Dr. fidan Hacibəyli

Dr. fidan Hacibəyli İnfeksionist -Hepatoloq

Paraneoplastik dermatoz + infeksiya
24/04/2026

Paraneoplastik dermatoz + infeksiya

Viral konyunktivit. Müalicənin 5ci günü.Gözlərdə yanma, qaşınma, işığa həssaslıq və sulanma ilə özünü göstərir.Antibioti...
18/12/2025

Viral konyunktivit. Müalicənin 5ci günü.
Gözlərdə yanma, qaşınma, işığa həssaslıq və sulanma ilə özünü göstərir.
Antibiotik damcılar adətən lazım olmur, çünki səbəb virusdur.
Əlləri tez-tez yumaq, gözləri ovmamaq və şəxsi dəsmallardan istifadə etmək çox vacibdir.
Əlamətlər şiddətlidirsə və ya uzanırsa, həkimə müraciət edin.

🦴 Osteomielit – sümük iltihabıdırSümük toxumasında yaranan bakterial infeksiya nəticəsində inkişaf edir.Əlamətlərə yüksə...
05/11/2025

🦴 Osteomielit – sümük iltihabıdır

Sümük toxumasında yaranan bakterial infeksiya nəticəsində inkişaf edir.
Əlamətlərə yüksək hərarət, ağrı, şişkinlik və hərəkət məhdudluğu daxildir.
Erkən diaqnoz və düzgün müalicə sümüyün zədələnməsinin qarşısını alır.

📍 Müalicə üçün vaxtında müraciət edin – sağlam addımlar sağlam sümüklərlə başlayır!

🩺 Qaraciyər sağlamlığınızı yoxlamağın tam vaxtıdır!Qaraciyər xəstəlikləri uzun müddət simptomsuz keçə bilər. Vaxtında ed...
02/11/2025

🩺 Qaraciyər sağlamlığınızı yoxlamağın tam vaxtıdır!
Qaraciyər xəstəlikləri uzun müddət simptomsuz keçə bilər. Vaxtında edilən check-up isə sizi gələcək problemlərdən qoruyar.

🔹 Hepatit B
🔹 Hepatit C
🔹 ALT
🔹 AST
🔹 Ultrasəs müayinəsi
🔹 Həkim konsultasiyası

💰 Cəmi 58 AZN (əvvəl 128 AZN)
📞 Ətraflı məlumat və qeydiyyat üçün: +994 51 399 97 07

🧬 Cinsi yolla yoluxan infeksiyalar – sağlamlığınızın gizli təhlükəsidir!Bəzi infeksiyalar uzun müddət əlamətsiz keçərək ...
18/10/2025

🧬 Cinsi yolla yoluxan infeksiyalar – sağlamlığınızın gizli təhlükəsidir!

Bəzi infeksiyalar uzun müddət əlamətsiz keçərək reproduktiv sağlamlığa zərər verə bilər. Erkən diaqnoz həm müalicənin uğurunu artırır, həm də gələcək fəsadların qarşısını alır.

👩‍⚕️ Sizə “Cinsi yolla yoluxan infeksiyalar Check-up’ı” sizə bu risklərdən qorunmaq üçün tam laborator müayinə paketini təqdim edirik.
✅ Anti-HIV
✅ Sifilis
✅ Chlamydia trachomatis
✅ Ureaplasma parvum
✅ Ureaplasma urealyticum
✅ Mycoplasma genitalium
✅ Mycoplasma hominis
✅ Trichomonas vaginalis
✅ Neisseria gonorrhoeae
✅ Gardnerella vaginalis
• Həkim konsultasiyası

🩺 Sağlam gələcək düzgün diaqnozdan başlayır!
📞 Ətraflı məlumat və qeydiyyat üçün: +994 51 399 97 07
#

🩺 Tinea corporis (Dəri göbələk infeksiyası)Tinea corporis — dəridə yaranan göbələk infeksiyasıdır. Adətən qol, ayaq və g...
13/10/2025

🩺 Tinea corporis (Dəri göbələk infeksiyası)

Tinea corporis — dəridə yaranan göbələk infeksiyasıdır. Adətən qol, ayaq və gövdədə qırmızı, dairəvi və qaşınan ləkələr şəklində görünür.

