Aygün Kərimli

Aygün Kərimli 📍Psixologiya üzrə fəlsəfə doktoru (c)
📍6+ illik təcrübə
📍Yaş həddi ~ 16+
📍+994 77 615 84 80

19/08/2026

“Mən beləyəm, məni olduğum kimi qəbul et” deyən insanları bir də bu aspektdən nəzərdən keçirək.

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

14/08/2026

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

09/08/2026

“Paranoyak qısqanclıq” hansı düşüncə mexanizmi üzrə baş verir?

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

30/07/2026

“Mənim heç nəyimə toxunulmasın” deyən insanlara necə yanaşmaq lazımdır?

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

21/07/2026

“Yaxşı bax, səni incidən reklam deyil…”

Bir müddətdir gündəmdə olan reklam videosunun müzakirəsində bəzi psixoloji məqamların gözdən qaçması mövzunun psixoloji baxışa ehtiyacı olduğunu göstərir.
Əvvəla, videonun reklam çarxı aspektindən peşəkar şəkildə qiymətləndirilməsi marketoloqların işidir və bəziləri bunu ediblər. Psixoloji aspektdən biz videonun məzmununu qiymətləndirməliyik, reklamın məzmununu deyil.
Videoya göstərilən müsbət və ya mənfi münasibətlərin təkidlə və qabarıq şəkildə ifadə olunanları birmənalı şəkildə travmatik təcrübə daşıyır. İki məqamın xüsusilə vurğulanmalı olduğunu düşünürəm:
1) Bəzi estetik müdaxiləsi olmayan insanlar bu təbii hallarına görə özlərini videonun təsir edəcəyi kateqoriyadan görmədiklərini deyib bəzi dərin məqamları gözardı edir və ya maskalayırlar. Həmin məqam belədir:
Hazırda estetik müdaxiləsi olmayan qadınların da bir çoxu təbiliyi sevdikləri və özlərini belə qəbul etdikləri üçün estetiksiz deyillər. Maddi imkansızlıq, şəxsi qorxular, ictimai qınaq, özündə bəyənmədiyi yerləri dəyişdirməyin ona istədiyi, arzuladığı görünüşü verməyəcəyini bilməsi və s. kimi səbəblərdən asılı olaraq da bunu etmirlər. Ancaq bunu etməsələr də daxili maraq və meyilləri onları "estetikli" qrupuna aid etdiyi üçün videoda "bəyənilməyən" qrupuna aidlik hissi həmin insanları incidir (sadəcə qadınları deyil).
2) Videoya göstərilən istər müsbət, istərsə də mənfi münasibətlərin aşırı ifadəsi həmin insanların daxilində qadın-kişi münaqişəsinin bitməməsindən irəli gəlir. Bu, həm kişilərin, həm də qadınların mövqeyi baxımından belədir.
Daha dərin məqamların izahı ilə bağlı mövzunu uzadıb yorucu hala gətirməmək üçün sonda öz şəxsi mövqeyimi bildirmək istəyirəm.
Gəlin, səmimi olaq. Təbiətin bütövlük üçün yaratdığı varlıqları qütbləşdirmək və bunu qəzəb, kin, nifrət, aqressiya fonunda etmək heç bir insana da, cəmiyyətə də fayda verə bilməz.
Bu neqativ duyğuları p*k həddə yaşayıb videogörüntüdən "Uşağı yaşda qıza baxdı, qız başqa masadakı kişiyə gülümsədi, qadın bədəni şirniyyatla müqayisə olundu və s." kimi təhlükəli və patoloji zehniyyətlə cəmiyyətdəki heç bir problem həll oluna bilməz. Həll olunsaydı, boşanmalar, cinayətə meyillilik, zərərli vərdişlərdən asılılıq, intihar və s. kimi neqativ hallar bu qədər artım göstərməzdi.
Dünyada gedən proseslərə baxanda ədalət axtaran, sülh arzulayan insan insanlararası qütbləşməni dəstəkləyə bilməz. Ona görə də “Günahsız uşaqlar öldürüldü, qadın hüquqları tapdalandı və s.” kimi mövzularda həssaslıq tələb edən insanların özlərinə əks qütbdəki qadın və uşaq nümayəndələrə kin qusması sadəcə maskalanmış travmanın və mənəvi məhrumiyyətin göstəricisidir.
Yaxşısı budur, reklamla yox, özümüzlə məşğul olaq və özümüzlə üzləşək.

