Op.Dr.Fəyyaz Məmmədov

Op.Dr.Fəyyaz Məmmədov Torakal cərrah/ Thoracic surgeon
Döş qəfəsi orqanlarının cərrahi müalicəsi

Ağciyər xərçəngi şübhəsi varsa, hansı müayinələr olunmalıdır?Hər şeydən əvvəl xəstəlik verifikasiya olunmalıdır. Ağciyər...
17/07/2026

Ağciyər xərçəngi şübhəsi varsa, hansı müayinələr olunmalıdır?

Hər şeydən əvvəl xəstəlik verifikasiya olunmalıdır. Ağciyər xərçəngində verifikasiya biopsiya ilə olunur. Biopsiya ilə ağciyər toxumasından nümunə görülüb patoloji müayinəyə göndərilir. Biopsiya zamanı material torokoskopiya ilə, tru-cut (incə iynə ilə) metodu ilə və ya əməliyyatla (qapalı və ya açıq) götürülə bilər. Verifikasiya zamanı ağciyər xərçənginin olub-olmaması və hansı növünün olması müəyən olunur.

Ağciyər xərçəngi müayinəsində növbəti addım, xəstəliyin mərhələsinin müəyyən olunmasıdır. TNM beynəlxalq təsnifatına uyğun olaraq ağciyər xərçəngi mərhələləndirilir. Bu zaman daha çox Pozitron Emissiya Tomoqrafiyasından (PET-KT) istifadə edirik. Xəstəliyin mərhələsinin təyin olunmasından sonra hansı taktikanın seçiləcəyinə qərar verib müalicəyə başlayırıq.

06/07/2026

Sosial mediadan tez-tez suallar verilir və müalicə yolu soruşulur. Konkret sual olduqda və konkret cavabı olduqda əlbəttə ki, kömək etməyə çalışırıq.

Amma bir çox halda "Həkim müayinəsinə gəlin" deyirik. Təbii ki, pasiyentlə bunu birmənalı qarşılamır.

Bu videoda niyə belə dediyimizi izah etməyə çalışdım. Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Beynəlxalq tibbi protokollar müalicə prosesində həkimlər üçün bir növ naviqator rolunu oynayır və bizə yol göstərir. Nec...
04/07/2026

Beynəlxalq tibbi protokollar müalicə prosesində həkimlər üçün bir növ naviqator rolunu oynayır və bizə yol göstərir. Necə ki, tanımadığımız bir yerə gedərkən "waze" kimi naviqatorlardan istifadə edirik, tibbi prokotokollar da xəstəliklərin aşkarlanması və müalicəsi yollarında bizə rəhbərlik edir.

Protokollar xəstəliklər üzrə hansı analizlərin verilməli olduğunu və differensial diaqnostikanın necə aparılmalı olduğunu dəqiqləşdirir. Məsələn, onkoloji proseslərdə ardıcıllıq rentgen müayinəsindən başlayaraq, KT (kompüter tomoqrafiyası) və sonda biopsiya mərhələsinə qədər həkimə yol göstərir.

Protokol həkimə hansı müalicənin ilk növbədə tətbiq olunmalı olduğunu bildirir. Məsələn ağciyər xərçəngi zamanı bəzi hallarda xəstəni dərhal əməliyyat etmək olmaz; əvvəlcə müəyyən müalicə aparılmalı, sonra əməliyyat icra olunmalıdır.

Həkimlərin beynəlxalq standartlardan kənara çıxaraq özlərindən yeni üsullar "icad etmələrinin" və bunun nəticəsində yarana biləcək ağır fəsadların qarşısını alır. Məsələn, biopsiya nəticəsi olmadan əməliyyat edilməsi kimi yanlış qərarların qarşısını məhz bu qaydalar kəsir.

Protokollar hətta xoşxassəli törəmələr zamanı həkimə necə davranmalı olduğunu deyir. Əgər törəmə kiçikdirsə, həkim onu dərhal əməliyyat etmək əvəzinə, protokolun tələbi ilə müəyyən fasilələrlə (məsələn, altı aydan bir) KT vasitəsilə nəzarətdə saxlayır.

