Bakı Qastroenterelogiya Mərkəzi

Bakı Qastroenterelogiya Mərkəzi 🧡Qastroenteroloji xəstəliklərin müalicə mərkəzi
📌Ünvan: Babək Pr, 92 n
📲 Bizimlə əlaqə: +994 99 980 50 50

Qarpızın özü yox, saxlanma şəraiti mədə-bağırsağınızı narahat edə bilər. 🍉Yayda qarpızdan sonra yaranan qarın ağrısı, ür...
25/08/2026

Qarpızın özü yox, saxlanma şəraiti mədə-bağırsağınızı narahat edə bilər. 🍉

Yayda qarpızdan sonra yaranan qarın ağrısı, ürəkbulanma, ishal və köpü hər zaman qarpızın özündən qaynaqlanmır. Xüsusilə kəsilmiş qarpız isti havada və düzgün saxlanılmadan qaldıqda bakteriyalar sürətlə çoxala bilər.

Belə qarpızın qəbulu mədə-bağırsaq sistemində qida zəhərlənməsi və kəskin qastroenteritə səbəb ola bilər.

Nəticədə:
🔸 qarın ağrısı və spazmlar
🔸 ürəkbulanma və qusma
🔸 ishal
🔸 halsızlıq və susuzlaşma yarana bilər.

Ona görə də yay aylarında qarpız yeyərkən yalnız dadına deyil, kəsildikdən sonra necə və harada saxlanıldığına da diqqət edin.

Sağlam mədə-bağırsaq sistemi üçün qida təhlükəsizliyini gözardı etməyin. 🩺

📞 Ətraflı məlumat və qeydiyyat: +994 99 980 50 50
📍Baku Medical Plaza, Babək filialı.

07/07/2026

8 yaşlı balamızda POEM əməliyyatı uğurla icra olundu.

Bir ilə yaxın davam edən udqunma çətinliyi uşağın gündəlik həyatına və qidalanmasına ciddi təsir göstərirdi. Aparılan endoskopiya, manometriya və barioqrafiya müayinələri nəticəsində Tip I axalaziya diaqnozu təsdiqləndi.

Qərarımız minimal invaziv POEM (Peroral Endoskopik Miyotomiya) əməliyyatı oldu.
Bu videoda:�✔️Endoskopik tunelin yaradılmasını,�✔️Miyotomiyanın necə icra edildiyini,�✔️Əməliyyatın sonunda qida borusunun rahat açıldığını addım-addım izləyə bilərsiniz.

POEM əməliyyatı zamanı qida borusunun sıxılmış əzələ qatı kəsilərək rahatlaşdırılır. Bunun sayəsində qidanın mədəyə keçməsi asanlaşır və udqunma funksiyası bərpa olunur.

Uşaqlarda uzun müddət davam edən udqunma çətinliyi heç vaxt normal hesab edilməməlidir. Erkən diaqnoz və düzgün müalicə həm həyat keyfiyyətini artırır, həm də gələcək ağırlaşmaların qarşısını alır.

📩 Övladınızda udqunma zamanı çətinlik, qidanın boğazda ilişməsi və ya tez-tez qusma kimi şikayətlər varsa, gecikmədən mütəxəssis müayinəsinə müraciət edin.

📞 Ətraflı məlumat və qeydiyyat: +994 999 80 50 50
📍Baku Medical Plaza, Babək filialı.
rafael_hesenov

27/06/2026

Qida borusunda yerləşən selikaltı törəmələr uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Lakin ölçüləri artdıqda və ya böyümə riski olduqda müalicə planlaşdırılması vacibdir.

Bu videoda qida borusunda yerləşən təxminən 3,5 sm ölçülü selikaltı törəmənin STER (Submukozal Tunel Endoskopik Rezeksiyası) üsulu ilə çıxarılmasını izləyə bilərsiniz. Bu müasir endoskopik metod sayəsində törəmə açıq əməliyyata ehtiyac olmadan, qida borusunun qorunması ilə çıxarılır.

Minimal invaziv yanaşma xəstənin daha rahat bərpa olunmasına və gündəlik həyatına daha qısa müddətdə qayıtmasına imkan yaradır.

Hər bir xəstə üçün müalicə üsulu fərdi qiymətləndirmə əsasında seçilir. Vaxtında müayinə və düzgün yanaşma uğurlu nəticənin əsas şərtlərindəndir.

📞 Ətraflı məlumat və qeydiyyat: +994 999 80 50 50
📍Baku Medical Plaza, Babək filialı.
rafael_hesenov

18/06/2026

Qaraciyər sirrozu olan xəstələrdə qida borusunda varikoz genişlənmiş damarlar yarana bilər. Bu damarlar çox kövrək olduğu üçün qəfil və həyati təhlükə yaradan qanaxmalara səbəb ola bilir.

