Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzi

Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri

01/04/2026

Qubada aşkar olunan kütləvi məzarlıq 1918-ci il hadisələrinin inkarolunmaz maddi sübutudur. Arxiv sənədləri və şahid ifadələri ilə birləşən bu tapıntılar, erməni tərəfinin tarixi saxtalaşdırmaq cəhdlərini alt-üst edir və hadisənin miqyasını bütün çılpaqlığı ilə ortaya qoyur.

Azərbaycan dövləti 31 Mart soyqırımının dünya miqyasında tanıdılması və unudulmaması üçün genişmiqyaslı addımlar atmışdır. Bu prosesin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən 26 mart 1998-ci ildə imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla qoyulmuşdur. Bu sənədlə ilk dəfə olaraq 31 Mart rəsmi şəkildə "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və hadisələrə tam siyasi qiymət verilmişdir.

✨ Mərkəzimizdə 18 yaşınadək əlilliyi olan şəxslərə psixoloji, pedaqoji və loqopedik dəstək göstərilir.Buradakı əsas məqs...
03/09/2025

✨ Mərkəzimizdə 18 yaşınadək əlilliyi olan şəxslərə psixoloji, pedaqoji və loqopedik dəstək göstərilir.
Buradakı əsas məqsədimiz onların sosial həyata inteqrasiyasını asanlaşdırmaq, gündəlik bacarıqlarını inkişaf etdirmək və gələcəkdə daha müstəqil, özünə güvənən fərdlər kimi formalaşmalarına töhfə verməkdir. 🌿💙



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi

03/09/2025

✨ Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzində hər bir uşağın inkişafı və gələcəyi üçün xüsusi qayğı göstəririk. Burad...
23/08/2025

✨ Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzində hər bir uşağın inkişafı və gələcəyi üçün xüsusi qayğı göstəririk. Burada benefisiarlarımız psixoloji dəstək, pedaqoji məşğələlər və loqopedik yardım alaraq həm sosial bacarıqlarını, həm də ünsiyyət qabiliyyətlərini gücləndirirlər. 🌱💬

Biz inanırıq ki, hər bir uşağın daxili potensialı var və düzgün yanaşma ilə onların dünyası daha da rəngarəng ola bilər. 💙

🤝 Bir addım bizdən, böyük dəyişiklik onların həyatından!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi Leyla Aliyeva

🌈 Rənglərin sehrində bir gün 🎨✨Bu gün reabilitasiya mərkəzimizin sevimli benefisiarları ilə birlikdə fərqli və əyləncəli...
22/08/2025

🌈 Rənglərin sehrində bir gün 🎨✨

Bu gün reabilitasiya mərkəzimizin sevimli benefisiarları ilə birlikdə fərqli və əyləncəli bir məşğələ keçirdik. 🖐️🖌️ Əllərimizi boya ilə rəngləyərək böyük kağız üzərinə izimizi qoyduq. Hər bir əl izi bir fərqliliyi, bir hekayəni və bir ümidin rəmzini daşıyır. 💫

Bu məşğələ uşaqların yaradıcılıq bacarıqlarını gücləndirməklə yanaşı, onlara sevinc, özünüifadə və birlik hissi bəxş etdi. 💕

Biz inanırıq ki, kiçik rəngli toxunuşlarla böyük xoşbəxtliklər yaratmaq mümkündür. 🌸
Sosial Xidmətlər Agentliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Diqqət:ℹ️ Bu paylaşım məlumat xarakterlidir. 🌞Qobustan rayonunda müşahidə olunan anomal istilərlə bağlı edilən çoxsaylı ...
08/08/2025

Diqqət:
ℹ️ Bu paylaşım məlumat xarakterlidir.

🌞Qobustan rayonunda müşahidə olunan anomal istilərlə bağlı edilən çoxsaylı valideyn müraciətlərini nəzərə alaraq 2-ci növbə (günorta növbəsinə) təyin olunan məşğələ, terapiya, seans saatlarının başlanması 14:30-dan 15:00-a dəyişdirilib.

