyi üçün emosional autentikliyini itirir.

Psixoloji təsirləri

Zəhərli pozitivlik uzunmüddətli emosional və davranış pozuntularına gətirib çıxara bilər. Onun əsas psixoloji nəticələri aşağıdakılardır:

* Duyğusal inhibisiya (emosiyaların bastırılması): Fərd daima müsbət görünməyə çalışdıqda, kədər, qorxu və narahatlıq kimi təbii duyğularını sıxışdırır. Bu isə zamanla psixosomatik gərginlik, yuxu pozuntuları və emosional tükənmə ilə nəticələnə bilər.

* Autentikliyin itməsi: Emosiyaların inkarı, insanın öz “mən”indən uzaqlaşmasına səbəb olur. Fərd başqalarının gözündə “mükəmməl” görünməyə çalışarkən daxili reallığını gizlədir.

* Depressiya və təşviş: Bastırılmış duyğuların uzunmüddətli yığılması daxili partlayışa — depressiv əhval, təşviş pozuntusu və özünə inamsızlıq kimi hallarına gətirib çıxarır.

* Sosial uzaqlaşma: “Hər şey yaxşı olmalıdır” təzyiqi empatiyanı azaldır. İnsanlar başqalarının ağrılarını anlaya bilmədikdə, əlaqələrdə səthilik yaranır və fərd tədricən sosial tənhalığa çəkilir.

Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər.

Mərkəzə rusdilli PSİXOPEDAQOQ tələb olunur. Rus bölməsində təhsil alan uşaqlarla işləmək təcrübəsi olan namizədlərə üstü...
30/12/2025

Mərkəzə rusdilli PSİXOPEDAQOQ tələb olunur. Rus bölməsində təhsil alan uşaqlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük verilir.

_______

В центр требуется русскоязычный психопедагог. Приветствуется опыт работы с детьми, обучающимися в русском секторе.

📍 Ünvan: Bakı şəh., Zahid Xəlilov 48A (Elmlər Akademiyası m/st yaxınlığı)
📞 Əlaqə: +994 50 777 80 04

🌟 MÜKƏMMƏL TƏLİM SİZİ GÖZLƏYİR! 🌟PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi tərəfindən“OLİQOFRENİYA VƏ DEMENSİYAN...
14/12/2025

🌟 MÜKƏMMƏL TƏLİM SİZİ GÖZLƏYİR! 🌟

PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi tərəfindən
“OLİQOFRENİYA VƏ DEMENSİYANIN PATOPSİXOLOJİ ASPEKTLƏRİ” mövzusunda peşəkar təlim təşkil olunacaq!

👩‍⚕️ Təlimçi:
Nətəvan Kərəmova
B.ü.f.d., həkim

📅 Tarix: 16 Dekabr
⏰ Saat: 10:00
📍 Məkan: PRİM Mərkəzi
(Zahid Xəlilov küçəsi 48A)

📌 Təlimdə nələr öyrənəcəksiniz?
– Oliqofreniya və demensiyanın patopsixoloji xüsusiyyətləri
– Differensial diaqnostika
– Əsas simptomlar
– Yaranma səbəbləri və rast gəlmə tezliyi
– Müalicə və profilaktika

📞 Qeydiyyat:
050 777 80 04

❗️ Qeyd: Öncədən qeydiyyat mütləqdir.

✨ Biliyinizi artırmaq və peşəkar inkişaf üçün bu fürsəti qaçırmayın!

PRİM Psixologiya Mərkəzi rus dilini mükəmməl bilən, təcrübəli uşaq psixoloqu (kişi mütəxəssis) axtarır.050 777 80 04    ...
06/12/2025

PRİM Psixologiya Mərkəzi rus dilini mükəmməl bilən, təcrübəli uşaq psixoloqu (kişi mütəxəssis) axtarır.

050 777 80 04

Address


Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+994502078004

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi:

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share