Videodakı pasiyent bir il əvvəl məhz belə qanaxma ilə müraciət etmişdi və qida borusu varisləri bant liqasiyası üsulu ilə uğurla bağlanmışdı.

Bu gün isə növbəti kontrol müayinəsi zamanı yenidən yaranmış bir neçə varikoz damar aşkar edildi. Hazırda qanaxma olmasa da, gələcəkdə yarana biləcək ciddi fəsadların qarşısını almaq üçün profilaktik bant liqasiyası həyata keçirildi.

Unutmayın: Sirroz xəstələrində mütəmadi endoskopik nəzarət həyati əhəmiyyət daşıyır. Vaxtında aparılan profilaktik müalicə ağır qanaxmaların qarşısını ala bilər.

📞 Ətraflı məlumat və qeydiyyat: +994 55 369 37 38
📍Baku Medical Plaza, Babək filialı.
hecerhesenova

🩺 Tibbin “Daxili Mikroskopu”: EUS haqqında bilmədikləriniz!Bəzən bədənimizin dərinliklərində gizlənən sirləri aşkar etmə...
29/05/2026

🩺 Tibbin “Daxili Mikroskopu”: EUS haqqında bilmədikləriniz!
Bəzən bədənimizin dərinliklərində gizlənən sirləri aşkar etmək üçün adi “pəncərədən baxmaq” (standart ultrasəs və ya endoskopiya) kifayət etmir. Məhz belə məqamlarda tibbin ən güclü və dəqiq texnologiyalarından biri olan EUS (Endoskopik Ultrasəs) dövrəyə girir. 🛡️

EUS-u digər müayinələrdən fərqləndirən nədir? 🤔
Bu üsul, klassik endoskopiyanın vizual gücü ilə ultrasəsin dərini görmə qabiliyyətini bir araya gətirir. Standart ultrasəs müayinəsi bədən xaricindən (dəri üzərindən) aparıldığı halda, EUS daxili orqanlara “toxunma məsafəsi” qədər yaxınlaşır. Bu, həkimə mədə-bağırsaq divarının qatlarını və onun qonşuluğunda gizlənən pankreas, öd yolları kimi “çətin” orqanları mikroskopik dəqiqliklə görməyə imkan verir. ✨

Niyə EUS-u seçməliyik?
📍 Gizli təhlükələrin aşkarı: MRT və ya KT-nin gözündən qaçan kiçik törəmələri belə görə bilir.
📍 Cərrahiyyəsiz diaqnoz: Lazım gəldikdə, elə müayinə zamanı iynə biopsiyası ilə dəqiq diaqnoz qoyulur, beləliklə xəstə artıq əməliyyat riskindən xilas olur.
📍 Vaxt qazanmaq: Xüsusilə pankreas xəstəliklərində erkən diaqnoz həyat qurtarır!

Unutmayın, düzgün müalicənin tək yolu – yanılmayan diaqnozdur. Sağlamlığınızı təsadüfə deyil, texnologiyanın ən son imkanlarına etibar edin. 🔬🚀

📞 Ətraflı məlumat və qeydiyyat: +994 99 980 50 50
📍Baku Medical Plaza, Babək filialı.

Uşaqlarda endoskopiya, həzm sisteminin dəqiq diaqnozu üçün vacib bir prosedurdur. Bu müayinə, digər metodlarla aydınlaşm...
13/05/2026

Uşaqlarda endoskopiya, həzm sisteminin dəqiq diaqnozu üçün vacib bir prosedurdur. Bu müayinə, digər metodlarla aydınlaşmayan və ya müalicəyə cavab verməyən hallarda tətbiq olunur.

Əsas Göstərişlər:

• Davamlı problemlər: Uzunmüddətli qarın ağrısı, qusma, ishal.
• Qanaxma: Nəcisdə və ya qusmada qan izləri.
• Udma çətinliyi: Disfagiya və boğulma hissi.
• Çəki itkisi/İnkişaf geriliyi: Həzm problemləri ilə əlaqəli inkişaf ləngiməsi.
• Reflü və iltihab: Müalicəyə tabe olmayan ağır reflü və ya qida borusu iltihabı.
• Xarici cisim: Udulmuş yad cisimlərin çıxarılması.
• Xəstəlik şübhəsi: Çölyak kimi xəstəliklərin diaqnozunun təsdiqlənməsi.

Prosedur uşaqlarda ümumi anesteziya altında, təhlükəsiz şəkildə aparılır. Bu, həzm sistemi xəstəliklərinin erkən diaqnozu və effektiv müalicəsi üçün kritikdir.