🕒Məşğələ, terapiya və seans müddətlərində heç bir dəyişiklik olmamağı üçün aralıqlardakı fasilələr (5-10 dəq) ləğv olunub.

🍃Bu dəyişiklik müvəqqəti xarakter daşıyır. Yenidən əvvəlki rejimə qayıdılacaq. Bununla bağlı yenidən məlumat veriləcək.

🤩 Qobustan rayon Sosial Reabilitasiya Mərkəzində qrup məşğələləri davam edir. 2 mərhələli keçirilən qrup məşğələsində bi...
08/08/2025

🤩 Qobustan rayon Sosial Reabilitasiya Mərkəzində qrup məşğələləri davam edir.

2 mərhələli keçirilən qrup məşğələsində birinci mərhələ üzrə benefsiarlar arasında müxtəlif oyunları keçirilib.
2-ci mərhələdə isə mövzu "Konstitusiya və Suverenlik ili" olmuşdur. Benefsiarlar mütəxəssislərin dəstəyi ilə bu mövzuda çəkilmiş eskizlər əsasında boyamalar aparmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Sosial Xidmətlər Agentliyi

Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzi və Qobustan Gənclər Evi arasında əməkdaşlıq çərçivəsində mərkəzdə uşaqlar üç...
06/08/2025

Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzi və Qobustan Gənclər Evi arasında əməkdaşlıq çərçivəsində mərkəzdə uşaqlar üçün “Uşaq aləmi” adlı maarifləndirici animasiya filminin birgə izlənməsi təşkil olundu.

🎯 Tədbirin əsas məqsədi uşaqların sosial bacarıqlarını inkişaf etdirmək, dünyagörüşlərini genişləndirmək və əylənərək öyrənmələrinə dəstək olmaq idi.

🎙️ Film nümayişindən sonra interaktiv müzakirə aparıldı və uşaqlara öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı yaradıldı.

🌱 Bu cür fəaliyyətlər uşaqların emosional və sosial inkişafında mühüm rol oynayır, onların cəmiyyətə fəal inteqrasiyasına töhfə verir.

🤝 Əməkdaşlıq üçün təşəkkür edir, növbəti görüşlərdə yenidən bir araya gəlməyi səbirsizliklə gözləyirik!

Benefsiar qəbul edilərkən onların qanuni nümayəndələri ilə (valideyn, qəyyum və ya qanuni nümayəndə) onların ilkin vəziy...
26/07/2025

Benefsiar qəbul edilərkən onların qanuni nümayəndələri ilə (valideyn, qəyyum və ya qanuni nümayəndə) onların ilkin vəziyyəti, inkişafı, aparılmış müalicə prossesi, xarakteri, ətrafa münasibəti və s. ilə bağlı ilkin sorğu aparılır.

Qobustan rayonunda "Bir addım, bir həyat" adlı tədbir keçirilib. "Ailə Dünyası "Ailələrə Hüquqi Yardımnin İctimai Birliy...
18/07/2025

Qobustan rayonunda "Bir addım, bir həyat" adlı tədbir keçirilib.
"Ailə Dünyası "Ailələrə Hüquqi Yardımnin İctimai Birliyi tərəfindən Qobustan rayonunda "İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması" layihəsinin icra planına uyğun olaraq tədbir keçirilib . Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Gənclər Evinin, Sosial Reabilitasiya Mərkəzinin, Mədəniyyət Evinin, Təhsil İdarəsinin nümayəndələri və rayonun fəalları iştirak etdilər. Tədbirdə layihə çərçivəsində insan alveri ilə bağlı hazırlanan "Bir addım, bir həyat" videoçarxı nümayiş edildi.

Address

Qobustan şəhəri, Şəhid Vüsal Şəhriyarov Küçəsi
Qobustan
AZ3700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qobustan Rayon Sosial Reabilitasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category