Bakı Sağlamlıq Mərkəzi

Bakı Sağlamlıq Mərkəzi Öncə sağlamlıq!

Güclü oynaqlar yalnız bu gün rahat hərəkət etmək üçün deyil, gələcəkdə də hərəkət azadlığınızı qorumaq üçün vacibdir. 🦵G...
20/08/2026

Güclü oynaqlar yalnız bu gün rahat hərəkət etmək üçün deyil, gələcəkdə də hərəkət azadlığınızı qorumaq üçün vacibdir. 🦵

Gündəlik həyatınızdakı kiçik seçimlər oynaq sağlamlığınıza təsir edə bilər:

⚖️ Çəkinizə nəzarət edin
💧 Kifayət qədər su için
🏃‍♂️ Müntəzəm fiziki aktiv olun
😴 Keyfiyyətli yatın

Bu vərdişləri həyat tərzinizin bir hissəsinə çevirərək sağlamlığınıza uzunmüddətli yatırım edə bilərsiniz.

Sağlamlığınızı yenidən təyin edin. ❤️💙

Sağlamlığınız üçün doğru ünvana çatmaq artıq daha asandır. 💙📞 Bir zəng kifayətdir — 950Bakı Sağlamlıq Mərkəzində tibbi x...
12/08/2026

Sağlamlığınız üçün doğru ünvana çatmaq artıq daha asandır. 💙

📞 Bir zəng kifayətdir — 950

Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlər, həkim qəbulu və digər suallarınızla bağlı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

📍 Azadlıq pr. 112
☎️ 950 | 012 311 02 22
🌐 bakisaglamliq.az

Bakı Sağlamlıq Mərkəzi — Öncə Sağlamlıq!

29/07/2026

Hər əməliyyat dəqiq planlama, peşəkar yanaşma və komanda işinin nəticəsidir. 🩺

Prosesin hər mərhələsində pasiyentin təhlükəsizliyi, steril şərait və tibbi standartlara uyğunluq əsas prioritetimizdir.

Sağlamlığınızı etibarlı mütəxəssislərə həvalə edin.

28 İyul — Ümumdünya Hepatit Günüdür.Hepatit uzun müddət heç bir əlamət göstərmədən qaraciyərə zərər verə bilər. Vaxtında...
28/07/2026

28 İyul — Ümumdünya Hepatit Günüdür.

Hepatit uzun müddət heç bir əlamət göstərmədən qaraciyərə zərər verə bilər. Vaxtında müayinə, düzgün diaqnoz və müalicə ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

Sağlamlığınızı təxirə salmayın, risk faktorlarınız varsa müayinədən keçin.

Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olun...
23/07/2026

Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub.
Nəticədə Mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.

Bu inteqrasiya Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir. Bakı Sağlamlıq Mərkəzində formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq ki, bu da həkimlər, həm də pasiyentlər üçün tibbi məlumatlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması, emalı və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. TRƏS laborator müayinələr və həkimə təkrar müraciətləri azaltmağa imkan verir. Bundan əlavə, sistem dövlət və özəl tibb müəssisələrində formalaşan aktual tibbi məlumatların həkimlər üçün əlçatan olmasını təmin edir, müalicənin təyin olunması zamanı daha dəqiq klinik qərarların qəbulunu dəstəkləyir, tibbi yardımın fasiləsizliyinə töhfə verir və səmərəliliyini artırır.

Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin idarə olunması Xəstəxana İnformasiya Sistemi (NTİS) vasitəsilə həyata keçirilir. Bu sistemdəki göstəricilər tibbi məlumat mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya nəticəsində mərkəzin arxiv məlumatları vahid sistemə köçürülüb, bundan sonra isə bütün yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov qeyd edib ki, TRƏS platformasına inteqrasiya müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir: “Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq”.

https://sehiyye.gov.az/media/xeberler-ve-yenilikler/s-hiyy-nazirliyinin-yaratdigi-tibbi-r-q-msal-kiz-sistemi-genisl-nir/

Milli mətbuatımızın 150 illik ənənəsini yaşadan bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə tə...
22/07/2026

Milli mətbuatımızın 150 illik ənənəsini yaşadan bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

Səhiyyə sahəsində fədakar əməyin yüksək qiymətləndirilməsi. 🏅17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə A...
17/07/2026

Səhiyyə sahəsində fədakar əməyin yüksək qiymətləndirilməsi. 🏅

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayev tərəfindən Bakı Sağlamlıq Mərkəzinin bir qrup həkimi səhiyyə sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Təşəkkürnamə” və “Fəxri Fərman” ilə təltif olunublar.

Təltif olunan əməkdaşlarımız:

▫️Dr. Kamal Cümşüdov – Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı – “Təşəkkürnamə”
▫️Dr. Cavid Əhmədov – İnnovaziv radiologiya şöbəsinin müdiri, şüa diaqnostikası üzrə həkim – “Təşəkkürnamə”
▫️Dr. Rauf Paşayev – Reanimasiya şöbəsinin müdiri, həkim-anestezioloq-reanimatoloq – “Fəxri Fərman”

Təltiflər Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Dos. Dr. Asiman Həsənov tərəfindən həkimlərimizə təqdim olunub.

Bakı Sağlamlıq Mərkəzinin kollektivi adından təltif olunan həkimlərimizi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.

Bakı Sağlamlıq Mərkəzinin dəyərli həkimi, professor  İslam Mahalov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "...
16/07/2026

Bakı Sağlamlıq Mərkəzinin dəyərli həkimi, professor İslam Mahalov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Medal TƏBİB-in İcraçı direktoru Anar Bayramov tərəfindən professor İslam Mahalova təqdim edilib.

Bu yüksək dövlət təltifi professor İslam Mahalovun uzun illər ərzində səhiyyənin inkişafına verdiyi mühüm töhfələrin, yüksək peşəkarlığının və insan sağlamlığının qorunmasına həsr etdiyi fədakar fəaliyyətinin dövlət səviyyəsində verilən dəyərin ifadəsidir.

Bakı Sağlamlıq Mərkəzi olaraq professor İslam Mahalovu bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və peşə fəaliyyətində daim yeni nailiyyətlər arzulayırıq.

Qazaxıstan Respublikasının Kostanay vilayətinin səhiyyə müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Bakı Sağl...
15/07/2026

Qazaxıstan Respublikasının Kostanay vilayətinin səhiyyə müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzinə səfər edib.

Nümayəndə heyətini Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Dr. Elxan Hacıyev və baş həkim müavini Dr. Günay İsmayılova qarşılayaraq mərkəzin fəaliyyəti, göstərilən tibbi xidmətlər və müasir infrastrukturu haqqında ətraflı məlumat veriblər. Səfər çərçivəsində qonaqlar klinikanın müxtəlif şöbələri ilə tanış olub, tibbi xidmətlərin təşkili və idarə olunması sahəsində fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə tanış olub. Qonaqlara ölkəmizdə orqan donorluğu və transplantasiya sahəsində həyata keçirilən fəaliyyət, koordinasiya mexanizmi və görülən işlər barədə ətraflı məlumat təqdim edilib.

Səfərin davamında qonaqlar İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzini ziyarət ediblər. Burada onlara simulyasiya əsaslı tibbi təhsil, praktiki bacarıqların inkişafı üçün yaradılmış müasir imkanlar və tətbiq olunan innovativ tədris metodları təqdim olunub.

Səfər çərçivəsində keçirilən görüşlər iki ölkənin səhiyyə müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

15/07/2026

Address

Bakı

Alerts

Be the first to know and let us send you an email when Bakı Sağlamlıq Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Sağlamlıq Mərkəzi:

Shortcuts

Share

Category