07/08/2026
Diabetlilərin qidalanma rasionunda səhər yeməyi önəmli yer tutur!
Xüsusilə Tip 2 diabet xəstəsi səhər yeməyini ötürməməlidir!
Şəkərli diabetlilərin səhər yeməyi daha erkən və şəkəri yüksəltməyəcək qidalarla edilməlidir. Səhər yeməyini nə qədər erkən yesəniz, şam yeməyi də gecə saatlarına qalmaz və qanda şəkərin səviyyəsi bir o qədər asan tənzimlənər.
Sizə bir neçə səhər yeməyi məsləhətləri təqdim edirik.
🔆 Çörək - səhər yeməyi üçün ən əsas taxıl qrupu hesab edilir. Kəpək, çovdar, yulaf və ya tam buğda unu ilə olan çörəklərə üstünlük verilməlidir. Xüsusilə səhər yeməyində nə qədər çox lif qəbul etsəniz, bir o qədər qanda şəkərin artmasının qarşısını almaq olar.
🔆 Zülal qaynağı - pendir və yumurta yeyilə bilər. Diabet xəstələri səhər yeməyində mütləq yumurta yeməlidirlər.
🔆 Qatıq və avokado diabetlə mübarizədə təsirli səhər yeməyi qidaları ola bilər.
🔆 Şəkərli diabet xəstələri səhər yeməyi üçün meyvələrdən istifadə edə və smuzilər hazırlaya bilərlər
🔆 Əsas yağ turşularını özündə daşıyan qidalar- qoz, badam, fındıq və zeytuna mütləq üstünlük verilməlidir.
🔆 Bol göyərti və meyvə istehlak etmək - həm vitamin və mineral ehtiyacını ödəmək, həm də lif miqdarını artırmaq üçün vacibdir.
🔆 İçkilər - çay, qəhvə, bitki çayı, təzə meyvə şirələri ola bilər.
Əlaqə:
📞 (+994) 70 250 50 35
📍Avropa Beynəlxalq Hospital