Khumar Gahramanova

Chiama

Khumar Gahramanova Instagram .gahramanova Praktik Psixoloq

28/10/2026
27/10/2026

Niyə çox vaxt nümunələri öz üzərimdən verirəm?

1) Çünkü mənə danışanlarımın hekayəsi üzərindən fikir biıdirib necə “yaxşı mütəxəssis” olduğumu sübut edib eqomu dəstəkləmək maraqlı deyil. Bu həm danışanlarımın təhlükəsizliyi baxımından vacibdir həm də bizim işin etikasına ziddir

2) öz üzərimdən nümunələrlə danışaraq o mesajı vermək istəyirəmki psixoloq adi insandır. Keçirdiyiniz bütün hissləri o da keçirə bilir, fərqli hadisələrlə qarşılaşa bilir o da həyatında. Sadəcə fərq ondadırki öz üzərində çox işlədiyindən fərqindəliyi çoxdur. Ona görə də o baş verənlərlə baş etmək ona rahatdır. Çətin gələndə isə dəstək alır

26/10/2026

Qoy burada özümə də xatırlatma üçün qalsın♥️

24/10/2026

Mənim işlədiyim psixoterapiya metodu geştaltdır. Onun sevdiyim və ona görə də seçdiyim cəhəti odurki simptomla yox, simptomu olan İNSANLA iş gedir. Bu da o deməkdirki İNSANA yanaşma var onun probleminə yox. Hə bu 3-5 sessiyaya simptomu götürməyə bilər, ancaq uzun müddətli prosesdə simptomu yaradan SƏBƏBDƏ dəyişiklik getdiyindən İNSANIN həyatı bütün sahələrdə dəyişə bilir🤌

23/10/2026

Çox vaxt manipulyasiya dedikdə insanların ağlına dominant, təsir qüvvəsi güclü insanlar gəlir. Ancaq ən gizlin və güclü manipulyasiya çox vaxt özünü yazıq sizi isə öz həyatındakı hadisələrdə günahlandıran tərəfdən olur.

Xilaskarlar bu tələyə çox tez tez düşür. Bu isə çıxılmaz döngüdür. Taki oyunu bitirməsəz.

22/10/2026

Fərqində olmadıqda hər şey insana qismət kimi görünür. Müşahidə etdikdə, fərqinə vardıqda həyatının gedişatı da dəyişir.

Bunu isə çox gözəl psixoloji seanslarda etmək olur

20/10/2026

Mən tez tez bununla rastlaşıram. Əsasəndə psixoterapiya ilə bağlı.Mən belə etdim xoşbəxt oldum, həyatım dəyişdi. Səndə belə et dəyişəcək.

Bu belə işləmir. Hər insanın psixikası, temperamenti, ən önəmlisi başlanğıc təcrübəsi fərqlidir. Onun həyatı müsbətə o zaman dəyişirki öz psixikası ilə tanış olub özünə uyğun şəkildə dəyişikliklər etsin.

18/10/2026

Bir çox kütləvi satışlar özünü tanımayan insanlar üzərindən gedir.

Özünü tanımaq zamanla olan bir şeydir. Əgər ilk təcrübəndən bu əksik qalıbsa bunu zamanla tamamlamaq olur. Özünə marağın varsa.

Özünü tanıyan insanı manipulyasiya etmək çətindir.

Indirizzo

Rome

Telefono

+393516343737

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Khumar Gahramanova pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi