Şəbnəm Qanbayeva

Şəbnəm Qanbayeva Onkoloq-Mammaloq Cərrah-MD-Phd
Süd vəzi xəstəlikləri
ATU Patalogiya kafedrası

Sağlığını ciddiyə almayan daha bir Qadın!
02/05/2026

Sağlığını ciddiyə almayan daha bir Qadın!

Angisarkoma. Süd vəzinin angiosarkoması — çox nadir, lakin aqressiv bədxassəli şişdir. Süd vəzisindəki qan və limfa dama...
13/01/2026

Angisarkoma. Süd vəzinin angiosarkoması — çox nadir, lakin aqressiv bədxassəli şişdir. Süd vəzisindəki qan və limfa damarlarının endotel hüceyrələrindən inkişaf edir.İkincili olaraq radioterapiya almış xəstələrdə yaranma ehtimalı daha yüksəkdir.

Azərbaycanın ilk Süd vəzi xəstəlikləri assosiasiyasının üzvü olmaqdan qürur duyuram.
15/09/2025

Azərbaycanın ilk Süd vəzi xəstəlikləri assosiasiyasının üzvü olmaqdan qürur duyuram.

Süd vəzinin filloid törəmələri – birləşdirici toxumadan inkişaf edən şişlərdir. Adi fibroadenomadan fərqli olaraq, ölçül...
13/09/2025

Süd vəzinin filloid törəmələri – birləşdirici toxumadan inkişaf edən şişlərdir. Adi fibroadenomadan fərqli olaraq, ölçüləri daha böyük olur. Ən çox gənc yaşlarda rast gəlinir. 3 forması mövcuddur:
• Benign – xoşxassəli törəmələr
• Borderline – sərhəd (xoş və bədxassəlilər arasında orta mövqe tutur)
• Malignant – bədxassəli törəmələr

Hər üç halda müdaxilə cərrahidir.
Süd vəzinizdə ələ gələn düyünlərə qarşı laqeyd olmayın!

Həyata bu qədər gec qalmayaq. Erkən müayinə həyat qurtarır.📍T.ü.f.d. Şəbnəm Qanbayeva📲 Randevu üçün: (055) 6883033      ...
06/09/2025

Həyata bu qədər gec qalmayaq. Erkən müayinə həyat qurtarır.

📍T.ü.f.d. Şəbnəm Qanbayeva
📲 Randevu üçün: (055) 6883033

🔸 İltihab əlaməti olan Portağal qabığı simptomu — süd vəzi xərçənginin ən mühüm xəbərdaredici əlamətlərindən biridir.👉 D...
02/09/2025

🔸 İltihab əlaməti olan Portağal qabığı simptomu — süd vəzi xərçənginin ən mühüm xəbərdaredici əlamətlərindən biridir.
👉 Döş dərisində bərkimə, şişkinlik və portağal qabığına bənzər görünüş müşahidə etdikdə vaxt itirmədən mamoloq-onkoloqa müraciət edin.

💡 Erkən diaqnoz – həyatınızı xilas edə bilər!

Hər bir döş ucu axıntısı təhlükəli deyil; lakin bəzi hallarda erkən diaqnoz tələb edən ciddi xəstəliklərin əlaməti ola b...
30/08/2025

Hər bir döş ucu axıntısı təhlükəli deyil; lakin bəzi hallarda erkən diaqnoz tələb edən ciddi xəstəliklərin əlaməti ola bilər.
Bəs hansı hallarda mütləq həkimə müraciət etməlisiniz?

🔴 1. Axıntı yalnız bir döşdən gəlirsə
Hər iki döşdən gələn axıntılar hormonal səbəblərlə bağlı ola bilər, amma tək tərəfli axıntılar daha çox patoloji səbəblərlə əlaqəlidir.

🔴 2. Axıntı özü-özünə gəlirsə
Əllə sıxmadan, öz-özünə axıntının əmələ gəlməsi, xüsusilə də təkrarlanması mütləq qiymətləndirilməlidir.

🔴 3. Axıntı qanlıdırsa və ya tünd rənglidirsə
Qanlı, qəhvəyi və ya su kimi şəffaf olmayan axıntılar, şişvari yaranmaların göstəricisi ola bilər.

