MemorialHospital.az

MemorialHospital.az Memorial Hospital
Əlaqə nömrəsi: +99412 2101050
Ünvan: Q.Qarayev pr. 38A
Ünvan: Z.Nudirəliyev 79 Klinikamız 2009-cu ildən fəaliyyət göstərir.

Memorial Klinik tibbi fəaliyyətə başladığı dövrdən Qərbin inkişaf etmiş laboratoriyaları ilə eyni standart çərçivəsində çalışmağı qarşısına məqsəd qoymuşdur. Laboratoriyanın avadanlıq parkı Birləşmiş Ştatların öndə gedən laborator bazaları ilə ekvivalent olaraq təşkil olunmuşdur. Analizlərin aparılmasında Keyfiyyət, Müddət və Qiymət kimi parametrlər əsas götürülmüşdür. Tam avtomatlaşdırılmış rejim

də aparılan analizlər yüksək həssaslığı və spesifikliyi sayəsində manual müdaxilənin olmaması, cihazların LİS ( laborator informasiya sistemi ) sisteminə qoşulması analitik mərhələdə ola biləcək səhvləri minimuma endirir. Klinika klinik, hemotoloji, biokimyəvi, immunoloji, PZR, bakteriologiya və histologiya olmaqla ayrıca laborator vahidlərdən təşkil olunub. Klinakanın laborator bazası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin verdiyi normativlərə uyğundur. Klinika ilk öncə yüksək ixtisaslı kadrların yetişdirilməsinə, müasir avadanlıqların (Sysmex XT 4000 I , Cobas e411, Cobas c311) və mütərəqqi idarəetmə sisteminin LİS tətbiqinə, müasir metodikaların, avadanlıq və reaktivlərin işləməsi, daxili keyfiyyət nəzarətinin tətbiq olunmasına ciddi diqqət yetirir.

IGF-1 (İnsulinəbənzər böyümə faktoru-1) böyümə hormonunun təsirini nəticəsində qaraciyərdə sintez olunur. Orqanizmin böy...
20/05/2026

IGF-1 (İnsulinəbənzər böyümə faktoru-1) böyümə hormonunun təsirini nəticəsində qaraciyərdə sintez olunur. Orqanizmin böyümə və hüceyrə yenilənməsində mühüm rol oynayır.

Bəzi hallarda hipertenziya hormon və metabolik pozğunluqlarla əlaqəli ola bilər. Bu zaman xüsusi laborator analizlər böy...
17/05/2026

Bəzi hallarda hipertenziya hormon və metabolik pozğunluqlarla əlaqəli ola bilər. Bu zaman xüsusi laborator analizlər böyük əhəmiyyət daşıyır:
🔸 Vanil-badam turşusu (VMA)
🔸 Homovanil turşusu (HVA)
🔸 5-hidroksiindoleasetin turşusu (5-HIAA)
🔸 Metanefrin
🔸 Normetanefrin
Bu göstəricilər orqanizmdə katexolamin və serotonin metabolizmini qiymətləndirərək:
✔️ gizli hormonal səbəblərin aşkarlanmasına
✔️ feoxromositoma və digər neyroendokrin pozğunluqların istisna olunmasına kömək edir
Klinikamızda bu analizlər müasir və yüksək dəqiqlikə Kütlə Spektrometriya texnologiyası ilə həyata keçirilir.

Dəmir orqanizmdə oksigen daşınması və enerji metabolizmi üçün həyati əhəmiyyət kəsb edən əsas mikroelementlərdən biridir...
14/05/2026

Dəmir orqanizmdə oksigen daşınması və enerji metabolizmi üçün həyati əhəmiyyət kəsb edən əsas mikroelementlərdən biridir.
🔸Hemoqlobin dəmiri
Hemoqlobin eritrositlərin əsas komponentidir və oksigenin ağciyərlərdən toxumalara daşınmasını təmin edir.

🔹Tərkibi:
• Qlobin zülalı
• Hem qrupu (Fe²⁺ ionu + porfirin həlqəsi)
Bu struktur sayəsində oksigen effektiv şəkildə bağlanır və toxumalara daşınır.

🔸Depo dəmiri
Orqanizmdə artıq dəmir ehtiyat formalarda saxlanılır:

🔹Ferritin
• 24 subvahiddən ibarət zülal kompleksi
• Dəmirin aktiv və mobil deposudur
• Qaraciyər, makrofaqlar və sümük iliyində yerləşir.

🔹Hemosiderin
• Ferritinin parçalanmış, daha stabil formasıdır
• Həll olmayan depo formasıdır
• Uzunmüddətli dəmir yığılmasını göstərir

Hemoqlobin “aktiv istifadə olunan dəmir”, ferritin və hemosiderin isə “ehtiyat dəmir anbarı”dır.

