Enterol Azerbaijan

Enterol Azerbaijan Enterol - daxildə balans, zahirdə xoşbəxtlik!
📞 *7700

Yeni dadlar səyahətin ən gözəl hissələrindən biridir, lakin onlarla birlikdə həzm sistemi üçün gözlənilməz çətinliklər d...
07/06/2026

Yeni dadlar səyahətin ən gözəl hissələrindən biridir, lakin onlarla birlikdə həzm sistemi üçün gözlənilməz çətinliklər də yarana bilər. Xüsusilə, tez-tez rast gəlinən səbəb yerli sudur – o, yalnız içmək üçün deyil, həm də yemək hazırlanmasında istifadə olunur. Zahirdə hər şey təhlükəsiz görünsə də, görünməz mikroorqanizmlər ciddi narahatlıqlara səbəb ola bilər. Yerli əhali üçün təhlükəsiz olan su, səyahətçilər üçün təhlükəli ola bilər – çünki yerli insanların mikrobiotası ilə qonaqların mikrobiotası bir-birindən fərqlənir.

Riskləri azaltmaq üçün bir neçə praktik məsləhət:

🧼 Əllərinizi mütəmadi olaraq yuyun və ya tərkibində ən azı 70% spirt olan dezinfeksiyaedici vasitədən istifadə edin.
🔥 Yalnız isti və yaxşı bişirilmiş yeməklər qəbul edin.
🥗 Keyfiyyəti məlum olmayan su ilə yuyulmuş çiy balıq, ət və salatlardan uzaq durun.
🚰 Yalnız qablaşdırılmış və ya qaynadılmış su için – hətta dişlərinizi fırçaladıqda belə!
☕ İsti içkilər (qəhvə, çay) və qapalı qablaşdırmada olan qazlı içkilər təhlükəsiz hesab olunur.
🌮 Küçə yeməklərindən və pasterizə olunmamış süd məhsullarından uzaq durun.
Qida və içkilərlə bağlı qızıl qayda: qaynat, bişir, qabığını soy və ya imtina et!

Əgər mədə-bağırsaq problemi yenə də yaranarsa?

💊 Enterol (Saccharomyces boulardii CNCM I-745) — reseptsiz satılan dərman vasitəsidir, bağırsaq mikrobiotasının bərpasına və ishalın müalicəsinə kömək edir. Tərkibində bağırsaq infeksiyaları ilə mübarizə aparmağa və həzm sisteminin təbii balansını dəstəkləməyə kömək edən unikal probiotik ştam — Saccharomyces boulardii CNCM I-745 mövcuddur. Həm böyüklər, həm də uşaqlar üçün uyğundur və səyahətə gedərkən özünüzlə götürməyiniz tövsiyə olunur. Səyahət zamanı özünüzlə Enterol götürün ki, səyahətin dadını çıxara biləsiniz.

Ətraflı məlumatı https://enterol.az/content/diareyanin-mualicesihttps://enterol.az/meqale/diareya-zamani-qidalanma linklərindən keçid edərək öyrənə bilərsiniz.

💊 Antibiotiklər – bakterial infeksiyaların müalicəsində istifadə olunan dərmanlardır.İnsan antibiotik qəbul edərkən, bu ...
04/06/2026

💊 Antibiotiklər – bakterial infeksiyaların müalicəsində istifadə olunan dərmanlardır.
İnsan antibiotik qəbul edərkən, bu dərmanlar yalnız xəstəlik yaradan bakteriyaları deyil, həm də bağırsaqda yaşayan faydalı bakteriyaları da məhv edə bilər.
Bu isə bağırsaqda “yaxşı” və “pis” bakteriyalar arasındakı balansın pozulmasına səbəb ola bilər. Faydalı bakteriyaların sayı azaldıqda, bəzi patogen bakteriyalar çoxalaraq üstünlük qazana bilər və nəticədə ishal yarana bilər.

Antibiotiklərin törətdiyi ishal bir neçə gündən 8 həftəyədək olan müddətdə, yəni antibiotiklə müalicə başa çatdıqdan sonra belə yarana bilər. Bu zaman isə biz ishalı antibiotik qəbulu ilə əlaqələndirməyə bilərik və artıq diareya səbəbindən antibiotik qəbul edə bilərik ki, bu vəziyyəti daha da ağırlaşdırar. Antibiotik müalicəsinin ilk günündən və bütün antibiotik müalicəsi boyu Enterol qəbul etsək, bu halların qarşısını almış və mikrobiotamızı qorumuş olarıq. Enterol faydalı maya göbələyi olduğundan, bakterial antibiotiklərdən fərqli olaraq antibiotik təsirindən məhv olmur, canlı halda qalaraq öz effektlərini bağırsaqda göstərə bilirlər. Bağırsaq mühitini və mikrobiotanı qoruyur və bərpa edir.

