Şirvan Şəhər Mərkəzi Xəstəxanası

Şirvan Şəhər Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edibTƏBİB-in İcraçı direktoru Anar Bayramo...
21/08/2026

Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edib

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan şəhəri və Hacıqabul rayonunda fəaliyyət göstərən tibb müəssisələrinə işgüzar səfər edib.

İlk olaraq Anar Bayramov Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Səfər çərçivəsində əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olunub. Baxış zamanı müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər qiymətləndirilib.

Daha sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına baş çəkən İcraçı direktor burada yaradılmış şərait, şöbələrin fəaliyyəti, tibbi xidmətlərin təşkili və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.

Anar Bayramov hər iki tibb müəssisəsinin rəhbərliyi ilə keçirilən görüşlərdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialının səmərəli idarə olunması və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edibTƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan Şəhər Mərkəzi Xəstə...
20/08/2026

Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edib

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Şirvan şəhəri və Hacıqabul rayon sakinlərini qəbul edib.

Vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.

20/08/2026

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Daha ətraflı: https://president.az/az/articles/view/73301

20/08/2026
Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
20/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Şəhid anası Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ziyarət olunubŞirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Be...
14/08/2026

Şəhid anası Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ziyarət olunub

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, ictimai xadim, jurnalist və şair-publisist Umud Mirzəyev və şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan 44 günlük Vətən müharibəsi şəhidi Elnur Qarayevin anası Mahirə Qarayevanı ziyarət ediblər.

Ziyarət zamanı İlqar Abbasov şəhid anasının səhhəti ilə maraqlanıb, müalicəsi barədə məlumat alıb və ona Allahdan şəfa diləyib.

Mahirə Qarayeva göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Görüş çərçivəsində İlqar Abbasov və Umud Mirzəyev Şirvan Ürək Mərkəzinin fəaliyyəti və burada yaradılmış şəraitlə tanış olublar.

Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin regional “Ürək Mərkəzləri” layihəsi çərçivəsində yaradılan Şirvan Ürək Mərkəzində kardioloji xəstələrə invaziv kardiologiya, invaziv aritmologiya və ürək-damar cərrahiyyəsi xidmətləri göstərilir.

Mərkəzdə minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə və qazanılmış ürək qüsurlarının müalicəsi, ürək ritm pozğunluqlarının invaziv yolla aradan qaldırılması, müvəqqəti və daimi kardiostimulyasiya, implantasiya olunan defibrilyatorların yerləşdirilməsi və digər tibbi müdaxilələr həyata keçirilir.

Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin daim xüsusi önəm verdiyi istiqamətlərdəndir.

13/08/2026

Address

Şirvan şəh, Heydər Əliyev Pr. 16
Ali Bairamly
AZ1803

Telephone

+994212150543

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan Şəhər Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şirvan Şəhər Mərkəzi Xəstəxanası:

Shortcuts

Share

Category