Nadir Xəstəliklər Təşkilatları İttifaqı

Nadir Xəstəliklər Təşkilatları İttifaqı "Bir addım maarifləndirmə, bir dünya dəstək"
"One Step of Awareness, A World of Support"

Kistoz fibrozla bağlı regional maarifləndirmə tədbiri keçirilib
05/08/2026

Kistoz fibrozla bağlı regional maarifləndirmə tədbiri keçirilib

01/08/2026
25/07/2026
🇦🇿Pasiyent hekayəsi – dəyişiklik yaradan ən güclü sübutNadir, xroniki və genetik xəstəliklər haqqında danışarkən tez-tez...
08/07/2026

🇦🇿Pasiyent hekayəsi – dəyişiklik yaradan ən güclü sübut

Nadir, xroniki və genetik xəstəliklər haqqında danışarkən tez-tez statistik rəqəmlər təqdim edirik. Bu rəqəmlər problemin miqyasını göstərir, planlaşdırma aparmağa kömək edir və qərarların əsaslandırılmasında mühüm rol oynayır.

✅Lakin bir sual üzərində düşünək: İnsanların yaddaşında nə qalır – bir rəqəm, yoxsa bir insanın həyatı?

Mən uzun illərdir nadir xəstəliklər sahəsində fəaliyyət göstərirəm və bir həqiqətin dəfələrlə şahidi olmuşam: ən təsirli çıxışlar, ən uğurlu təşəbbüslər və ən mühüm dəyişikliklər məhz pasiyentlərin öz həyat hekayələri sayəsində mümkün olub.

Çünki hər statistikanın arxasında bir insan dayanır. Bir uşaq var ki, diaqnoz üçün illərlə gözləyib. Bir ana var ki, övladının xəstəliyini izah etməkdən yorulub. Bir ailə var ki, müalicə, reabilitasiya və sosial dəstək uğrunda hər gün mübarizə aparır.

Pasiyent hekayəsi təkcə emosional təsir yaratmır. O, səhiyyə sistemində mövcud boşluqları görünən edir, qərar qəbul edən şəxslərə real ehtiyacları göstərir və cəmiyyətin xəstəliklərə baxışını dəyişir.

Məhz buna görə bu gün dünyanın bir çox ölkəsində pasiyent hekayələri səhiyyə siyasətinin formalaşmasında, qanunvericilik təşəbbüslərində, elmi tədqiqatlarda və ictimai maarifləndirmə kampaniyalarında mühüm rol oynayır.

Ancaq bu hekayələr paylaşılarkən bir prinsip heç vaxt unudulmamalıdır: pasiyentin ləyaqəti, məxfiliyi və razılığı hər şeydən üstündür. Məqsəd acını nümayiş etdirmək deyil, görünməyən problemləri görünən etmək, anlayış yaratmaq və dəyişiklik üçün əsas formalaşdırmaqdır.

Bu gün nadir xəstəliklər sahəsində ən böyük ehtiyaclarımızdan biri məhz pasiyent səsinin daha çox eşidilməsidir. Çünki həmin səs təkcə bir insanın deyil, minlərlə ailənin ümidini, mübarizəsini və gələcəyə inamını ifadə edir.

Bəzən bir pasiyentin cəsarətlə danışdığı həyat hekayəsi yüzlərlə statistik cədvəldən daha güclü təsir göstərir. O, cəmiyyəti düşündürür, qərarvericiləri məsuliyyətə çağırır və insanlara xatırladır ki, nadir xəstəlik yalnız tibbi diaqnoz deyil – hər gün yaşanan bir həyat hekayəsidir.

Gəlin fərqində olaq, pasiyentlərin səsini eşidək. Çünki dəyişiklik onların hekayələrini dinləməklə başlayır.

Səadət Bayramova
Nadir və genetik xəstəliklər sahəsində pasiyent hüquqlarının müdafiəçisi

🇬🇧 English

Statistics are numbers,
but a patient's story is life.