💡 Enterol maya göbələyi Saccharomyces boulard CNCM I-745 tərkibli probiotikdir. Buna görə də onu antibiotik qəbul edərkən fasilə vermədən antibiotik müalicəsi boyu istifadə edə bilərsiniz.

Ətraflı məlumatı https://enterol.az/content/antibiotiklerden-qorunmahttps://enterol.az/meqale/enterolu-antibiotiklerle-birge-nece-qebul-etmeli linklərindən keçid edərək öyrənə bilərsiniz.

Bağırsaq, idman terminilə desək, sağlamlığınızın qapıçısı kimidir! ⚽Bağırsaq divarının hüceyrə qatı nəyin bağırsaqda qal...
01/06/2026

Bağırsaq, idman terminilə desək, sağlamlığınızın qapıçısı kimidir! ⚽

Bağırsaq divarının hüceyrə qatı nəyin bağırsaqda qalacağını, nəyin isə orqanizmə sorularaq qan dövranına keçəcəyini müəyyən edir. Bağırsaq mikrobiomu və immun sistemi ilə birlikdə o, xəstəlik törədən mikroorqanizmləri nəzarət altında saxlamağa kömək edən vacib müdafiə sistemi yaradır.

💪 Güclü immunitetin dəstəklənməsində müxtəlif və balanslaşdırılmış qidalanma mühüm rol oynayır. Müxtəlif qidalar orqanizmi immun sisteminin düzgün fəaliyyətini dəstəkləyən zülallar, faydalı yağlar, antioksidantlar, vitaminlər və minerallarla təmin edir.

💡 Məsələn, immuniteti dəstəkləyən qidalar bunlardır:

• A vitamini — ispanaq, brokoli, pomidor, yemiş
• B6 vitamini — kartof, lobya, ət, toyuq əti, balıq
• B9 vitamini — noxud, mərci, çuğundur
• B12 vitamini — toyuq əti, süd məhsulları, yumurta
• C vitamini — portağal şirəsi, şirin bibər, çiyələk
• D vitamini — süd, yağlı balıq, yumurta sarısı
• Sink — mal əti, pendir, lobya, hind toyuğu əti
• Dəmir — ət və bitki mənşəli məhsullar
• Mis — mollyusklar, toxumlar, qoz-fındıq, mal əti
• Selen — tuna balığı, yumurta, müəyyən növ qoz-fındıqlar

Qidalanmanız nə qədər müxtəlif olsa, bağırsağınızın və immun sisteminizin sağlamlığını bir o qədər yaxşı dəstəkləyə bilərsiniz. Bütün bu qidaların bağırsaqdan yaxşı sorulmasına əmin olmaq istəyirsinizsə, mikrobiotanızın sağlamlığını düşünməli və antibiotiklər istifadə edirsinizsə, yanaşı olaraq mütləq Enteroldan istifadə etməlisiniz, ətraflı məlumatı https://enterol.az/meqale/profilaktika-ucun-enterol linkindən keçid edərək oxuya bilərsiniz.

Bu il Ümumdünya Səhiyyə Təşkilatının şüarı: “Əllərin yuyulması həyatları xilas edir”. Və bu doğrudur - əllərin yuyulması...
26/05/2026

Bu il Ümumdünya Səhiyyə Təşkilatının şüarı: “Əllərin yuyulması həyatları xilas edir”. Və bu doğrudur - əllərin yuyulması ishalın qarşısının alınmasının ən effektiv üsuludur!

Buna görə də yemək hazırlamazdan əvvəl, yeməkdən öncə və ayaqyoluya getdikdən sonra əllərinizi mütləq sabunla yuyun. Əgər su və sabun əlçatan deyilsə - dezinfeksiyaedici vasitədən istifadə edin.

💊 Əgər əllər kifayət qədər təmiz olmayıbsa və mədə-bağırsaq narahatlığı yaranıbsa, Enterol (Saccharomyces boulardii CNCM I-745) köməyə gəlir. O, bağırsaq mikrobiotasının bərpasına və ishalın müalicəsinə kömək edir. Həm böyüklər, həm də uşaqlar üçün uyğundur və kapsul, həmçinin toz formasında mövcuddur. Ətraflı məlumatı https://enterol.az/ saytından ala bilərsiniz.

