NA Nitq və Psixoloji İnkişaf Mərkəzi

NA Nitq və Psixoloji İnkişaf Mərkəzi NB Psixoloji və Nitq İnkişaf mərkəzi defektoloq, loqoped, psixoloq, refleksoloq, duyu bütünl?

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Həmişə qeyd edirik ki, uşaqlarda inkişaf prosesi oyun vasitəsi ilə daha effektl...
18/01/2022

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Həmişə qeyd edirik ki, uşaqlarda inkişaf prosesi oyun vasitəsi ilə daha effektli olur. Bu səbəbdən də qərara gədik ki, uşaqların yaddaş və diqqətini gücləndirəcək bir sıra oyunlar toplayaq.

Vizual (görsəl) yaddaş üçün. 4 yaş +
3-4 oyuncağı masanın üzərinə qoyub uşaqdan onların sıralamasını yadda saxlamağını istəyirik. Daha sonra uşaq gözünü yumur və biz sıranı dağıdaraq oyuncaqlardan birini masadan götürürük. Uşaq gözünü açdıqda bizə hansı oyuncağın olmadığını və köhnə yerini göstərməlidir.

Anlama-qavramanın inkişafı üçün. 4 yaş +
Uşağa 5-6 söz verilir və o, onlara uyğun sözlər tapmalıdır. Misal üçün bal-arı, gəmi-dəniz, göbələk-meşə.

Eşitmə qabiliyyəti və diqqəti gücləndirmək üçün. 3 yaş +
Uşağa 4-5 söz deyərək ondan eyni ardıcıllıqda təkrarlamasını istəyin. Eyni şeyi o da etsin və siz təkrarlayın. Hansısa sözü unutmuş kimi edərək sizə kömək etməsini istəyin. Bu oyun eyni zamanda, uşaqların nitq inkişafına kömək edir və söz ehtiyatlarını artırır.

Uzunmüddətli yaddaşı gücləndirmək üçün. Alış-verişdən gəldiyiniz zaman əşyaları birlikdə yerləşdirin. Uşaqdan sizə əşyaların yerini göstərməsini istəyin, bəzilərini səhv qoyun və onun düzəltməsini xahiş edin.

Unutmayın, hər oyunun sonunda uşağı düz cavablara görə tərifləməli və əylənərək oynamalıyıq.

📲+994552174700

Hər kəs həyatda qorxu hissini yaşamışdır. Uşaqlar üçün də qorxu inkişafın normal bir parçasıdır. Qorxu uşaqların inkişaf...
07/01/2022

Hər kəs həyatda qorxu hissini yaşamışdır. Uşaqlar üçün də qorxu inkişafın normal bir parçasıdır. Qorxu uşaqların inkişafının bir hissəsidir.

Bir uşağın nə vaxt və nədən qorxacağını müəyyən etmək olduqca çətindir. Çünki qorxunun meydana gəlməsində ətraf mühit, keçmiş hadisələr və o andakı psixofizioloji vəziyyət rol oynayır. Qorxular əsasən yaşa paralel olaraq artır.

Uşaqların analarına bağlanmasının ən mühüm səbəblərindən biri ananın körpədəki qorxunu azaltma qabiliyyətidir. Uşaq ilk dəfə velosiped öyrənərkən ananın üzündəki ifadə və davranışına diqqət yetirir. Əgər ana, uşağa dəstək verirsə və onun getdikcə özünə etimad qazanmasını və müstəqil olmasını təmin edirsə, uşaq velosipedə minməyi zövqlü bir hal kimi qəbul edəcək və bütün diqqətini buna yönəldəcəkdir. Uşaq bu öyrənmə prosesini yaşayarkən ana daim narahat bir üz ifadəsi ilə onu izləyər və xəbərdarlıqlar edərsə və ya onu danlasa, uşaq diqqətini verməsi lazım olan tədbirdən çox anaya diqqət edəcəkdir. Uşaqda bu vəziyyətlə bağlı olaraq ortaya çıxan qorxusu getdikcə artacaqdır.

