Dr.Turkan

Dr.Turkan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Turkan, Doctor, Tovuz.

Tez-tez elə olur ki, nevrozdan əziyyət çəkən xəstə müxtəlif həkimləri "gəzir" (kardioloq, endokrinoloq, qastroenteroloq ...
16/05/2019

Tez-tez elə olur ki, nevrozdan əziyyət çəkən xəstə müxtəlif həkimləri "gəzir" (kardioloq, endokrinoloq, qastroenteroloq və s.), lazım olmayan müayinələr və analizlərdən keçir və yalnız sonda heç bir xəstəlik aşkar olunmadıqda nevropatoloqun qəbuluna düşür. Bu isə, təbii ki, vaxt və vəsaitin itkisinə səbəb olur.
Nevroz müalicə olunan pozulmadır. Sadəcə insan vaxtında lazım olan mütəxəssisə müraciət etməlidir. 💎

Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s.) dəyişikliklərlə ...
15/03/2019

Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s.) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq, problemi dərmanlar təyin etməklə həll edirlər. Psixiatr psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, eyni zamanda dərmanla müalicəni həyata keçirir. Psixiatr tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq hüququna malikdir 💎

İpoxondriya.İpoxondriya – bu zaman insan daima xəstələnməkdən qorxur, müxtəlif xəstəliklərə qarşı müalicə almağa çalışır...
02/03/2019

İpoxondriya.
İpoxondriya – bu zaman insan daima xəstələnməkdən qorxur, müxtəlif xəstəliklərə qarşı müalicə almağa çalışır. Bu vəziyyət psixosomatik pozğunluq hesab olunur, bu zaman daxili orqanlarda da pozğunluqlar qeyd olunur.
Simptomları:
İpoxondriyalı xəstələr elə zənn edirlər ki, guya xəstədirlər və ya tezliklə xəstələnəcəklər. O öz vəziyyətini hansisa həkimdən daha yaxşı bilir. Onun fikri tez-tez dəyişir, şübhələri onu çox sıxır. Xəstəliyin ən çox rast gəlinən simptomu “ağrılar” və digər “əlamətlərdir”. Xəstə onları “hiss” edir, həkim müayinə etdikdə isə heç nə aşkar etmir. Belə xəstə həkimə inanmır, daha çox narahat olur. İpoxondriyada daha çox ürək, mədə, bas beyin, cinsi orqanlar “əziyyət çəkir”. Zaman keçdikcə doğrudan da onlarda daxili orqanlarda pozğunluqlar yaranır. Belə faktlar mövcuddur ki, belə xəstələr “miokard infarktına” tutulublar. Xəstələrin çoxunda isterik əlamətlər – onlar “xəstələnmək” və diqqət mərkəzində olmaq istəyirlər. 💎

Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin i...
02/03/2019

Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin iştirakı ilk növbədə nevrozun səbəblərini aşkar etmək üçün lazımdır. Bundan bqaş məhz həkim lazımi müalicə təsirlərini (gərgin yaxud sakit əsəb sistemləri üçün)istiqamətləndirə bilər.
Müalicə üçün aşağıdakı vasitələrdən istifadə olunur:
Psixotrop vasitələr (bunlar əsasən trankvilizatorlar olsa da, əsasən həkim reseptləri ilə satılır).
Psixoterapiya kursları, Fitoterapiya (psixoloji travmaların müalicəsi) və Fizioterapiyadan istifadə olunur. 💎

Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə ...
02/03/2019

Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsidir. Xalq arasında buna qocalıq ağlını itirmə də deyilir. 💎

Altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəs...
02/03/2019

Altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır.Altsheymer irəliləyən/proqressiv bir xəstəlikdir. Bu da tədricən, zamanla beynin daha çox hissəsinin zədələnməsi deməkdir. Bu baş verdiyi zaman isə simptomlar daha da ciddiləşir. Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə onlar;
Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,
Ya özünə inamın itməsinə ya da ünsiyyətproblemlərinə görə daha çox özlərinə qapana bilərlər,
Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər.İlkin mərhələ:
Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq,
Tanış əşyaları tanımamaq,
Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik,
Dezorientasiya,
Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq).
Son mərhələ:
Hallüsinasiyalar, fantastik ideyalar,
Yaxın şəxsləri hətta qohumları tanımamaq,
Hərəki pozğunluq,
Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik 💎

Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. ...
07/02/2019

Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər. 💎

Asperger sindromu.  Psixi pozğunluq olub, bəzən onu Autizmin bir formasıda hesab edirlər. Bu sindromlu insanlar normal v...
07/02/2019

Asperger sindromu. Psixi pozğunluq olub, bəzən onu Autizmin bir formasıda hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.
Təyin olunmasıda çətindir, üçlü bir pozuntu olaraq adlandırılır. Aşağıdakı pozğunluqlar müşahidə olunur.

1. İctimai münasibətlərdə çətinliklər
2. Ünsiyyətdə çətinliklər
3. Təxəyyüldə çətinliklər
İctimai münasibətlərdə çətinliklər –Təşkilatçılıq qabiliyyətləri çox zəifdir. Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər. Dostlar tapmaqda çətinlik çəkirlər. İnsanlarla münasibət yarada bilmirlər. Bəzən hər şeyi səhf anlayırlar. Sanki görünməz bir divarın arxasındadırlar. Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər.
Ünsiyyətdə çətinliklər – Başqalarının dediyi sözləri anlaya bilmirlər. Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir. Asperger sindromu olan şəxslərin dıgərlərini anlamasında problemlər yaşanır. Səbrsiz olurlar.
Təxəyyüldə çətinliklər – Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğuların, mimikaların nə ifadə etdiyini başa düşməzlər. Hekayələrin, nağılların mənasını anlamaqda problemləri var. 💎

Özünü dərk etmənin pozulması depersonalizasiya, xarici mühitə qarşı dərk etmənin pozulması (ətraf mühitin düzgün dərk ed...
07/02/2019

Özünü dərk etmənin pozulması depersonalizasiya, xarici mühitə qarşı dərk etmənin pozulması (ətraf mühitin düzgün dərk edilməməsi) isə derealizasiya adlanır. Bir sıra psixi xəstəliklər nəticəsində meydana çıxan bu əlamətlər əksər hallarda birlikdə təsadüf edilir.Depersonalizasiya və ya özünü dərketmənin pozulması şəxsiyyətin ikiləşməsi və ya tamamilə inkar edilməsi formasında ola bilər. Depersonalizasiya zamanı xəstə bəzən yaxşı tanıdığı küçəni və ya adamları tanımadığını söyləyir. Bəzən isə hadisələrin çox sürətlə cərəyan etdiyini (vaxtın sürətlənməsini) və ya əksinə onun tam hərəkətsizliyini qeyd edir. Məsələn: gündüzü gecədən ayıra bilmir, ətrafdakı adamların hamısını bir sifətdə, bir boyda qavrayır. 💎

Klaustrofobiya, qapalı yerlərdən qorxmaq fobiyasıdır. Klaustrofobiyası olan insanlar, lift və ya tunel kimi qapalı və qa...
07/02/2019

Klaustrofobiya, qapalı yerlərdən qorxmaq fobiyasıdır. Klaustrofobiyası olan insanlar, lift və ya tunel kimi qapalı və qaranlıq yerlərdən panika vəziyyətinə düşürlər vəya lift kimi qapalı və dar məkanlarda, nəfəs ala bilməməkdən, boğumaqdan və orada ömürlük qalabilməkdən qorxurlar. Əsasən uşaqlıq dövründə hər hansı bir travma verici hadisə yaşamış insanlarda klaustrofobiya görmək olar. Bu səbəbdən klaustrofobik insanların bu cür qapalı məkanlarda qalmamalıdırlar.Adətən bu fobiyanın aradan qaldırılması üçün psixoterapiya və müxtəlif psixotrop maddələrin qəbulu tövsiyyə edilir. 💎

NEVROZ-qadınların bəlasıNevroz sinir sisteminin geri dönən funksional pozğunluğudur. Sinir sisteminə uzun müddət ərzində...
05/02/2019

NEVROZ-qadınların bəlası
Nevroz sinir sisteminin geri dönən funksional pozğunluğudur. Sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində bu xəstəlik yaranır. Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir. Bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s. (Təbii ki, bunlar bizə xas misallardır-A.S).Qadınlar nevroza daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir. 💎

Address

Tovuz
TOVUZRAYONMƏRKƏZIXƏSTƏXANASI

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Turkan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category