İshal çox vaxt qarında spazmlar, aşağı qarın nahiyəsində ağrı, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. Belə vəziy...
07/05/2026

İshal çox vaxt qarında spazmlar, aşağı qarın nahiyəsində ağrı, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. Belə vəziyyətdə qidalanmaya diqqət etmək çox vacibdir, çünki, bəzi məhsullar həzm sistemini qıcıqlandıra və simptomları daha da pisləşdirə bilər.

Əgər iştah varsa, amma mədə tam normallaşmayıbsa, ilk növbədə hansı məhsullardan uzaq durmaq lazımdır?

🌶 Ədviyyatlı yeməklər – çili bibəri və digər ədviyyatlar bağırsaq selikli qişasını qıcıqlandıra bilər;
🥘 Qızardılmış və yağlı yeməklər – həzmi ləngidir və mədədə ağırlıq yaradır;
🍫 Karbohidrat və şəkərlə zəngin məhsullar – artıq şəkər və süni şirinləşdiricilər bağırsaqlara mənfi təsir göstərə bilər;
🫛 Liflə zəngin məhsullar – tam taxıllı qidalar, qəhvəyi düyü və təzə meyvələr normalda faydalıdır, amma kəskin ishal zamanı həzm sistemini qıcıqlandıra bilər;
🍗 Yağlı ət və balıq – məsələn, donuz əti və ya qırmızı balıq yağlı olduqları üçün həzm olunması çətinləşir;
🧅 Çiy soğan, sarımsaq və kələm – köp yarada bilər;
🍋 Turş meyvələr – portağal, qreypfurt və limon selikli qişanı qıcıqlandıra bilər;
🥫 Yarımfabrikatlar – çox vaxt qatqı və konservantlarla zəngindir, bu da həzmə mane ola bilər;
☕ Qəhvə, çay və qazlı içkilər – kofein tərkibli olduqları üçün, həmçinin qaz qabarcıqları köpə səbəb ola bilər.

Mədəyə rahat və asan həzm olunan məhsullara üstünlük verin: qaynadılmış düyü, banan, alma püresi və bişmiş tərəvəzlər (məsələn, yerkökü və kartof). Bu, həzm sisteminin sakitləşməsinə kömək edəcək.

Meteorizm - başqa sözlə desək, qarın şişkinliyi, köpdür.🔍 Bu disbiozun başlanğıcı ola bilər. Əgər bu sağlamlıq problemi ...
04/05/2026

Meteorizm - başqa sözlə desək, qarın şişkinliyi, köpdür.🔍 Bu disbiozun başlanğıcı ola bilər. Əgər bu sağlamlıq problemi sizə tanışdırsa, onda onun qarşısını almaq üçün bir neçə məsləhətlə tanış olun:

- Çox yaxşı məlumdur ki, noxud, lobya və kələm köp yaradır, amma həmçinin digər kələm növləri – gül kələmi, brüssel kələmi və brokkoli də buna səbəb ola bilər;
- Tərkibində poliolların olduğu məhsulların qəbulu məhdudlaşdırılmalıdır. Poliollar saqqız, konfet, dondurma, dondurulmuş desertlər, şirniyyat məhsulları, şokolad və diş məcunu kimi məhsullarda şəkər əvəzedicisi kimi istifadə olunur;
- Meyvə şirələri və qazlı içkilər əvəzinə su içmək tövsiyə olunur;
- Yeməyi tələsmədən, yavaş-yavaş və yaxşıca çeynəyin;
- Saqqız da meteorizmə (köpə) səbəb ola bilər. Saqqız çeynəyərkən havanı da uduruq ki, bu da qarında ağrı və şişkinlik yarada bilər.

💡Daha ətraflı məlumatla: https://enterol.az/meqale/profilaktika-ucun-enterol - linkindən keçid edərək tanış ola bilərsiniz.

Probiotiklər aləmi olduqca zəngindir🦠🌏 Probiotik maya göbələkləri, məsələn Saccharomyces boulardii və süd turşulu bakter...
01/05/2026

Probiotiklər aləmi olduqca zəngindir🦠🌏 Probiotik maya göbələkləri, məsələn Saccharomyces boulardii və süd turşulu bakteriyalar, məsələn Lactobacillus və Bifidobacterium probiotikdir, lakin onların xüsusiyyətləri və tətbiq sahələri fərqlidir.

Süd turşulu bakteriyalarla probiotik maya göbələkləri arasındakı fərqlər onların unikal xüsusiyyətlərindən irəli gəlir. Probiotik maya göbələkləri süd turşulu bakteriyalara nisbətən aşağıdakı üstünlüklərə malikdir:

👉Antibiotiklərə davamlılıq: Saccharomyces boulardii CNCM I-745 – maya göbələyi antibiotikə qarşı həssas deyil, buna görə də antibiotik müalicəsi zamanı qəbul edilə bilər;
👉Həzm sistemində davamlılıq: Probiotik maya göbələkləri adətən həzm traktının turş mühitinə və ödün təsirinə daha davamlıdır, buna görə də maya mənşəli probiotiklər mədənin turşmühitində canlı qalaraq yoğun bağırsağa keçə və orada öz effektlərini göstərə bilirlər.

