APTEK ELIT QUBA

APTEK ELIT QUBA Əziz Qubalılar, bu səhifə sizə asan şəkildə dərman preparatları tapmağa və Quba daxildə sizə çatdırılmağa xidmət göstərməkdədir.

Əziz Qubalılar, biz bu səhifəni yaratmaqla;
Sizin sağlamlığınız üçün faydalı həkim məsləhətlərini paylaşmaq, dərman preparatları haqqında melumat vermək, ehtiyacınız olduğu zaman daha tez və asan şəkildə dərman preparatlarını tapmaq (almaq) və bizdən alacağınız preparatların istəyinizə görə qapiya çatdırılması xidmətlərini həyata keçirəcəyik.

Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər.Günəş şüalarından qorunmaq üçün çoxlarımız yay ayların...
18/04/2017

Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər.
Günəş şüalarından qorunmaq üçün çoxlarımız yay aylarında günəş eynəklərindən istifadə edirik. Günəş eynəklərindən istifadə etmək, həkimlərin fikrinə görə mütləq sayılır.

Bu məqalədə sizə, günəş eynəyini düzgün seçmək üçün bir neçə məsləhət verəcəyik:

1. Plastik yoxsa şüşə?
Yadda saxlayın ki, yüksək dərəcədə tündləşdirilmiş linzalar, heç də keyfiyyətli və qoruyucu demək deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər, nəinki xeyirsiz sayılır,onlar hətta gözlər üçün ziyanlıdır. Səbəb odur ki, tünd şüşə arxasında göz bəbəyi genişlənir, nəticədə arasından daha çox işıq keçmiş olur.
Şüşə eynəklər, tam olmasa da ultrabənövşəyi şüaların qarşısını alır.
Polikarbonatdan hazırlanan plastik linzalar, yalnız A və B tipli ultrabənövşəyi şüaların qarşısını ala bilir. Orqanik linzalar sınmırlar, lakin onların səthində cızıqların daha tez yaranması səbəbindən bu tip linzalarla daha ehtiyyatlı olmanız məsləhət görülür.

2. Əlavə vərəq tələb edin (qoşma)
Keyfiyyətli gün eynəklərini optikalarda və yaxşı eynək mağazalarından almaq olar. Bu eynəklər əsasən markalanmış (nişanlanmış) olurlar və onların hər birinə əlavə kağız aid edilir. O kağızda eynəyin günəşdən qorunma səviyyəsi və onu hansı hallarda taxmanız göstərilir. Ümumilikdə 0-4 qədər müxtəlif qoruma dərəcəli 5 filtr kateqoriyası vardır.

3. Polyarizasiya və fotoxrom
Polyarizasiya linzalar gözləri günəşdən qoruyur və işığın əks təsirini keçirtmir. Həkimlər adətən belə eynəkləri göz əməliyyatı keçirən insanlara məsləhət görürülər. Xameleon eynəklərdə foroxrom linzalar istifadəsi isə tez -tez məkandan küçəyə çıxdıqda rahat sayılır.

4. Böyük yoxsa balaca? (ölçü)
Ölçüyə gəldikdə, ən düzgün seçim böyük ölçülü eynəklər sayılır. Bu model eynəklər nəinki gözləri, həmçinin gözətrafı dərini qoruyurlar. Günəş işığında tez-tez gözləri qıydığımıza görə gözətrafı zonada qırışların əmələ gəlməsi müşahidə olunur.

5. Linzanın rəngi
Ən münasib linzalar - yaşıl, boz, qəhvəyi rəngdə və bu rənglərin çalarlarında olan linzalardır. Bu rənglər rəngləri az korlayır, şüalanmanı yaxşı özünə hopur və gözə müsbət təsir edir. Çəhrayı, qırmızı, narıncı və göy rəngli linzalar gözləri tez yorur.

Görmə qabiliyyəti və gözətrafı zonanın çox incə olduğunu nəzərə alaraq, gün eynəyi alarkən bir neçə rəngli, modelli,keyfiyyətisiz eynək almaqdansa çox vacib olan görmə qabiliyyətinizi qorumaq üçün bir ədəd, yalnız keyfiyyətli məhsul almağınız məsləhət görülür.

15/04/2017

Əziz Elit Aptek izləyiciləri bu gün ViqasMed Quba Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova sizlər üçün "AUTİSM nədir?" sualını cavablandırır. Əlavə suallarınız olarsa kommentari bölməsində yaza bilərsiniz.

