Özəl Tibb Müəssisələri Assosiasiyası

Özəl Tibb Müəssisələri Assosiasiyası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Özəl Tibb Müəssisələri Assosiasiyası, Medical and health, Baku, Baku.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətil...
26/08/2026

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Milli dəyərlərə, adət-ənənələrə və Azərbaycan xalqının mənəvi irsinə olan diqqəti, çoxşaxəli və səmərəli fəaliyyəti ilə Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının ictimai-siyasi və humanist obrazını dünyada layiqincə təmsil edir. Onun ölkəmizin sosial, mədəni və humanitar inkişafına, səhiyyə və xeyriyyəçilik sahələrinə verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır.

Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın inkişafı naminə məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, Mehriban xanım!

🌍 ÖTMA-da Beynəlxalq Əlaqələr Departamenti faəliyyətə başladıÖzəl Tibb Müəssisələri Assosiasiyasında beynəlxalq əlaqələr...
05/08/2026

🌍 ÖTMA-da Beynəlxalq Əlaqələr Departamenti faəliyyətə başladı

Özəl Tibb Müəssisələri Assosiasiyasında beynəlxalq əlaqələrin inkişafı məqsədilə 1 iyun 2026-cı il tarixindən etibarən Beynəlxalq Əlaqələr Departamenti fəaliyyətə başlayıb. Departamentin koordinatorluğu zəngin beynəlxalq təcrübəyə malik həmkarımız Şahin Yusifov tərəfindən ictimai əsaslarla həyata keçirilir.

Fəaliyyətin ilk 45 günü ərzində 11 beynəlxalq təşkilatla əlaqələr qurulub. Eyni zamanda, dünyanın aparıcı səhiyyə təşkilatlarından biri olan Beynəlxalq Xəstəxana Federasiyası (International Hospital Federation – IHF) tərəfindən ÖTMA-ya tam üzvlüklə bağlı rəsmi dəvət göndərilib. Bu, assosiasiyamızın beynəlxalq səviyyədə tanınmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin mühüm göstəricisidir.

Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətimiz bundan sonra da davam etdiriləcək və üzv müəssisələrimiz üçün yeni əməkdaşlıq imkanlarının yaradılması əsas prioritetlərimizdən biri olacaq.

📊 Ölçülməyən keyfiyyət artırıla bilməz.Müasir səhiyyə idarəçiliyində keyfiyyətin yüksəldilməsi yalnız tibbi xidmət göstə...
31/07/2026

📊 Ölçülməyən keyfiyyət artırıla bilməz.

Müasir səhiyyə idarəçiliyində keyfiyyətin yüksəldilməsi yalnız tibbi xidmət göstərməklə məhdudlaşmır. Davamlı inkişaf üçün klinik nəticələrin, pasiyent məmnuniyyətinin, pasiyent təhlükəsizliyi göstəricilərinin və xidmət proseslərinin müntəzəm ölçülməsi, təhlil edilməsi və qiymətləndirilməsi vacibdir.

Bu məlumatlar səhiyyə müəssisələrinə güclü və zəif tərəflərini müəyyən etməyə, riskləri vaxtında aşkar etməyə, resurslardan daha səmərəli istifadə etməyə və xidmət keyfiyyətini davamlı şəkildə artırmağa imkan yaradır. Məlumatlara əsaslanan qərarlar isə həm idarəetmənin effektivliyini yüksəldir, həm də pasiyentlər üçün daha təhlükəsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin edir.

Keyfiyyət bir dəfə əldə edilən nəticə deyil, mütəmadi ölçmə, qiymətləndirmə və təkmilləşdirmə prosesidir.

📚 Mənbə: Avedis Donabedian – Quality Assessment Framework

HealthcareManagement

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və vergi inzibatçı...
17/07/2026

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə mövcud problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti görüş Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun Vergi Altqrupunun Koordinasiya Qrupu nümayəndələrinin iştirakı ilə baş tutub.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüş iştirakçılarını vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Görüş zamanı Koordinasiya Qrupu tərəfindən biznes
nümayəndələrindən toplanılan ümumiləşdirilmiş hər bir təklif
üzrə müzakirələr aparılıb. Bundan başqa, mikro sahibkarlara verilən güzəştlər, kənd təsərrüfatı məhsullarındann hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin ticarat əlavəsinə tətbiqi, sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması, vergi inzibatçılığı və şikayətlərə dair təkliflər çərçivəsində kameral vergi yoxlamaları nəticəsində bank hesablarına sərəncam goyulması təcrübəsinin təkmilləşdirilməsi ,riskli vergi ödəyicisi statusunun tətbiqi , şikayətlərə baxılma müddətinin qısaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi geyd edilib.