AQHİB və Bakı Qastroenterologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “5-ci Bakı Endoskopik Forumu” uğurla işin...
08/05/2026

AQHİB və Bakı Qastroenterologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “5-ci Bakı Endoskopik Forumu” uğurla işinə başlayır!

8–9 may tarixlərində keçiriləcək forum çərçivəsində yerli və xarici mütəxəssislər bir araya gələrək endoskopiya sahəsində yeniliklər, müasir yanaşmalar və tibbi təcrübələr ətrafında fikir mübadiləsi aparacaqlar. Forum iştirakçılar üçün həm elmi, həm də praktiki baxımdan çox mühümdür.

Tədbir boyunca panel müzakirələri, təqdimatlar və peşəkar çıxışlar olacaq!

🎥 Forumda Bakı Qastroenterologiya Mərkəzinə media dəstəyini rəsmi media tərəfdaşı olan PRMED Agentliyi (.agency ) həyata keçirir.

Mədə ağrılarını görməzdən gəlməyin!  Bir çox insan qastrit və mədə xorasını bir-biri ilə qarışdırır, lakin bu iki hal ar...
06/05/2026

Mədə ağrılarını görməzdən gəlməyin! Bir çox insan qastrit və mədə xorasını bir-biri ilə qarışdırır, lakin bu iki hal arasında ciddi fərqlər var.

Qastrit nədir?
Mədənin səthi iltihabıdır. Adətən mədədə yanma hissi, narahatlıq və yeməkdən sonra yaranan həzmsizliklə özünü büruzə verir.

Mədə xorası nədir?
Bu, artıq mədədə yaranan dərin yaradır. Ağrılar qastritə nisbətən daha kəskin və sancılı olur. Ən təhlükəli tərəfi isə yaranın dərinliyi səbəbindən daxili qanaxma riskinin olmasıdır.

BakıQastroenterologiyaMərkəzi HəzmSistemi
📞 Ətraflı məlumat və qeydiyyat: +994 99 980 50 50
📍Baku Medical Plaza, Babək filialı.

EMR nədir? EMR, həzm sisteminin selikli qişasından xərçəngönü və ya erkən xərçəng lezyonlarını minimal invaziv yolla çıx...
04/05/2026

EMR nədir? EMR, həzm sisteminin selikli qişasından xərçəngönü və ya erkən xərçəng lezyonlarını minimal invaziv yolla çıxarmaq üçün istifadə olunan endoskopik bir texnikadır.

Hansı hallarda tətbiq olunur? EMR adətən aşağıdakı hallarda tətbiq edilir:

• Qida borusu, mədə, onikibarmaq bağırsaq və ya yoğun bağırsaqda aşkar edilmiş səthi poliplər və ya adenomalar.
• Erkən mərhələdə olan və submukozal təbəqəyə yayılmamış mədə-bağırsaq xərçəngləri.
• Digər endoskopik üsullarla çıxarılması çətin olan böyük və ya yastı lezyonlar.

📞 Ətraflı məlumat və qeydiyyat: +994 99 980 50 50
📍Baku Medical Plaza, Babək filialı.

01/05/2026

Öd kisəsində polip aşkarlanması bir çox insanı narahat etsə də, hər polip xərçəng riski daşımır.

Ən vacib məsələ polipin ölçüsü, sayı, böyümə sürəti və ailəvi risk faktorlarıdır.

• Ölçüsü 1 sm-dən kiçikdirsə
• Sayı azdırsa
• Dinamik müşahidədə böyümürsə
• Ailə anamnezində xərçəng yoxdursa

Bu hallarda əksər zaman cərrahi müdaxilə deyil, mütəmadi nəzarət tövsiyə olunur.

Lakin:
• Polip 1 sm-dən böyükdürsə
• Sayı çoxdursa
• Sürətlə böyüyürsə
• Ailəvi onkoloji risk mövcuddursa

Bu zaman öd kisəsinin çıxarılması daha məqsədəuyğun hesab oluna bilər.

Öd kisəsində daş və polip fərqli yanaşma tələb edir. Hər polip təhlükəli deyil, amma düzgün izlənməlidir.

Vaxtında USM müayinəsi və həkim nəzarəti lazımsız əməliyyatlardan qoruyur, eyni zamanda riskli halların erkən aşkarlanmasına kömək edir. Sağlam qərar məlumatlı olmaqdan başlayır.

📞 Ətraflı məlumat və qeydiyyat: +994 999 80 50 50
📍Baku Medical Plaza, Babək filialı.
rafael_hesenov

Address

Babək Pr, 92 N
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Qastroenterelogiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share