🔴 4. Döşdə bərkilik və ya forma pozuntusu müşahidə olunursa
Axıntı ilə yanaşı, döşdə bərkilik, dəridə çəkilmə və ya çökmə varsa, döş xərçəngi riski baxımından ətraflı müayinə olunmalıdır.

🔴 5. 40 yaşdan yuxarısınızsa və yeni başlayıbsa
İrəliləmiş yaşda başlayan yeni döş ucu axıntıları daha diqqətlə dəyərləndirilməlidir.
Döş müayinəsi üçün USM, mammoqrafiya və lazım gələrsə biopsiya aparıla bilər.

📍 T.ü.f.d. Şəbnəm Qanbayeva
📲 Randevu üçün: (055) 6883033

💡 Süd vəzi ağrıları hər zaman qorxulu deyil!Hormonal dəyişikliklər, menstrual dövr və ya stress səbəbilə yaranan ağrılar...
25/08/2025

💡 Süd vəzi ağrıları hər zaman qorxulu deyil!
Hormonal dəyişikliklər, menstrual dövr və ya stress səbəbilə yaranan ağrılar çox vaxt narahatlığa səbəb olmamalıdır.

🔍 Amma ağrı uzunmüddətli, şiddətli və ya digər simptomlarla müşayiət olunursa, mütləq müayinəyə müraciət etmək lazımdır.

Sağlamlığınız önəmlidir – vaxtında yoxlanış həyat qurtara bilər! 💙✨

📍T.ü.f.d. Şəbnəm Qanbayeva
📲 Randevu üçün: (055) 6883033

📌 Ağıllı Dərmanlar (Hədəfə Yönəlik Müalicə) Nədir?Ağıllı dərmanlar xərçəng hüceyrələrinin DNT-sində və ya səthindəki xüs...
20/08/2025

📌 Ağıllı Dərmanlar (Hədəfə Yönəlik Müalicə) Nədir?

Ağıllı dərmanlar xərçəng hüceyrələrinin DNT-sində və ya səthindəki xüsusi dəyişiklikləri hədəf alan müasir müalicə üsuludur. Yəni, şişin özünəməxsus “barmaq izini” tapır və yalnız xərçəng hüceyrələrinə hücum edir.



🔹 Necə İşləyir?
1. Nümunə götürülür: Şişdən və ya qandan toxuma nümunəsi analiz edilir.
2. Genetik/molekulyar analiz: Xərçəng hüceyrələrinə aid genetik və ya bioloji pozuntular müəyyən olunur.
3. Uyğun dərman seçilir: Bu pozuntunu hədəf alan xüsusi dərman təyin edilir.
4. Müalicə tətbiq olunur: Dərman, sağlam hüceyrələrə mümkün qədər az zərər verərək, birbaşa xərçəng hüceyrəsini təsirsiz hala gətirir.



🔹 Üstünlükləri

✔ Daha az yan təsir (klassik kimyaterapiya ilə müqayisədə)
✔ Daha fərdiləşdirilmiş müalicə (xəstənin genetik quruluşuna uyğun)
✔ Bəzi xəstələrdə daha uzunmüddətli xəstəlik nəzarəti

📍T.ü.f.d. Şəbnəm Qanbayeva
📲 Randevu üçün: (055) 6883033

Ginekomastiya xastalikdirmi?Kisilarda ginekomastiya diaqnozu o demakdir ki, hormon tarazligi pozulub. Yani qadin hormonl...
04/08/2025

Ginekomastiya xastalikdirmi?
Kisilarda ginekomastiya diaqnozu o demakdir ki, hormon tarazligi pozulub. Yani qadin hormonlarinin artmasi va ya kisi hormonlarinin qadin hormonlarina nisbatda azalmasi ila alaqadar ola bilar.
Müayina naticasinda xarçang, digar endokrin, somatik xastaliklar inkar olundugdan sonra qalan hallarda süd vazilarinin böyümasi kisi orqanizmina har hansi bir zarar vera bilacak xastalik deyil. Bu, süd vezilerinin kosmetik cahatdan anormal görünüsüdür.
Kimlarda böyüma ola bilar?
Ginekomastiyanin fizioloji va patoloji sabablari var.
Asasan yenidogulmus körpalarde, yeniyetmalik dövründa va ahil yasli insanlarda fizioloji ginekomastiyalara rast gelinir.

Address

Medi Lux Klinikası
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Şəbnəm Qanbayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category