04/08/2026
Goranboy Rayon Mərkəzi Xəstəxanasında təsərrüfat işçiləri üçün “Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və fərdi mühafizə vasitələrinin tətbiqi üzrə” təlim təlim keçirilib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının Əməyin mühafizəsi üzrə bölmə müdiri Çinarə Mansurova keçib.
Təlim zamanı əməyin mühafizəsi üzrə ümumi təhlükəsizlik tələbləri, iş yerində təhlükəsiz davranış qaydaları, fərdi mühafizə vasitələrindən düzgün istifadə, elektrik avadanlıqlarından təhlükəsiz istifadə qaydaları, sürüşmə, yıxılma və xəsarətlərin qarşısının alınması, yanğın təhlükəsizliyi və yanğın zamanı davranış qaydaları, yanğınsöndürən balonlardan istifadə, eləcə də fövqəladə hallar zamanı məlumatvermə və toplanış yeri barədə ətraflı məlumat verilib, iştirakçılar təlimatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb və təhlükəsizlik qaydalarına ciddi riayət etmələrinin vacibliyi vurğulanıb.