Ağciyər Xəstəlikləri Mərkəzi

Ağciyər Xəstəlikləri Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

16/09/2026

15/09/2026
Əziz şagirdlər, tələbələr və dəyərli müəllimlər!Yeni tədris ilinin başlaması münasibətilə hər birinizi təbrik edirik.
15/09/2026

Əziz şagirdlər, tələbələr və dəyərli müəllimlər!
Yeni tədris ilinin başlaması münasibətilə hər birinizi təbrik edirik.

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xi...
11/09/2026

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim Salyan Regional Xəstəxanasının baş həkimi vəzifəsini müvəqqəti icra edən Nəcibə Abdullayeva tərəfindən keçirilib.

Təlimdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevt və pediatrları, həmçinin rayonda fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin və tibb məntəqələrinin həkim-terapevtləri və tibb bacıları iştirak edib.

Daha sonra iştirakçılara vərəmin erkən aşkarlanması, risk qruplarının vaxtında müəyyənləşdirilərək müayinəyə cəlb olunması, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi barədə ətraflı məlumat verilib.

Görüş zamanı müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə vaxtında çatdırılması və VOT - videonəzarətli müalicə xidmətindən səmərəli istifadənin əhəmiyyəti də diqqətə çatdırılıb.

Həmçinin ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında düzgün və koordinasiyalı əməkdaşlığın vərəmin yayılmasının qarşısının alınması və müalicənin effektivliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimlər təqdimatlar, sual-cavab sessiyaları və fikir mübadiləsi şəraitində davam edib.

Öskürək tənəffüs yollarında yaranan qıcıqlanmanı aradan qaldırmaq üçün orqanizmin verdiyi təbii refleks reaksiyasıdır.Ös...
10/09/2026

Öskürək tənəffüs yollarında yaranan qıcıqlanmanı aradan qaldırmaq üçün orqanizmin verdiyi təbii refleks reaksiyasıdır.

Öskürək müxtəlif formada ola bilər və yaranma səbəbindən asılı olaraq fərqli yanaşma tələb edir.

Quru öskürək bəlğəm əmələ gətirməyən, boğazda qıcıqlanma hissi olan öskürək növüdür. Soyuqdəymə və allergiya, həmçinin daha ciddi tənəffüs xəstəlikləri quru öskürəyə səbəb olur.

Bəlğəmli öskürək tənəffüs yollarında bəlğəmin toplanması ilə müşayiət olunur. Soyuqdəymə, qrip, bronxit və digər tənəffüs yolu infeksiyaları zamanı daha çox rast gəlinir.

Allergik öskürək orqanizmin müəyyən maddələrə qarşı həssas reaksiyası nəticəsində yaranır. Adətən quru olur, qızdırma olmadan müşahidə edilir və uzun müddət davam edə bilər.

Reflü ilə əlaqəli öskürək xüsusilə uzanarkən daha çox müşahidə oluna bilər. Mədə turşusunun qida borusuna geri qayıtması boğazı və tənəffüs yollarını qıcıqlandıra, öskürəyə səbəb ola bilər.

Öskürək uzun müddət davam edirsə və ya getdikcə şiddətlənirsə, ixtisaslı həkim tərəfindən müayinə olunmalı və səbəbi müəyyənləşdirilməlidir.

BSJ peyvəndi vərəmin profilaktikasında mühüm rol oynayan vasitələrdəndir. Bu peyvənd körpə doğulduqdan sonra ilk 12 saat...
09/09/2026

BSJ peyvəndi vərəmin profilaktikasında mühüm rol oynayan vasitələrdəndir.

Bu peyvənd körpə doğulduqdan sonra ilk 12 saat ərzində doğum evində tətbiq edilir.

BSJ peyvəndi xüsusilə vərəmin ağır formalarından, o cümlədən vərəm meningiti və miliar vərəmdən qorunmağa kömək edir.
Peyvənd klinik cəhətdən stabil yenidoğulmuşlara intradermal (dəri daxilinə) üsulla tətbiq edilir.

Peyvəndlər körpənin immun sisteminin infeksiyalara qarşı erkən müdafiə formalaşdırmasına kömək edir.

Bu müdafiə müxtəlif infeksiyaların yarada biləcəyi ağır fəsadların qarşısının alınmasında və xəstəlik riskinin azaldılmasında mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarı ilə BSJ peyvəndinin vaxtında tətbiq edilməsi uşaqların vərəmin ağır formalarından qorunması baxımından mühüm profilaktik tədbirdir.

Körpələrin peyvənd təqviminə uyğun şəkildə peyvənd olunması onların sağlamlığının qorunmasına və gələcəkdə ciddi infeksion xəstəliklərə qarşı müdafiənin formalaşmasına kömək edir.

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti təlim...
09/09/2026

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti təlimlər 1 nömrəli Şəhər Poliklinikasında və 10 nömrəli Uşaq Poliklinikasında keçirilib.

İlk təlim Yasamal rayonunda yerləşən 10 nömrəli Uşaq Poliklinikasında təşkil olunub.

Təlimdə 3, 10, 15, 16, 35 və 39 nömrəli Şəhər Poliklinikalarının, həmçinin 5, 10, 11, 13 və 20 nömrəli Uşaq Poliklinikalarının, və 1,5 nömrəli Tələbə Poliklinikalarının və Xocasən Sağlamlıq Mərkəzinin həkim-terapevt, pediatrları, tibb bacıları iştirak edib.

Növbəti təlim isə Səbail rayonunun 1 nömrəli Şəhər Poliklinikasında keçirilib. Təlimdə 1, 13, 32, nömrəli Şəhər Poliklinikalarının, eləcə də 15 nömrəli Uşaq Poliklinikasının və 4 nömrəli Tələbə Poliklinikasının həkim-terapevt , pediatrları və tibb bacıları iştirak edib.

Təlimlər 1 nömrəli İxtisaslaşdırılmış Poliklinikanın həkim-ftiziatr Gülər Qəhrəmanova tərəfindən keçirilib.

Təlim çərçivəsində həkim-ftizyatır Gülər Qəhrəmanova vərəmin erkən aşkarlanmasının əhəmiyyəti, risk qruplarının vaxtında müayinəyə cəlb edilməsi, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi, pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi, müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə çatdırılması və VOT- videonəzarətli müalicə xidmətinin əhəmiyyəti haqqda iştirakçılara məlumat verilib.

Həmçinin ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında səmərəli və əlaqələndirilmiş əməkdaşlığın xəstəliyin yayılmasının qarşısının alınmasında və müalicə nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

Təlimlər təqdimatlar, sual-cavab sessiyaları və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

“Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti maarifləndirici təlimlər Ağciyər Xəstəlikləri...
07/09/2026

“Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti maarifləndirici təlimlər Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən Masallı, Cəlilabad, Lerik və Yardımlı Rayon Mərkəzi Xəstəxanalarında keçirilib.

Təlimlər Lənkəran İxtisaslaşdırılmış Poliklinikasının Lənkaran Ambulator şöbəsinin müdir Elman Abdullayev tərəfindən aparılıb.

Təlimlərdə Masallı, Cəlilabad, Lerik və Yardımlı Rayon Mərkəzi Xəstəxanalarının həkim-terapevt və pediatrları, eləcə də rayonlarda fəaliyyət göstərən Ailə Sağlamlığı Mərkəzlərinin və tibb məntəqələrinin həkim-terapevtləri və tibb bacıları iştirak edib.

Təlimdən öncə Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyəti və müəssisələri haqqında videoçarx nümayiş etdirilib.

Daha sonra iştirakçılara vərəmin erkən aşkarlanması, risk qruplarının vaxtında müəyyənləşdirilərək müayinəyə cəlb olunması, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi barədə ətraflı məlumat verilib.

Görüş zamanı müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə vaxtında çatdırılması və VOT-videonəzarətli müalicə xidmətindən səmərəli istifadənin əhəmiyyəti də diqqətə çatdırılıb.

Həmçinin ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında düzgün və koordinasiyalı əməkdaşlığın vərəmin yayılmasının qarşısının alınması və müalicənin effektivliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimlər təqdimatlar, sual-cavab sessiyaları və fikir mübadiləsi şəraitində davam edib.

“Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti maarifləndirici təlimlər Ağciyər Xəstəlikləri...
03/09/2026

“Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti maarifləndirici təlimlər Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən Göyçay və Qobustan Rayon Mərkəzi Xəstəxanalarında keçirilib.

Təlim İsmayıllı Regional Xəstəxanasının baş həkimi Anar Məmmədov tərəfindən aparılıb.

Təlimdə Göyçay və Qobustan Rayon Mərkəzi Xəstəxanalarının həkim-terapevt və pediatrları, həmçinin rayonlarda fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzləri və tibb məntəqələrinin həkim-terapevtləri və tibb bacıları iştirak ediblər.

Təlimdən öncə Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyəti və müəssisələri haqqında videoçarx nümayiş etdirilib.

Daha sonra iştirakçılara vərəmin erkən aşkarlanması, risk qruplarının vaxtında müəyyənləşdirilərək müayinəyə cəlb olunması, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi barədə ətraflı məlumat verilib.

Görüş zamanı müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə vaxtında çatdırılması və VOT - videonəzarətli müalicə xidmətindən səmərəli istifadənin əhəmiyyəti də diqqətə çatdırılıb.

Həmçinin ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında düzgün və koordinasiyalı əməkdaşlığın vərəmin yayılmasının qarşısının alınması və müalicənin effektivliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimlər təqdimatlar, sual-cavab sessiyaları və fikir mübadiləsi şəraitində davam edib.

Address

Bakı şəhəri, Səbail Rayonu, Neftçi Qurban 120
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Ağciyər Xəstəlikləri Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share