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

15/07/2026

“Yetkin insanda uşaqlıq travmalarını göstərən bəzi əlamətlər”

1) İstirahət etdikdə və ya dincəldikdə günahkarlıq hissinin və "nəsə etməliyəm" düşüncəsinin yaranması.
Çünki siz dəyərli olmağın yalnız işləməklə, fayda verməklə ölçüldüyünü öyrənmisiz.

2) İnsanlara inanıb etibar etməkdə çətinlik çəkmək.
Çünki sizi qoruyan və ya qorumalı olan insanlar bu inam və etibarı doğrultmayıblar.

3) Ən adi şeyləri belə həddindən artıq düşünmək.
Çünki ən kiçik səhvləriniz belə bağışlanmayıb, tənqid və ya təhqir edilib. Həmçinin davamlı olaraq yolunda getməyən nələrinsə olacağına öyrədilmisiz.

4) Konfliktləri həll etmək əvəzinə, onlardan qaçmağı seçmək.
Çünki şəxsi problemlərini bölüşmək və ya öz ehtiyaclarını dilə gətirmək sizə təhlükəli hiss etdirib.

5) Daim özünü yeniləməyə və fərqli yollarla sübut etməyə çalışmaq.
Çünki sevgini təbii şəkildə deyil, yalnız hansısa yollarla qazana biləcəyinizi öyrənmisiz.

6) Tərk edilməkdən və ya tək qalmaqdan əsassız şəkildə qorxmaq.
Çünki sevginin verilməsinin hansısa şərtlərdən asılı olaraq qəfil kəsilə biləcəyini öyrənmisiz. Ona görə də daim başqalarını özünüzü incitmək bahasına olsa da məmnun etməyə çalışırsız. Bu, sizin təhlükəsizlik duyğunuzu bəsləyir.

7) İnsanlararası münasibətlərin tərzi və dinamikasını anlamaqda çətinlik çəkmək (xüsusilə, şəxsi münasibətlərin).
Çünki sağlam sevgi anlayışı formalaşmayıb. Sizin sevgi anlayışınız nəzarət, qısqanclıq və qarışıq situasiyalarla zəngin olduğu üçün kənar halları mənalandırmaqda çətinlik çəkirsiz.

Postu bəyənməyi və səhifəni izləməyi unutmayın.

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

10/07/2026

"Bir seansla dəyişiklik" vədi nə qədər qeyri-peşəkar, qeyri-etik və nadürüst bir vəddirsə, bundan "yararlanmağa" çalışanların "Mən sadəcə inandım, aldandım" bəhanəsi də bir o qədər nadürüst və qeyri-səmimidir.

Sən sadəcə inanıb aldanmadın. Sən böyük bir nəticəni qazanmağı və ya böyük bir arzuna çatmağı ən asan, qısa və ucuz yolla əldə etmək istədin. Yəni, elə özünə uyğun insanla (bunu vəd edənlə) qarşılaşdın.

Niyyətinə (asan, qısa və ucuz yolla qazanc əldə etmək) uyğun yolda irəlilədin və eyni niyyətlə (asan, qısa və ucuz yolla qazanc əldə etmək) səni o yolda gözləyənin toruna düşdün.

Dələduzluq (istər ənənəvi, istər də kiber) cinayətlərinin "qurban"ları da adətən bu kateqoriyadakı insanlar olur.

Nəzərə almaq lazımdır ki, həyatda sənin rifahın sadəcə sənə əmək vəd edən insana maraqlıdır, digərlərinə maraqlı olan isə yalnız sənin cibindir.

Şərhlərdə fikirlərinizi bölüşə bilərsiz✨



___________________________________

Aygün Kərimli - Psixoloq

+994 77 615 84 80

[email protected]

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Aygün Kərimli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category