Görüşdə Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) da təmsil olunub. Assosiasiyanın İdarə Heyətinin sədri Günel Əliyeva əlavə dəyər vergisindən (ƏDV) yaranan sərbəst vəsaitin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərin həyata keçirilməsinə yönəldilməsi ilə bağlı qəbul edilmiş qərara görə təşəkkürünü ifadə edib. O, həmçinin nağdsız ödənişlərin 50 faizinin geri qaytarılması ilə bağlı tətbiq olunan güzəşt müddətinin cari ilin sonunda başa çatacağını nəzərə çatdıraraq, bu təşviq mexanizminin müddətinin uzadılmasının şəffaflığın artırılması və nağdsız hesablaşmaların genişləndirilməsi baxımından mühüm stimul olacağını bildirib.
Daha sonra O,özəl tibb sektorunda fəaliyyət göstərən həkimlərin VÖEN vasitəsilə fəaliyyət göstərə bilməsi məsələsinə toxunaraq, bu istiqamətdə hüquqi və vergi tənzimləmələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, özəl tibb sektoru fəaliyyət xüsusiyyətlərinə görə fərqli yanaşma tələb edən sahələrdən biridir. Bu səbəbdən sözügedən məsələnin ayrıca müzakirə edilməsi və sektora uyğun həll mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Vergi Xidməti ilə ÖTMA arasında ayrıca görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Özəl tibb sektoruna tətbiq olunan vergi güzəştlərinin genişləndirilməsi və bu istiqamətdə həyata keçiriləcək vergi islahatları sahənin dayanıqlı inkişafına, eləcə də özəl tibb sektorunda şəffaflığın daha da artırılmasına mühüm töhfə verəcək.

Dövlət Vergi Xidməti
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)

İyulun 13-də Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) İdarə Heyətinin sədri Günel Əliyeva və baş katibi Vüqar Eyva...
14/07/2026

İyulun 13-də Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) İdarə Heyətinin sədri Günel Əliyeva və baş katibi Vüqar Eyvazov ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş Komissiyasının” üzvləri arasında işgüzar görüş keçirilib.

Görüş özəl tibb sektorunda fəaliyyət göstərən sahibkarları narahat edən məsələlərin müzakirəsi, onların həlli istiqamətində görülən işlərin qiymətləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Müzakirələr zamanı özəl tibb sektorunun inkişafına töhfə verəcək təşəbbüslər, sahibkarların üzləşdiyi problemlərin həlli istiqamətində birgə səylərin göstərilməsi, eləcə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər özəl tibb sektorunun inkişafı, sahibkarların qanuni maraqlarının qorunması və mövcud problemlərin həlli istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu məqsədlərə nail olmaq üçün qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ortaq fəaliyyət böyük əhəmiyyət daşıyır. “Güc birlikdədir” prinsipi əsasında əməkdaşlığın daha da genişləndirilməsi və qarşıya qoyulan hədəflərə birgə səylərlə nail olunması istiqamətində fəaliyyətin davam etdirilməsi qərara alınıb.

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası
AR Səhiyyə Nazirliyi

3–4 iyul tarixlərində Bakıda keçirilən I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi (IHMC Ba...
05/07/2026

3–4 iyul tarixlərində Bakıda keçirilən I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi (IHMC Baku 2026) səhiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübə mübadiləsi, elmi biliklərin paylaşılması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm platforma oldu.

Türkdilli və Xəzəryanı ölkələrdən, eləcə də müxtəlif dövlətlərdən səhiyyə menecerləri, tibb müəssisələrinin rəhbərləri və sahə üzrə ekspertlərin iştirak etdiyi konqres bu istiqamətdə keçirilən ilk beynəlxalq tədbir kimi xüsusi əhəmiyyət daşıyıb.

Konqres çərçivəsində səhiyyənin idarə olunması, keyfiyyət göstəricilərinin artırılması, xəstəxanaların maliyyə idarəçiliyi, insan resursları, marketinq, pasiyent və həkim hüquqları, eləcə də müasir idarəetmə yanaşmaları üzrə aktual mövzular müzakirə olunub.

Eyni zamanda özəl tibb müəssisələrinin rəhbərləri də çıxışları ilə konqresə mühüm töhfə verərək öz təcrübələrini bölüşüb, səhiyyə idarəçiliyində innovativ yanaşmalar və uğurlu idarəetmə modelləri barədə təqdimatlarla iştirakçıların böyük marağına səbəb olublar.

Konqres çərçivəsində aparılan müzakirələrin ölkəmizdə səhiyyə idarəçiliyinin inkişafına, beynəlxalq təcrübələrin tətbiqinə və sektorlararası əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

AR Səhiyyə Nazirliyi
TƏBİB

̇darəolunması

03/07/2026

“Sağlam can”ın qonağı Özəl Tibb Müəssisələri Assosiasiyasının sədri, həkim anestezioloq Günel Əliyeva regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün mümkün təşviq mexanizmlərindən və xaricdə təhsil alan kadrların ölkəmizə gətirilməsindən danışdı.

Son illərdə səhiyyə menecmenti və xəstəxana idarəçiliyi sahələrinin əhəmiyyəti daha da artmış, bu istiqamətdə peşəkar ka...
03/07/2026

Son illərdə səhiyyə menecmenti və xəstəxana idarəçiliyi sahələrinin əhəmiyyəti daha da artmış, bu istiqamətdə peşəkar kadr hazırlığına olan tələbat yeni təhsil proqramlarının və fakültələrin yaradılmasına səbəb olmuşdur. Bu gün həm Azərbaycan Tibb Universiteti, həm də Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən müvafiq proqramlar səhiyyə idarəçiliyi sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verir.

İstər dövlət, istərsə də özəl tibb müəssisələrində rəhbər vəzifələrdə çalışan şəxslərin səhiyyə menecmenti və xəstəxana idarəçiliyi sahəsində dərin biliklərə malik olması böyük əhəmiyyət daşıyır. Bu biliklər rəhbərlərin ortaq peşəkar yanaşma formalaşdırmasına, eyni idarəetmə dili ilə işləməsinə və səhiyyə sistemində daha səmərəli əməkdaşlıq etməsinə imkan yaradır.

Səhiyyə idarəçiliyi sahəsində biliklər xəstəxana rəhbərinə yalnız inzibati fəaliyyətində deyil, həm də strateji qərarların qəbulunda ciddi üstünlüklər qazandırır. Bu biliklər risklərin düzgün idarə olunmasına, insan resurslarının və komanda işinin səmərəli təşkilinə, maliyyə resurslarının effektiv planlaşdırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına, keyfiyyət standartlarının tətbiqinə, dəyişikliklərin uğurla idarə edilməsinə və ümumilikdə tibb müəssisəsinin dayanıqlı inkişafının təmin olunmasına mühüm töhfə verir.

Bu dəfə keçirilən Səhiyyə Menecmenti Akademiyasında uzun illər xəstəxana idarəçiliyi sahəsində təcrübə qazanmış spikerlər öz praktiki biliklərini müxtəlif aktual mövzular üzrə nəzəri biliklərlə əsaslandıraraq iştirakçılarla bölüşdülər. Təqdim olunan mövzular səhiyyə menecmentliyinin təməl prinsipləri əsasında bu sahədəki aktual problemlərin həlli yollarını göstərməklə iştirakçıların peşəkar inkişafına əhəmiyyətli töhfə verdilər.

İnanırıq ki, bu cür təlimlərin davamlı təşkili səhiyyə idarəçiliyi sahəsində peşəkar kadr potensialının güclənməsinə, xəstəxanaların vahid və sistemli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsinə, eləcə də ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə mühüm dəstək olacaq.

Tibb Univeriseti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti UNEC

🩺 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüİnsan sağlamlığının qorunması və inkişafı naminə məsuliyyətli və şərəfli f...
17/06/2026

🩺 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü

İnsan sağlamlığının qorunması və inkişafı naminə məsuliyyətli və şərəfli fəaliyyət göstərən bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edirik.

Səhiyyə sisteminin dayanıqlılığı və cəmiyyətin rifahı həkimlərin, tibb bacılarının, tibb qardaşlarının, laborantların, feldşerlərin, təcili tibbi yardım əməkdaşlarının, əczaçıların və digər tibb işçilərinin peşəkarlığı, fədakarlığı və əzmkarlığı sayəsində təmin olunur.

İnsan həyatına xidmət edən bu ali missiyanın daşıyıcıları olaraq Sizlər hər gün minlərlə insanın sağlamlığına, ümidinə və gələcəyinə töhfə verirsiniz.

Özəl Tibb Müəssisələri Assosiasiyası adından bütün tibb işçilərinə təşəkkür edir, fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq.

Sağlam cəmiyyət naminə göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik!

Peşə bayramınız mübarək!

ÖTMA İdarə Heyəti və Sahibkarlarla Görüş  Özəl Tibb Müəssisələri Assosiasiyası İdarə Heyətinin üzvləri və özəl tibb sekt...
16/06/2026

ÖTMA İdarə Heyəti və Sahibkarlarla Görüş

Özəl Tibb Müəssisələri Assosiasiyası İdarə Heyətinin üzvləri və özəl tibb sektorunun sahibkarları görüşərək bir sıra perspektiv məsələləri müzakirə etmişlər.

Görüşün əsas gündəliyi özəl tibb sektorunda vergi siyasəti və tətbiqi məsələləri olmuşdur.

Görüşdə sektorun inkişafı üçün vergi rejiminin təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə edildi.

Sektorun dayanıqlı inkişafı üçün vergi yükünün optimallaşdırılması və şəffaf tənzimləmə mexanizmlərinin yaradılması təklifləri səsləndirildi.

Address

Baku
Baku

Telephone

+994554825268

Website

Alerts

Be the first to know and let us send you an email when Özəl Tibb Müəssisələri Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Özəl Tibb Müəssisələri Assosiasiyası:

Shortcuts

Share