08/12/2017
Keratoplastikanın aktual sualları
1. Keratoplastikanın və Buynuz qişanın transplantasiyasının(köcürülməsinin) fərqi nədir?
Keratoplastikanın altında buynuz qişanın üzərində aparılan aşağıdaki əməliyyatlar nəzərdə tutulur: buynuz qişanın formasının və funksiyasının bərpaedici, müxtəlif travmalardan və xəstəliklərdən sonraki defektlərin və deformasiyaların aradan götürmək ücün aparılan əməliyyatlar.
Buynuz qişanın transplantasiyası isə buynuz qişanın köcürülməsinə deyilir. Bu bir orqanizmin(insanın) çərçivəsində ola bilər, və yaxud bir orqanizmdən o birisinə köcürülür.
Bununlada əsas fərq ondadır ki, keratoplastikada xəstənin buynuz qişasına toxuma köçürülür. Buynuz qişanın transplantasiyasında isə məs buynuz qişa köcürülür. O resipiyentin (transplantantı qəbul edən şəxsin) ya buynuz qişasını, ya sklerasını, yada konyunktivasını örtə bilər.
2. Keratoplastikanın neçə növü var?
Keratoplastikanın klassifikasiyasında (təsnifatında) 3 mühüm göstərici nəzərə alınır:
A. Buynuz qişanın defektinin ölcülərinə görə: hissəvi, subtotal, total.
B. Buynuz qişada olan defektin dərinliyinə görə: laylar üzrə olan (üst və alt), və hər iki tərəfə çıxan (buynuz qişanın bütün qatlarını dəlib keçən) əməliyyat.
C. Məqsədinə görə: optik, müalicəvi və kosmetik.
3. Əməliyyatın nəticəsi nədən asılıdır?
Əməliyyatın nəticəsi buynuz qişanin bulanmasına gətirən səbəbdən (xəstəlikdən və yaxud travmadan) və gözün ümumi vəziyyətindən (bulanmaya gədər görmə itiliyinin nəcə olmasından, göz dibinin vəziyyətindən və s.)
4. Transplantasiya üçün material nəcür olur və haradan götürülür?
Buynuz qişa transplantantı nəzəri cəhətdən 4 cür ola bilər:
a) autoloji material - yani xəstənin öz toxuması. Məsələn, xəstənin 2-ci (tay) gözündə müəyyən xəstəlik var ( terminal qlaukoma, və ya görmə sinirinin atrofiyası, və yaxud torlu qişanın qopması və s.), görməsi yoxdur, lakin buynuz qişası yaxşıdır. Buna nadir hallarda rast gələ bilinər.
b) izogen material - yani tam immunoloji uyğunluğu olan buynuz qişa. Əkizlərdə olur. Yalnız nəzəriyyədə mümkündür.
c) allogen material - bir insandan (ölümündən sonra) o biri insana köçürülən toxumalardır (xüsusilə də buynuz qişa). Bu günədək ən istifadə olunan materialdır. Onun konservasiyasının ( yani donordan alınandan sonra və köçürülənə gədər saxlanılmasının) əsas metodunun banisi məşhur alim-oftalmoloq akademik V.P. Filatovdur ( Odessa, Ukrayna). 2013-cü ilədək bütün donor buynuz qişalarının saxlanılması üçün onun tədbiq etdiyi üsuldan istifadə olunurdu. Daha dəgiq desək: 2-4*C altında bağlı şüşə qabda hüsusi məhlulda buynuz gişa 1-3 günə gədər qalırdı. Akademik Filatovu muasir Göz Banklarının intellektual atası hesab etmək olar.
d) ksenogen material - heyvanlardan götürülmüş toxumalardır. Lakin burada köçürülmüş buynuz qişanın rədd etmə hallarına tez tez rast gəlinir, çünki immunoloji münaqişələr mövcuddur. Bununla belə son vaxtlar ksenoqen materiallara maraq artıb. Buda süni heyvanların yetiştirilməsi ilə əlaqədardır.
5. Donor buynuz qişasının istifadəsi üçün əks göstərişlər:
A) Transplantantlar Donor bankın işçiləri üçün təhlükə yarada bilər, əgər donorda: aktiv Hepatit B, QİÇS, aktiv viruslu ensefalit və yaxud quduzluq aşkar olunub.
B) Resipiyent üçün təhlükə: əgər donorda yuxarıda sadalanan xəstəliklər və onlara əlavə olaraq: qeyri müəyyən etiologiyalı mərkəzi sinir sisteminin xəstəlikləri ( məs. Alsheymer xəstəliyi), anadangəlmə rubella, septisemiya və s. xəstəliklər var.
C) Donor buynuz qişasının qeyri-kafi keyfiyyəti: gözün ön seqmentinin şişi, retinoblastoma, sklerit, keratouveit, keçirilmiş refraksion cərrahiyə əməliyyatları, keçirilmiş katarakta əməliyyatı və s.
Buynuz qişa transplantantı üçün əsas göstərici - endoteliyin (arxa qatın) vəziyyətidir. Donor 65 yaşadək olmalıdır və resipiyentlə yaş fərqi 30 ildən çox olmamalıdır.