Every story is a person.
Every person is hope.

Making the invisible visible
Patient stories reveal the true nature of the challenges.

When voices are heard, change begins
Stories educate society and inspire decision-makers to take action.

Hope grows when it is shared
Every shared experience gives strength and hope to another family.

United for justice
Together, we stand to protect the rights of every patient.

> Change does not begin with numbers.
Change begins by listening to people.

Saadat Bayramova
Advocate for the rights of people living with rare and genetic diseases

Listen. Understand. Support. Create Change.

🇷🇺 Русский

Статистика — это цифры,
а история пациента — это жизнь.

Каждая история — это человек.
Каждый человек — это надежда.

Сделаем невидимое видимым
Истории пациентов раскрывают истинную суть существующих проблем.

Когда голос услышан — начинаются перемены
Истории просвещают общество и побуждают лиц, принимающих решения, действовать.

Надежда становится сильнее, когда ею делятся
Каждая рассказанная история дарит другой семье силу и надежду.

Вместе во имя справедливости
Объединим наши голоса для защиты прав каждого пациента.

> Перемены начинаются не с цифр.
Перемены начинаются с умения услышать человека.

Саадат Байрамова
Защитник прав пациентов с редкими и генетическими заболеваниями

Слушать. Понимать. Поддерживать. Создавать перемены.

#редкиезаболевание #орфан #таргетнаятерапия

08/07/2026

Nadir Xəstəliklər Təşkilatları İttifaqı "Qidalanma həyatdır" llci Maarifləndirici təlim təqdimat mərasimindən video xülasə .

06/07/2026

04.07.26 tarixində həyata keçirilən "Qidalanma Həyatdır"llci Maarifləndirici təlim təqdimat mövzusunda təlim keçirilmişdir.Təlimdə Nadir genetik ,xroniki xəstəliklərdən əziyyət çəkən pasiyent və pasiyent ailələri iştirak etmişdir .Təlimin əhatə etdiyi xəstəlik qrupları : Kistoz fibroz, Fenilketonuriya, Seliakiya ,Sma ,Uşaq serebral iflici xəstəlikləri olub.

Təlimə dəvətli həkim Pediatr Nigar Bayramova uşaqlarda qidalanma problemləri, xroniki və nadir xəstəliklər zamanı fərdi yanaşmanın vacibliyi, valideynlərin gündəlik qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında geniş məlumat verdi.
Təlim interaktiv formatda təşkil olundu. Valideynlər onları narahat edən sualları birbaşa mütəxəssislərə ünvanladılar, öz təcrübələrini bölüşdülər və praktik tövsiyələr əldə etdilər. Səmimi müzakirələr, qarşılıqlı fikir mübadiləsi və canlı ünsiyyət tədbirin ən dəyərli hissələrindən biri oldu.

Ailələrə çətin həyat yolunda dəstək olduğunuz üçün təşəkkür edirik hörmətli Nigar Bayramova ❣️🤝🤝

Təlim .azerbaijan dəstəyilə həyata keçirilib.

05/07/2026

04.07.2026 tarixində "Qidalanma Həyatdır"llci Maarifləndirici təlim təqdimat mövzusunda nadir xəstəliklərdən əziyyət çəkən pasiyent və ailələri üçün təlim təşkil olunmuşdur.
Tədbirin açılışını Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova edərək iştirakçıları salamladı, nadir xəstəliklərlə yaşayan ailələrin gündəlik mübarizəsində enteral qidalanmanın əhəmiyyətindən, düzgün qidalanmanın müalicə prosesinə və həyat keyfiyyətinə verdiyi töhfədən danışdı. O, bu cür maarifləndirici təşəbbüslərin davamlı olmasının vacibliyini vurğuladı və ailələrin biliklə gücləndirilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd etdi.
Nadir Xəstəliklər Təşkilatları İttifaqı

Address

Azərbaycan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Nadir Xəstəliklər Təşkilatları İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share