Uşaq 3 yaşından etibarən cəmiyyətin qaydaları ilə tanış olmağa başlayır. Artıq istədiyini etməkdə əvvəlki qədər azad olmaz. Bunun nəticəsində, uşaq özünü bu çətin vəziyyətə salan ana və atasına qarşı bir qəzəb hissi keçirməyə başlayır, ancaq bu duyğusunu onlara əks etdirməyə çəkinir. Ona narahatlıq verən bu vəziyyətlə baş edə bilmək üçün, ana və atasını, ya da ümumiyyətlə cəmiyyəti və qaydaları təmsil edən bəzi qorxuducu fiqurlar taparaq, qorxu və günah duyğularını onlara əks etdirir. Yuxuya getməzdən əvvəl uşaq şüurla şüurxarici arasındadır. İçində topladığı əsəbləri hiss edər, bunları yatıracaq gücü özündə tapmaqda çətinlik çəkir. O zaman da, əslində bu hisslərin baş verməsinə səbəb olan, amma eyni zamanda da ona dəstək olan və güvən verən anasını və ya atasını yanında istəyir. Onlar yanında olduğu zaman onların varlığından və sevgisindən əmin olar və yuxuya gedər. Qaranlıq uşağın özünə nəzarətini itirmiş kimi hiss etdiyi bir andır və narahatlıq vericidir. Bu narahatçılıqla baş etmək üçün də yenə bir xarici dəstəyə ehtiyac duyar.

Uşaqlarda bəzi qorxuların yaranmasına valideynlərin və digər yaşlıların yanlış ifadələri təsir göstərir. Dəcəllik etsən səni dilənçilərə verərik, səni itə atarıq yesin və ya ağlasan biz ölərik kimi sözlər uşaqların bəzi qorxularının inkişafına səbəb olar. Bununla yanaşı, uşaqda var olanqorxuların üstünə onu anlamağa çalışmadan getmək də uşaqların qorxu hisslərinin artmasına səbəb olur. Qaranlıqdan qorxan uşağı qaranlıqda qalmağa məcbur etmək onun qaranlıqla bağlı qorxusunun daha da artmasına səbəb olar.

Ən yayılmış qorxulardan biri də həkim qorxusudur xüsusilə də diş həkimi qorxusu. Uşaqların canı ağrıdıqda siz onlara ağrımayacaq deməyiniz işə yaramaz. Uşaqlara bu zaman söyləniləcək sözlərin seçimi çox önəmlidir. Belə ki, ya onları sakitləşdirər ya da qorxusunu artırar. Peyvənd, iynə demək yerinə həkim indi səni bir ağcaqanad dişləyəcək deyə bilər. Diş həkimi dişi keyləşdirəcək yerinə dişi yuxuya aparacaq deyə bilər.

Necə kömək edə bilərəm?

Uşağınızın qorxularını dinləyin. Onu anladığınızı bildirən mesajlar verin. Yaşadıqları onun üçün gerçəkdir. Bu səbəbdən lağ etməyin, mühakimə etməyin. Bir çox nağıl və uşaq kitabı qorxu və qorxuya qalib gəlmə məsələsini işləyir. Nağıllardan istifadə etmək əlaqənizi asanlaşdırar.

Qorxular bilgi əksikliyindən qaynaqlanır. Çox vaxt uşağa ehtiyac duyduğu biliyi verdikdən sonra çox qısa zamanda bu qorxulardan qurtulduğunu görürsünüz.

Qorxusu haqqında danışmasına şərait yaradın. Onların hər zaman sizin qayğınıza və dəstəyinizə ehtiyacları var.

Qorxusunu təsvir etdirin. Uşağınızla danışarkən onun dilində danışın, sadəcə duymaq istədiyi məlumatı verin.

Danışdıqdan sonra qorxunun səbəbini düşünün, araşdırın.

Duyğularını haqlı hesab edin. Uşaq itdən qorxduğunu söyədikdə heç itdən qorxulur mu demək yerinə, haqlısan səni dişləyə bilər demək daha doğrudur.

Onları ürəkləndirin. Qaranlıqdan qorxursa otağına gecə lampası qoyun, otağın qapısını açıq qoyun.

Uşaqlara rəsm çəkdirin. Rəsm vasitəsilə həm onların duyğularını öyrənə bilərsiz, həm də hə yolu tapmaqda istifadə edə bilərsiniz.

Uşaqların qorxuarı yaşa görə dəyişir mi?