12 May dünyada səhiyyənin görünməz qəhrəmanları olan tibb bacılarının şərəfinə Beynəlxalq Tibb Bacıları Günü kimi təsis ...
12/05/2026

12 May dünyada səhiyyənin görünməz qəhrəmanları olan tibb bacılarının şərəfinə Beynəlxalq Tibb Bacıları Günü kimi təsis edilmişdir.
Tibb bacıları yalnız müalicə prosesində iştirak etmir, eyni zamanda pasiyentlərə öz şəfqətləri, qayğıları, diqqət və dəstəkləri ilə sarırlar. Onların fədakarlığı səhiyyə sisteminin ən vacib dayaqlarından biridir.
Memorial Hospital olaraq klinikamızın tibb bacılarının timsalında bu müqəddəs peşədə çalışan hər kəsi səmimi qəlbdən təbrik edirik. Onlara möhkəm can sağlığı, uğurlar və peşə həyatında davamlı nailiyyətlər arzulayırıq.

Bu gün müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Heydər Əliyev Azərbaycan dövlətçiliyi...
10/05/2026

Bu gün müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin inkişafında və sabitliyinin təmin olunmasında müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyətdir.
Onun fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyi gücləndi, iqtisadi və siyasi sabitlik təmin olundu, ölkənin beynəlxalq nüfuzu artdı, müstəqil Azərbaycanın inkişaf yolu formalaşdı
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayır.
Hörmət və ehtiramla yad edirik!

9 May – insanlığın faşizm üzərində qazandığı böyük tarixi qələbənin il dönümüdür. Bu gün bir daha milyonlarla insanın hə...
09/05/2026

9 May – insanlığın faşizm üzərində qazandığı böyük tarixi qələbənin il dönümüdür. Bu gün bir daha milyonlarla insanın həyatını itirdiyi İkinci Dünya Müharibəsinin ağır nəticələrini və sülhün qiymətini bizlərə xatırladır.
Bu tarix yalnız bir qələbə deyil, həm də, sülhün qorunmasının vacibliyi, insanlığın birgə mübarizə gücü, azadlıq və ədalət uğrunda verilən qurbanların simvoludur
Bu gün biz həmin qəhrəmanların xatirəsini dərin ehtiramla yad edirik.

Yaz mövsümündə bazarlarda meyvələrin erkən satışa çıxması sevindirici görünsə də, bu məhsulların yetişdirilmə şəraiti ha...
06/05/2026

Yaz mövsümündə bazarlarda meyvələrin erkən satışa çıxması sevindirici görünsə də, bu məhsulların yetişdirilmə şəraiti haqqında düşünmək vacibdir.

🔹Pestisidlər nədir?
🔸Pestisidlər kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdir:
✅insektisidlər
✅herbisidlər
✅funqisidlər və s.

Onlar məhsuldarlığı artırsa da, insan sağlamlığı üçün müəyyən risklər yarada bilər.
Xüsusilə gizli təhlükə olaraq ağır metallara məruz qalmanı göstərə bilərik.

🔶Pestisidlərin , gübrələrin istifadəsi nəticəsində bəzi hallarda torpaqda və ya məhsullarda aşağıdakı maddələrə rast gəlinir.
✅Civə – müxtəlif köhnə pestisidlərin tərkibində istifadə olunur.
✅Qurğuşun – torpağın çirklənməsi və ya köhnə pestisid qalıqları ilə əlaqəli ola bilər.
✅Kadmium – fosfat gübrələri vasitəsilə torpaqda toplanır.
✅Arsen və manqan – pestisidlərin özündən yox, kontaminasiya nəticəsində əlavə olunur.
Pestisidlər torpaq və suda olan bu metalları daha zərərli formalara çevirə bilər.

🔶Uzun müddətli və ya yüksək səviyyəli məruz qalma nələrə səbəb ola bilər?
✅tənəffüs problemləri
✅dəridə qıcıqlanma
✅baş ağrısı
✅mədə-bağırsaq narahatlıqları

Bəzi hallarda isə hətta xərçəng riskinin artmasına səbəb ola bilər.
Bu baxımdan mövsümə uyğun meyvələrə üstünlük verin. Məhsulları yaxşı yuyun və mümkün olduqda qabığını soyun.

