08/08/2026
Haşimoto qorxuludur, yoxsa zəhərli zob?
☝️Bu iki xəstəlik çox vaxt qarışdırılır, amma eyni şey deyil.
✅Haşimoto — qalxanabənzər vəzin autoimmun iltihabıdır. Yəni immun sistem vəzə qarşı reaksiya verir. Zamanla qalxanabənzər vəzin fəaliyyəti zəifləyə bilər və hormon çatışmazlığı yarana bilər.
🥸Haşimoto zamanı daha çox bu əlamətlər görülə bilər:
– halsızlıq
– yuxululuq
– çəki artımı
– üşümə
– saç tökülməsi
– qəbizlik
– dəridə quruluq
– menstrual pozğunluq
☝️Zəhərli zob isə qalxanabənzər vəzin artıq hormon ifraz etməsidir. Bu zaman orqanizm “sürətlənmiş rejimdə” işləyir.
🥸Zəhərli zob zamanı daha çox bu əlamətlər ola bilər:
– ürəkdöyünmə
– tərləmə
– əl əsməsi
– əsəbilik
– yuxusuzluq
– arıqlama
– ishal
– təzyiq və nəbz artımı
❗️Bəs hansı daha təhlükəlidir?
✅Haşimoto çox vaxt yavaş inkişaf edir və düzgün izlənilərsə, idarə oluna bilir. Amma müalicəsiz qalarsa, ciddi hormon çatışmazlığına səbəb ola bilər.
❗️Zəhərli zob isə daha təcili diqqət tələb edə bilər. Çünki yüksək qalxanabənzər vəz hormonları ürəyə, nəbzə, təzyiqə, sümük sisteminə və ümumi vəziyyətə ciddi təsir göstərə bilər.
☝️Yəni məsələ “hansı daha qorxuludur?” deyil. Əsas məsələ budur:
✅TSH, sərbəst T4, sərbəst T3, anti-TPO, anti-TG və USM nəticələri düzgün qiymətləndirilməlidir.
❌Özbaşına yod, hormon dərmanı, arıqlama preparatı və ya “zob çayı” istifadə etmək olmaz.
❌Qalxanabənzər vəz xəstəlikləri qorxmaq üçün yox, vaxtında yoxlanmaq və düzgün idarə etmək üçündür.
✅Əgər ürəkdöyünmə, əsəbilik, sürətli arıqlama, əl əsməsi və ya əksinə halsızlıq, çəki artımı, üşümə, saç tökülməsi varsa, endokrinoloqa müraciət edin.
😇Diaqnozu qorxu ilə yox, analiz və müayinə ilə dəqiqləşdirin.
endokrinoloq tsh antitpo tiroid autoimmunxəstəlik bakıendokrinoloq