2-6 yaş arası qorxulara tez-tez rast gəlinir. Bu yaşda qorxular ümumilikdə məntiqdən uzaqdır. Qaranlıq, göy gurultusu, aiələdən uzaq qalma qorxuları vardır. 7-12 yaşlarda daha konkret şeylərdən qorxurlar. Yaralanmaqdan, it və digər heyvanlardan, özlərinə zərər verə biləcək digər insanlardan, filmlərdən qorxular başlar. Ən tipik olan da cinlər və ruhlardır. İmtahandan qalmaq, sinifdə qalmaq kimi məktəblə bağlı qorxular da bu dövrə aiddir. 13-18 yaşlarında isə daha çox ictimai qorxular başlayır. Cəmiyyət içərisində yaşanacaqlardan, bəyənilməməkdən, siyasi mühitlərə dair qorxular başalayar.

Cinlər və ruhlara dair qorxular qaranlıq qorxusu ilə birlikdə yaranır. Uşaqlar üçün qaranlıqda hər şey fərqlidir və qaranlıqda özlərini tənha hiss edərlər. Uşaq qorxduğu zaman istehza edib gülsəniz, bu mövzu haqqında danışılmasa uşaqda qorxu qalır. Valideynin sevgi və səbrindən əmin olan uşaq, əmin olmayan və qorxan uşağa görə özünü daha yaxşı hiss edər.
📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c

04/01/2022

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Mərkəzimizin Defektoloq Loqopedi Zeynəb xanımın dərsindən görüntüləri sizlərə təqdim edirik.


Bütün növ nitq problemlərinin aradan qaldırılması üçün bizə mütaciət edə bilərsiniz.


📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c


02/01/2022

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Na Nitq və Psixoloji İnkişaf mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi yeni il şənliyindən görüntüləri sizlərə təqdim edirik.

Dil və Nitq pozğunluqları haqqında doğru bilinən yalnışlar:❌Oğlan uşaqları gec danişır✅Nitq pozğunluqları oğlan uşaqları...
01/01/2022

Dil və Nitq pozğunluqları haqqında doğru bilinən yalnışlar:
❌Oğlan uşaqları gec danişır
✅Nitq pozğunluqları oğlan uşaqlarında qizlara nisbətən daha çox müşahidə olunur, lakin bu vəziyyəti oğlan uşaqları gec danışır deyə fikirləşmək düzgün deyil.
❌erkən yaşda nitq inkişafı qiymətləndirilə bilməz
✅ erkən yaşda qiymətləndirmə və diaqnoz vacibdir. Terapiyanın müvəffəqiyyət nisbətini artırır.
❌Oxumağı öyrənincə danışığı düzələr.
✅Uşağın məktəb yaşına gəlmədən əvvəl nitq problemini aradan qaldırması onun akademik uğuruna müsbət təsir edəcəkdir.
❌ 15 gündə kəkələmə probleminə 100 % həlli mümkündür.
✅Səlis danışma pozğunluğunda tətbiq ediləcək terapiya metodu və zamanı şəxsə özəl olaraq seçilir.
❌Dil bağı uşaqlarda gec danışmağa səbəb olur.
✅Dil bağı bəzi səslərin düzgün ifadə edilməsini çətinləşdirə bilər, lakin gec danışmağa səbəb olmaz
Defektoloq- Loqoped Nuriyyə Aslanova
Bütün növ nitq problemlərinin aradan qaldırılması üçün bizə mütaciət edə bilərsiniz.
📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c

29/12/2021

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Yaşam və İdman mütəxəssisi Cavidan müəllimin dərsindən görüntüləri sizlərlə paylaşırıq.


Bütün növ nitq problemlərinin aradan qaldırılması üçün bizə mütaciət edə bilərsiniz.


📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c


28/12/2021

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Duyu bütünləmə mütəxəssisi Elnarə xanımın dərsindən görüntüləri sizlərlə paylaşırıq.


Bütün növ nitq problemlərinin aradan qaldırılması üçün bizə mütaciət edə bilərsiniz.


📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c


Hər vaxtınız xeyir əziz izləyicilərim 🌺Bugün sizlərə yazı qüsuru sayılan Disqrafiya haqqında məlumat vermək istəyirəm.Di...
25/12/2021

Hər vaxtınız xeyir əziz izləyicilərim 🌺
Bugün sizlərə yazı qüsuru sayılan Disqrafiya haqqında məlumat vermək istəyirəm.
Disqrafiya yazı qüsurunun qismən spesifik pozulmasıdır.
Yazı nitq fəaliyyətinin çox səviyyəli və mürəkkəb formalı prosesidir.
Bu prosesdə müxtəlif analizatorlar iştirak edir: nitqi görmə, nitqi hərəkət, nitqi eşitmə və.s
Bu analizatorun hər birinin pozulması disqrafiyaya gətirib çixardır. Əsasən əlamətləri bunlardır:
•Bitişmiş sözlər və cümlələr
•nizamsızlıq
•əyilmiş sətirlər
•yazı vasitələrini tutmaqda çətinlik
•əksər hallarda nəyisə pozarkən kağızda çoxlu deşiklər
•əziyyətli yazı prosesi
•qısaldılmış cümlələr
Bu qüsur zamanı üşaq necə tələffüz edirsə, eləcədə yazır, cümlənin sözlərə parçalanması, fonetik və heca tərkibi pozulmuş olur. Ən çox baş verən qüsurlar samit birləşmələr və onlardan birinin buraxılmasıdır.
Əsasən uşaqda belə halları aradan götürmək üçün loqoped dünyada məhşur sayılan “davics , domino, zaytsev “ metodlarından istifadə edərək korreksiya edir.

Bütün növ nitq qüsurlarının bərpası üçün bizə müraciət edə bilərsiniz.
📲+994552174700

Məşhur amerikalı telejurnalist Lurry King artıq illərdir ki, jurnalistika sahəsində çalışmaqla, işinin həqiqi peşəkarı o...
17/12/2021

Məşhur amerikalı telejurnalist Lurry King artıq illərdir ki, jurnalistika sahəsində çalışmaqla, işinin həqiqi peşəkarı olmuşdur. Onun canlı apardığı verilişlərini milyonlarla insan izləyir və hər dəfə də danışıq qabiliyyətinə heyran qalır. Biz də bu gün sizə məşhur jurnalistin ünsiyyətdə istifadə etməli olduğunuz bəzi qaydalarıyla tanış etmək qərarına gəldik.
1. “Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.
2. “Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.
3. Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.
4. Öz lüğətinizdən “düzünü desəm” ifadəsini tamamilə çıxarın, çünki bu elə səslənir ki, sanki düzlük, həqiqəti söyləmək sizin üçün istisnadır.
5. “Artıq” sözününü “hələ” sözü əvəzinə işlədərək, baxış bucağınızı dəyişdirin. Məsələn, “Siz hələ də bitirməmisiniz?” əvəzinə “Siz artıq bitirmisiniz?” deyin ..
6. “Sadəcə” sözünü həmişəlik unudun və ya başqa sözlə əvəzləyin. Məsələn, “Mən sadəcə olaraq öz fikrimi deyirəm”, “Bu sadəcə bir ideyadır,” əvəzinə “ Bu mənim fikrimdir”; “ Bu mənim ideyamdır,” deməyiniz kifayətdir.
7. Səmimi suallar verin. Verilən qısa “hə” “yox” cavablarıyla qane olmayın. Məsələn, “Sizə zəng etmək olar?” sualının əvəzinə “Mən sizə nə vaxt zəng edə bilərəm,” deməklə daha səmimi ünsiyyət qurmaq mümkündür.
8. “Etməliyəm” əvəzinə “Edəcəyəm”, “Etmək istəyirəm” deyin. “Mən ilk əvvəl bir az fikirləşməliyəm,” əvəzinə “Bir az fikirləşmək istəyərdim,” demək daha məqsədəuyğundur.
Qəbula yazılmaq və ətraflı məlumat üçün:
📲+994552174700
📲+994773011188

16/12/2021

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Pedoqoqumuz Sevinc xanımın Natavan qızımızla qısa müddətdə əldə etdiyi nəticəni sizlərlə paylaşırıq.


Bütün növ nitq problemlərinin aradan qaldırılması üçün bizə müraciət edə bilərsiniz.


📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c


13/12/2021

Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Refleksoloqumuz Vüsalə xanımın, Refleksoloji masajından görüntüləri sizlərlə paylaşırıq.


Bütün növ nitq problemlərinin aradan qaldırılması üçün bizə müraciət edə bilərsiniz.


📲+994552174700
📍8-ci mkr Ə. Naxçivani 13/c


Address

8-ci Mkr. Ə. Naxçivani 13/c
Bakikhanov

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994552174700

Alerts

Be the first to know and let us send you an email when NA Nitq və Psixoloji İnkişaf Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NA Nitq və Psixoloji İnkişaf Mərkəzi:

Shortcuts

Share

Category