Sağlamlığımız bizə bəxş olunmuş ən dəyərli varlığımızdır. Lakin biz özümüzə baxımsızlıqdan, istəmədən özümüzü xəstələndi...
14/04/2017

Sağlamlığımız bizə bəxş olunmuş ən dəyərli varlığımızdır. Lakin biz özümüzə baxımsızlıqdan, istəmədən özümüzü xəstələndiririk. Bu zaman istifadə edəcəyimiz dərmanların da keyfiyyətli olması vacib şərtdir.
Hər zaman sizin sağlamlığınızı düşünərək ELİT APTEK xidmətinizdədir.

+(994)51 959 4949
+(994)23 335 1516

"Hər zaman xidmətinizdəyik"+(994)51 959 4949+(994)23 335 1516
13/04/2017

"Hər zaman xidmətinizdəyik"
+(994)51 959 4949
+(994)23 335 1516

"hər zaman xidmətinizdəyik"+(994)51 959 4949+(994)23 335 1516
11/04/2017

"hər zaman xidmətinizdəyik"
+(994)51 959 4949
+(994)23 335 1516

Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda diş ağrısı ilə mübarizə aparmaq üçün aşağıdaki vasitələrdən istifadə e...
10/04/2017

Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda diş ağrısı ilə mübarizə aparmaq üçün aşağıdaki vasitələrdən istifadə edə bilərsiniz.

Hər 2 saatdan bir ağzınızı duz məhlulu ilə qarqara edin (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).

Adaçayı (sürvə) otun dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəq. ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur). Dəmləməni 30 san. ərzində ağızda (xəstə diş tərəfində) saxlayın. Bundan ələvə digər dəmləmələrdən də istifadə edilir:
1 çay qaşığı adaçayı + 1 çay qaşığı çobanyastığı;
2 çay qaşığı nanə;
2 çay qaşığı palıd qabığı.

Xarab dişin oyuğuna 1 dənə mixək, kamfara spirtində və ya valeryan damcılarında isladılmış steril pambıq qoymaq olar.

Bu üsullar kömək etmədiyi halda ağrıkəsici bir həb qəbul etmək olar.

Hətta diş ağrısı tam keçdiyi və ya azaldığı halda mütləq yaxın bir zamanda diş həkiminə müraciət edin!
Diş ağrısından xilas olmağın ən yaxşı üsulu – keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.

"Hər zaman xidmətinizdəyik"+(994)51 959 4949+(994)23 335 1516
09/04/2017

"Hər zaman xidmətinizdəyik"
+(994)51 959 4949
+(994)23 335 1516

Uşaqlar gələcəyimizdir!Onları tutduqları xəstəliklərdən, doğru preparatlarla müalicə etmək gərəklidir.Ünvanımız:Köhnə av...
08/04/2017

Uşaqlar gələcəyimizdir!
Onları tutduqları xəstəliklərdən, doğru preparatlarla müalicə etmək gərəklidir.

Ünvanımız:
Köhnə avtovaqzal dairəsindən aşağı, Standart Bank ilə üz üzə.

Əlaqə nömrəsi:
+(994)51 959 4949
+(994)23 335 1516

Yazın gəlməsilə oyanan xəstəliklər və onlardan necə qorunmaq haqqında danışırıq. Oxuyun faydamız olsun.)Baharın gəlişi i...
07/04/2017

Yazın gəlməsilə oyanan xəstəliklər və onlardan necə qorunmaq haqqında danışırıq. Oxuyun faydamız olsun.)

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

Qeyd olunan xəstəliklər haqqında ətraflı məlumat "rəylər" bölməsində qeyd olunmuşdur.

Bizi "instagram" üzərindən də izləyə bilərsiniz.


"hər zaman xidmətinizdəyik"
+(994)51 959 4949
+(994)23 335 1516

"Her zaman xidmətinizdəyik"+(994)51 959 4949+(994)23 335 15 16
06/04/2017

"Her zaman xidmətinizdəyik"

+(994)51 959 4949
+(994)23 335 15 16

Address

Standart Bank Ilə üzbəüz
Quba
AZ4000

Opening Hours

Monday 08:45 - 23:45
Tuesday 08:45 - 23:45
Wednesday 08:45 - 23:45
Thursday 08:45 - 23:45
Friday 08:45 - 23:45
Saturday 08:45 - 23:45
Sunday 08:45 - 23:45

Telephone

00994233351516

Website

Alerts

Be the first to know and let us send you an email when APTEK ELIT QUBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category