Şəmkir Rayon Mərkəzi Xəstəxanası

Şəmkir Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

24/08/2026
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Xəstəxanadaxili təmizliyin aparılma qaydaları” mövzusunda maarifləndirici tədbir ke...
24/08/2026

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında “Xəstəxanadaxili təmizliyin aparılma qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksionisti Misri Qasımova tərəfindən “Xəstəxanadaxili təmizliyin aparılma qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Təsərrüfat işçilərinin iştirak etdiyi tədbirdə xəstəxanadaxili təmizliyin düzgün və ardıcıl şəkildə aparılmasının, sanitariya-gigiyena qaydalarına riayət edilməsinin və infeksiyaların yayılmasının qarşısının alınmasında təmizliyin əhəmiyyəti barədə məlumat verilib.

İştirakçılara təmizlik zamanı istifadə olunan vasitələrin düzgün tətbiqi, səthlərin təmizlənməsi və dezinfeksiyası, həmçinin işçilərin şəxsi gigiyena qaydalarına əməl etməsinin vacibliyi izah olunub.

Maarifləndirici tədbirin əsas məqsədi xəstəxana mühitində təmizlik və infeksion təhlükəsizliyin təmin olunmasına töhfə verməkdir.

20/08/2026

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Daha ətraflı: https://president.az/az/articles/view/73301

20/08/2026
Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Göstərilən xidmətlərlə bağlı rəy və təklif...
19/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır._

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

👁️ Uşaqlarda göz sağlamlığı Uşaqların sağlam böyüməsində görmə qabiliyyətinin normal inkişafı mühüm əhəmiyyət daşıyır. G...
17/08/2026

👁️ Uşaqlarda göz sağlamlığı

Uşaqların sağlam böyüməsində görmə qabiliyyətinin normal inkişafı mühüm əhəmiyyət daşıyır. Görmə problemləri erkən yaşlarda aşkarlandıqda onların vaxtında qiymətləndirilməsi və müalicəsi daha effektiv ola bilər.
Valideynlər uşağın davranışındakı bəzi dəyişikliklərə diqqət yetirməlidirlər. Televizora və ya telefona həddindən artıq yaxın baxmaq, kitab oxuyarkən gözləri qıymaq, tez-tez gözlərini ovuşdurmaq, baş ağrısından şikayət etmək, yazı və oxu zamanı çətinlik çəkmək görmə ilə bağlı problemin əlaməti ola bilər.

Uşaqların göz sağlamlığının qorunması üçün ekran qarşısında keçirilən vaxtın yaşa uyğun şəkildə məhdudlaşdırılması, kifayət qədər fasilələrin verilməsi, düzgün işıqlandırmadan istifadə və mütəmadi göz müayinələri vacibdir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu İnci Cahangirova valideynlərə uşaqların görmə qabiliyyətinə diqqətlə yanaşmağı və hər hansı şübhəli əlamət müşahidə etdikdə vaxtında oftalmoloqa müraciət etməyi tövsiyə edir.

Sağlam gözlər – sağlam gələcəyin mühüm hissəsidir! 👁️

Address

Şəmkir Şəhər Bakı Qazax Magistralı 407 Km
Shamkhor
057

Telephone

+994223053221

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şəmkir Rayon Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category