14/09/2026
Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə elmi-praktik seminar keçiriləcəkdir.
Mövzu: Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi
Tədbirdə Vilms şişinin patologiyası, müasir diaqnostikası və beynəlxalq SIOP-RTSG təcrübəsinə əsaslanan klinik müalicə üsulları müzakirə olunacaq.
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunmuşdur və 5 kredit vahidi verilmişdir.
Qeydiyyat üçün nəzərdə tutulmuş ixtisaslar:
Uşaq urologiyası
Uşaq cərrahiyyəsi
Patoloji anatomiya
Pediatriya
Qeydiyyat yalnız göstərilən ixtisaslar üzrə aparılır.
İştirak ödənişsizdir.
* Tarix: 21 sentyabr 2026-cı il
* Məkan: Milli Onkologiya Mərkəzi Böyük konfrans zalı
🔗 Qeydiyyat keçidi: https://forms.gle/RJgTSaMPDpdWwa4j9
Əlaqə üçün:
📧 E-poçt: [email protected]
📞 Telefon: +994 55 495 55 69