Göbələk dərini yoluxdurur, lakin müasir müalicə ilə tam sağalma mümkündür. Erkən diaqnoz və düzgün müalicə infeksiyanın yayılmasının qarşısını alır.

💡 Müalicə yolları: Dəriyə tətbiq edilən antifungal kremlər və ağızdan qəbul edilən dərmanlar.

🔹 14 günlük müalicə nəticəsi 🔹Pasiyentimizdə kəmərləyici dəmrov xəstəliyinin müalicəsindən əvvəl və sonra əldə edilən gö...
05/09/2025

🔹 14 günlük müalicə nəticəsi 🔹

Pasiyentimizdə kəmərləyici dəmrov xəstəliyinin müalicəsindən əvvəl və sonra əldə edilən görüntüləri təqdim edirik. Müalicə nəticəsində dəri səthindəki dəyişikliklərin aradan qalxdığını açıq şəkildə görmək mümkündür. ✨

👉 Siz də bu kimi dəri problemləri ilə qarşılaşırsınızsa, vaxtında həkimə müraciət etmək vacibdir.
Əlaqə üçün: +994 51 399 97 07

Bu klinik mənzərə çox vaxt “Diyabetik ayaq sindromu” ilə əlaqələndirilir. Xüsusilə şəkərli diabeti olan insanlarda damar...
31/08/2025

Bu klinik mənzərə çox vaxt “Diyabetik ayaq sindromu” ilə əlaqələndirilir. Xüsusilə şəkərli diabeti olan insanlarda damarların tıxanması və sinir uclarının zədələnməsi nəticəsində ayaqlarda qan dövranı zəifləyir, dəri quruyur, çatlayır və xora/yaralar əmələ gələ bilir. Müalicə olunmadıqda bu dəyişikliklər infeksiya və hətta amputasiya riskinə gətirib çıxara bilər.

🔹 Əlamətlər:
• Ayaqlarda quruluq və qalınlaşmış dəri
• Çatlar və yara izləri
• Ayaq altının saralmış və ya qaralmış sahələri
• Hissiyatın zəifləməsi (xəstə bəzən ağrını hiss etmir)

🔹 Risk faktorları:
• Uzunmüddətli şəkərli diabet
• Siqaret istifadəsi
• Ayaq gigiyenasına düzgün riayət edilməməsi
• Sıx ayaqqabı geyinmək

🔹 Müalicə və profilaktika:
• Ayaq gigiyenasına diqqət etmək
• Hər gün ayaqları yoxlamaq
• Rahat və uyğun ayaqqabı geyinmək
• Şəkərin səviyyəsini nəzarətdə saxlamaq
• Müntəzəm olaraq damar və sinir müayinəsindən keçmək

🔹 Olekranon bursiti – dirsəyin arxa tərəfində yerləşən maye ilə dolu kiçik kisənin (bursanın) iltihabıdır.Səbəbləri: • U...
28/08/2025

🔹 Olekranon bursiti – dirsəyin arxa tərəfində yerləşən maye ilə dolu kiçik kisənin (bursanın) iltihabıdır.
Səbəbləri:
• Uzunmüddətli təzyiq (dirsəyi sərt yerə qoymaq)
• Travma
• İnfeksiya (irinli forma)
• Sistemik xəstəliklər (podagra, revmatizm)

🔹 Əlamətlər:
• Şişlik və ağrı
• Qızartı və istilik artması
• Hərəkət zamanı narahatlıq
• İrin toplandıqda fistullaşma və ya abses formalaşa bilər

🔹 Müalicə:
• Erkən mərhələdə istirahət, soyuq kompres, iltihab əleyhinə dərmanlar
• İnfeksiyalı halda antibiotik müalicəsi
• İrin toplanmışsa – cərrahi drenaj və təmizləmə

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. fidan Hacibəyli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share