Əgər antibiotik qəbul edirsinizsə və ya ishalınız varsa, Enterol kömək edəcək! Həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.

Daha ətraflı məlumatla: https://enterol.az/meqale/profilaktika-ucun-enterol - linkindən keçid edərək tanış ola bilərsiniz.

🔎 Kəskin ishal hallarının təxminən, 70-75% viruslar tərəfindən törədilir. Xüsusən, qış aylarında ishal virus mənşəli olu...
28/04/2026

🔎 Kəskin ishal hallarının təxminən, 70-75% viruslar tərəfindən törədilir. Xüsusən, qış aylarında ishal virus mənşəli olur. Bu zaman antibiotiklər gücsüzdür.

Enterol – səbəbindən asılı olmayaraq bütün ishallarda effektiv probiotik dərmandır.
Canlı probiotik maya olan Enterol, bağırsaqda həm yerli immuniteti artıraraq virusun təsirini minimuma endirir, iltihabın qarşısını alır, həm də virusun toksinlərinin parçalayaraq daha tez orqanizmdən çıxarılmasına, ishalın qarısının alınmasına, orqanizmin susuzluğunun azaldılmasına, disbiozun və bir sıra digər ağırlaşmaların qarşısının alınmsına kömək edir. Bağırsaq infeksiyaları zamanı Enterol xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə yüngülləşdirir və qısaldır.

Preparat həm böyüklər, həm də uşaqlar üçün uyğundur və kapsul və toz formasında təqdim olunur.
Daha ətraflı məlumatla: https://enterol.az/meqale/korpelerde-diareya - linkindən keçid edərək tanış ola bilərsiniz.

Enterol (Saccharomyces boulardii CNCM I-745) ishalı müalicə edərək simptomları azaldır və ishalın müddətini qısaldır.🔎 E...
24/04/2026

Enterol (Saccharomyces boulardii CNCM I-745) ishalı müalicə edərək simptomları azaldır və ishalın müddətini qısaldır.

🔎 Enterol ishalın səbəblərini bir neçə yolla aradan qaldırır:

* Zərərli bakteriyaların bağırsaq selikli qişasına təsirini qarşısını alır və bağırsaq traktında iltihabı azaldır;
* Zərərli bakteriyaların artmasını dayandırır və faydalı bakteriyaların çoxalmasına kömək edir, bununla da bağırsaq traktının normal fəaliyyətini bərpa edir;
* İshal yaradan müxtəlif mikroblara qarşı təsir göstərir.

Daha ətraflı məlumatla: https://enterol.az/content/diareyanin-mualicesi - linkindən keçid edərək tanış ola bilərsiniz.

🔎 Probiotiklər zərərli mikrobların bağırsaqda yayılmasının qarşısını alaraq təsir göstərirlər. Onlar həmçinin ishalın və...
21/04/2026

🔎 Probiotiklər zərərli mikrobların bağırsaqda yayılmasının qarşısını alaraq təsir göstərirlər. Onlar həmçinin ishalın və digər xəstəliklərin qarşısını almağa da kömək edə bilərlər. Zərərli bakteriyaların həddindən artıq çoxalması bağırsaq mikrobiomunun balansını poza bilər.

Adətən sağlam insanların bağırsaq mikrobiomu balanslı olur və müxtəlif mikroorqanizmlərdən ibarətdir. Lakin bəzi amillər zərərli bakteriyaların çoxalmasına və bağırsaq florasının sağlam balansının pozulmasına səbəb ola bilər. Məsələn:

🔸 antibiotiklər;
🔸 qida rasionunda yağlı qidaların çox, lifli qidaların az olması;
🔸 bağırsağın iltihabi xəstəlikləri kimi bəzi xəstəliklər;
🔸 immunitetin zəifləməsi;
🔸 müxtəlif dərmanlar məs., metformin və s
🔸 stress.

Bağırsaq mikrobiomunu dəstəkləmək üçün Saccharomyces boulardii CNCM I-745 probiotik maya göbələyi ehtiva edən Enterol-dan istifadə etmək tövsiyə olunur. Bu, həm böyüklər, həm də uşaqlar üçün ideal seçimdir! Daha ətraflı məlumatla: https://enterol.az/content/mikrobiotanin-berpasi - linkindən keçid edərək tanış ola bilərsiniz.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Enterol Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share