Yekun olaraq, beynəlxalq protokollar həkimin işini sistemləşdirərək xəstəyə ən tez zamanda diaqnoz qoyulmasına və səmərəli müalicənin həyata keçirilməsinə xidmət edir.

25/06/2026

"Xərçəng onsuz da sağalmır, müalicə etmək nəyə lazımdır?" - belə bir sualla tez-tez qarşılaşıram.

Sosial mediada hər suala tək-tək cavab vermək fürsəti həmişə olmur. Ona görə də ümumi bir cavab vermək istədim.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Bronxoektaziya ağciyərlərdə olan kiçik kalibrli bronxların patoloji genişlənməsidir. Bronxların divarlarında baş verən b...
24/06/2026

Bronxoektaziya ağciyərlərdə olan kiçik kalibrli bronxların patoloji genişlənməsidir.

Bronxların divarlarında baş verən bu genişlənmə geri dönməz xarakter daşıyır və ağciyərin funksiyasını pozan patoloji dəyişikliklərə gətirib çıxardır.

Xəstəliyin ən bariz əlaməti xəstənin il ərzində dəfələrlə (3-5 dəfə) pnevmoniya (ağciyər iltihabı) keçirməsidir.

Genişlənmiş bronxlarda yığılıb qalan ifrazat nəticəsində xəstədə həddən artıq çox miqdarda, irinli və iyli bəlğəm ifraz olunur ki, bu da xəstənin həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.

Müalicə olunmadıqda bu patoloji vəziyyət iltihabın dərinləşməsinə və ən qorxulu fəsadlardan biri olan aktiv ağciyər qanaxmasına səbəb ola bilər.

18/06/2026

Xəstələr arasında bəzən suallar yaranır protokollarla bağlı. Hətta bəzən bu mövzuda neqativ fikirlərə sahib xəstələr olur. Bu mövzuda müəyyən izahata ehtiyac olduğunu gördüm.

Videoya baxın, fikirlərinizi, suallarınızı qeyd etməyə çəkinməyin.

"Diafraqma relaksasiyası" diafraqma əzələsinin 'boşalması' və nəticədə diafraqma günbəzinin normadan "daha yuxarı qalxma...
17/06/2026

"Diafraqma relaksasiyası" diafraqma əzələsinin 'boşalması' və nəticədə diafraqma günbəzinin normadan "daha yuxarı qalxması" vəziyyətidir.

Yuxarı qalxan diafraqma ağciyəri sıxaraq onun normal genişlənməsinə mane olur. Ağciyərin sıxılması nəticəsində xəstədə nəfəs çatışmazlığı yaranır. Çünki bu problemdən əziyyət çəkən insanlar dərindən nəfəs almaqda çətinlik çəkirlər.
Problemin həlli cərrahidir. Cərrahi əməliyyat vasitəsilə yuxarı qalxmış diafraqmanı aşağı salmaqla tənəffüs sistemi dərhal rahatlayır və xəstə yenidən dərindən və rahat nəfəs ala bilir.

02/06/2026

"Doktor, rentgen elədim, ciyərlərimdə ləkə tapıldı. Neyləyək?" - bu sualla və əllərində müayinə nəticəsi ilə müraciət edən xəstələr çox olur. Bu halda tətbiq etdiyimiz ardıcıllıq var. Diaqnoz qoymaq və müalicəyə başlamaq üçün o addımları sıra ilə atırıq.

Bu videoda ağciyərdə ləkə tapılanda nə etmək lazım oluduğu haqqında qısa məlumat verməyə çalışdım. Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

28 MAYMüstəqillik Günü!
28/05/2026

28 MAY
Müstəqillik Günü!

Qurban Bayramınız Mübarək!
27/05/2026

Qurban Bayramınız Mübarək!

Address

Azadlıq Pr. , 112
Bakı

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+994517289080

Website

Alerts

Be the first to know and let us send you an email when Op.Dr.Fəyyaz Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Op.Dr.Fəyyaz Məmmədov:

Shortcuts

Share

Category