Aydın Kerimov

Aydın Kerimov Dəqiq diaqnoz — düzgün müalicənin ilk addımıdır.

🩺 Payız fəsli ilə gələn xəstəliklərə qarşı vaxtında müayinə olun!Kəskin respirator xəstəliklər — soyuqdəymə, qrip, pnevm...
21/10/2025

🩺 Payız fəsli ilə gələn xəstəliklərə qarşı vaxtında müayinə olun!

Kəskin respirator xəstəliklər — soyuqdəymə, qrip, pnevmoniya və qaimorit — bu mövsümdə sürətlə artır.
Tənəffüz yollarının düzğün müalicəsi üçün dəqiq diaqnostika vacibdir 💻

📍 Xüsusi aksiya:
🔹 Döş qəfəsi orqanlarının KT müayinəsi — 60 AZN
🔹 Burunətrafı ciblərin KT müayinəsi — 60 AZN
💥 Hər iki müayinə birlikdə — cəmi 100 AZN!
🎁 Radioloq konsultasiyası — ÖDƏNİŞSİZ!

Müasir multispiral kompüter tomoqrafiyası (MKT) ağciyər və paranazal sinus problemlərini ən dəqiq aşkarlayan metoddur.

⏳ Aksiya məhdud müddət üçündür!
Vaxtında müayinədən keçin — sağlamlığınızı riskə atmayın.

📞 Əlaqə: +994 55 908 46 80
📍 Ünvan: KARİA TİBB MƏRKƏZİ ( Health House ) — RADİOLOGİYA şöbəsi

📥 Sağlamlıqla bağlı hər yenilikdən ilk siz xəbərdar olun — səhifəmizi izləməyə unutmayın!

🩺 Bel ağrısında hansı müayinə uyğundur — MRT, yoxsa KT?Hər ağrıda eyni müayinə aparılmır — səbəbə görə seçim fərqlidir.📌...
15/10/2025

🩺 Bel ağrısında hansı müayinə uyğundur — MRT, yoxsa KT?

Hər ağrıda eyni müayinə aparılmır — səbəbə görə seçim fərqlidir.

📌 MRT:
• Ayaqlara yayılan keyimə, yanma, uyuşma
• Disk yırtığı və sinir sıxılması şübhəsi
➡️ Yumşaq toxumalar və sinirləri yüksək dəqiqliklə göstərir

📌 KT:
• Travma, yıxılma, qırıq şübhəsi
➡️ Sümükləri və struktur zədələri aydın göstərir

✅ Həkimlə məsləhətləşin, düzgün müayinə düzgün diaqnoz deməkdir.

🩻 Azerbaijan Society of Radiologists International Conference 2025 başa çatdı.Üç gün davam edən elmi sessiyalar, canlı t...
13/10/2025

🩻 Azerbaijan Society of Radiologists International Conference 2025 başa çatdı.
Üç gün davam edən elmi sessiyalar, canlı təqdimatlar və müzakirələr radiologiyanın gələcəyinə yeni baxış qazandırdı.

Təşkilatçılara və iştirak edən bütün mütəxəssislərə dəyərli bilik və paylaşım üçün təşəkkürlər.
Elm və təcrübə birləşəndə inkişaf qaçılmazdır. 🌿

❓Pasiyentlərin ən çox qarışdırdığı mövzulardan biri də budur: “Mənə MRT lazımdır, yoxsa KT?”Əslində hər iki müayinə üsul...
29/09/2025

❓Pasiyentlərin ən çox qarışdırdığı mövzulardan biri də budur: “Mənə MRT lazımdır, yoxsa KT?”
Əslində hər iki müayinə üsulu çox dəqiqdir, amma istifadə sahələri fərqlidir.

🔹 KT (Kompyuter Tomoqrafiyası)
• Rentgen şüaları ilə işləyir.
• Çox sürətlidir – nəticə bir neçə dəqiqəyə əldə olunur.
• Əsasən sümüklərin, ağciyərlərin, qarın boşluğu orqanlarının və təcili halların (qanaxma, insult, pnevmoniya, travma) qiymətləndirilməsində daha informativdir.
• Amma nəzərə alın: KT şüa ilə aparılır, bu səbəbdən hamiləlikdə məhdudiyyətlərlə tətbiq olunur.

🔹 MRT (Maqnit Rezonans Tomoqrafiyası)
• Şüa istifadə etmir, maqnit sahəsi ilə işləyir.
• Müddəti daha uzundur – 20–40 dəqiqə çəkə bilər.
• Yumşaq toxumaların – beyin, onurğa beyni, oynaqlar, bağlar, qaraciyər, uşaqlıq və s. – qiymətləndirilməsində üstünlük təşkil edir.
• Amma metal implantı və ya kardiostimulyatoru olan pasiyentlər üçün uyğun olmaya bilər.

✅ Sadə dildə desək:
• Təcili vəziyyətlərdə və sümüklə bağlı problemlərdə → KT
• Sinir sistemi, oynaqlar və yumşaq toxumalarda → MRT

🩻 ❗️Hansı müayinə sizin üçün daha uyğundur – bunu yalnız həkim təyin edə bilər. Məqsəd, ən qısa zamanda ən dəqiq diaqnoz qoymaqdır.
__________
📥 Sizin də MRT və ya KT ilə bağlı suallarınız varmı? 💬
Şərhlərdə yazın – cavablandıraq!


Mən Kerimov Aydın - Radioloq (şüa diaqnostika həkimi), İnvaziv radioloq.2013-cü ildən etibarən fəaliyyət göstərirəm və b...
28/09/2025

Mən Kerimov Aydın - Radioloq (şüa diaqnostika həkimi), İnvaziv radioloq.

2013-cü ildən etibarən fəaliyyət göstərirəm və bu illər ərzində əsas məqsədim dəyişməyib — düzgün diaqnoz üçün keyfiyyətli görüntüləmə təmin etmək.

🌐 Radiologiya tibbin “gözləri” hesab olunur. Görüntüləmə vasitəsilə xəstəlikləri vaxtında aşkarlamaq və həkimlərə düzgün müalicə seçməkdə kömək etmək mümkündür.

Bu səhifədə sizə təqdim olunacaq:
🔹 MRT, KT, Rentgen və USM müayinələri barədə elmi əsaslı, sadə izahlar
🔹 Pasiyentlərin tez-tez verdiyi sualların cavabları
🔹 Tibdə geniş yayılmış miflərin faktlarla təkzibi
🔹 İnvaziv radiologiyanın imkanları haqqında məlumatlar

📌 Prioritetim — pasiyentləri düzgün istiqamətləndirmək və sağlamlıqlarını qorumaqdır.

🔔 Səhifəni izləməklə tibbi görüntüləmə haqqında etibarlı və peşəkar məlumatlara sahib ola bilərsiniz.

Address

Xaçmaz
2700

Website

Alerts

Be the first to know and let us send you an email when Aydın Kerimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share