Bəzi vitamin və minerallar təkbaşına deyil, bir-biri ilə birlikdə daha effektiv təsir göstərir.Orqanizmdə maksimum fayda...
04/05/2026

Bəzi vitamin və minerallar təkbaşına deyil, bir-biri ilə birlikdə daha effektiv təsir göstərir.Orqanizmdə maksimum fayda almaq üçün bu uyğunluqları bilmək vacibdir:
🔸 Dəmir + C vitamini
C vitamini dəmirin bağırsaqlardan sorulmasını artırır. Xüsusilə bitki mənşəli dəmir üçün vacibdir.
🔸 D vitamini + K2 vitamini
D vitamini kalsiumun sorulmasını artırır, K2 isə onu düzgün istiqamətləndirərək sümüklərə yönəldir (damarlarda yığılmasının-kirəcləşmənin qarşısını alır).
🔸 Kalsium + D vitamini
D vitamini olmadan kalsium effektiv sorulmur və sümüklərə çatmır.
🔸 Maqnezium + D vitamini
Maqnezium D vitamininin aktiv formaya çevrilməsi üçün lazımdır.
🔸 Sink + A vitamini
Sink A vitamininin aktiv formaya keçməsi və istifadə olunması üçün vacibdir.
🔸 B12 vitamini + Fol turşusu (B9) - birlikdə qəbulu daha faydalıdır.
Qan yaranması və sinir sistemi üçün birlikdə işləyirlər. Birinin çatışmazlığı digərinin təsirini azalda bilər.
🔸 Yod + Selen - bu iki mineral birlikdə qəbul edilməlidir.
Qalxanabənzər vəzin normal fəaliyyəti üçün bu iki mineral birlikdə vacibdir.

Bəzi maddələr bir-birinin sorulmasına mane də ola bilər (məsələn, kalsium və dəmir eyni anda qəbul edilməməlidir).Düzgün kombinası qəbul etmək və ya əlavələri düzgün istifadə etmək daha yaxşı nəticə verir.

Analiz vermək yalnız nümunə götürmək deyil – bu, düzgün ön hazırlıq, icra və interpretasiya tələb edən tibbi prosesdir. ...
01/05/2026

Analiz vermək yalnız nümunə götürmək deyil – bu, düzgün ön hazırlıq, icra və interpretasiya tələb edən tibbi prosesdir. Dəqiq nəticə üçün yalnız laborator imkanlar deyil, pasiyentin doğru hazırlığı və məlumatlılığı da vacibdir.

Lupus (Qırmızı Qurd Eşənəyi) xəstəliyi olan qadınlarda hamiləlik xüsusi nəzarət tələb edir.Hamiləlik dövründə lupus alov...
30/04/2026

Lupus (Qırmızı Qurd Eşənəyi) xəstəliyi olan qadınlarda hamiləlik xüsusi nəzarət tələb edir.Hamiləlik dövründə lupus alovlana bilər. Buna görə hamiləlik mütləq remisiya dövründə planlaşdırılmalıdır
Mümkün risklər:
• Düşük
• Ölü doğuş
• Dölün bətndaxili inkişafdan qalması
• Preeklampsiya / eklampsiya
Neonatal lupus nədir?
Anadan fetusa keçən autoantitellər nəticəsində yaranır. 
Ən ciddi ağırlaşma:
➡️ Döldə ürəyin keçirici sisteminin zədələnməsi
➡️ His dəstəsinin blokadası (kongenital ürək bloku)
Nə tövsiyyə edilir?
✔️ Hamiləlik öncəsi revmatoloq və ginekoloqun birgə konsultasiyası
✔️ Xəstəliyin aktivliyinin qiymətləndirilməsi
✔️ Hamiləlik boyu müntəzəm həkim nəzarəti
Unutmayın: Doğru planlama və tibbi nəzarətlə lupus xəstələri də sağlam hamiləlik keçirə bilər.

C-peptid analizi insulin ifrazını qiymətləndirmək üçün vacib göstəricidir. Onu qlükoza ilə birlikdə analiz etdikdə daha ...
29/04/2026

C-peptid analizi insulin ifrazını qiymətləndirmək üçün vacib göstəricidir. Onu qlükoza ilə birlikdə analiz etdikdə daha dəqiq diaqnostik nəticə əldə olunur
Kombinasiyalara görə nəticələr:
🔺 Yüksək C-peptid + yüksək qlükoza
Tip 2 diabet və ya insulin dirənci (məs: Kuşinq sindromu)
🔺 Yüksək C-peptid + aşağı qlükoza
Pankreas şişi (insulinoma)
🔻 Aşağı C-peptid + yüksək qlükoza
Tip 1 diabet (insulin çatışmazlığı)
🔻 Aşağı C-peptid + aşağı qlükoza
Qaraciyər xəstəlikləri
Ciddi infeksiyalar
Addison xəstəliyi (böyrəküstü vəzi yetməzliyi)
Və ya insulinlə müalicə fonu

Address

Qara Qarayev Prospekti 38A
Baku
AZ1002

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 08:30 - 15:00

Telephone

+994122101050

Alerts

Be the first to know and let us send you an email when MemorialHospital.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MemorialHospital.az:

Share

Category