Magisch

Magisch Psixoloji maariflənmə

🤔Nevrasteniya nədir? Nevrozların ən geniş yayılmış növlərindən biridir. Ilk dəfə C.Brid tərəfindən təsvir edilmişdir. Ne...
18/09/2022

🤔Nevrasteniya nədir?

Nevrozların ən geniş yayılmış növlərindən biridir. Ilk dəfə C.Brid tərəfindən təsvir edilmişdir. Nevrasteniya yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifliklə xarakterizə olunur. Bu xəstəliyi olan şəxslər ən adi iş gördükdə belə tez yorulur, güclü baş ağrılarından, zəiflikdən və yuxu pozğunluğundan əziyyət çəkirlər, əhval ruhiyyələri tez tez dəyişir. Bəzən insanın yaddaşı zəifləyir, tez-tez başı gicəllənir, əzələləri keyləşir, fikrini cəmləyə bilmir.
Nevroloji müayinə zamanı xəstədə heç bir üzvi pozğunluq aşkarlanmadığı halda, reflekslərin yüksəlməsi, əl barmaqlarının titrəməsi kimi bir sıra funksional pozulma əlamətləri ayırd edilir.
📍Nevrasteniyadan əziyyət çəkən xəstələrin başlıca xüsusiyyətlərindən biri də onların son dərəcə öz xəstəliklərini “şişirtmələridir”. Belə ki, nevrastenik özünü həmişə ağır xəstə kimi qələmə verir, müxtəlif həkimlərə müraciət edir, bütün müayinələrdən keçməyə cəhd göstərirlər.
🔺Nevrestiyanın 3 mərhələsi var
🔅Hipersteniya
🔅Qıcıqlandırıcı zəiflik
🔅Hiposteniya

Hipersteniya mərhələsi – rast gəlinən başlıca əlamətlər: qıcığa qarşı həssaslığın artması, səbirsizlik, dözümsüzlük və diqqətin pozulmasıdır. Bəzən fikirlərin dolaşıqlığı da qeyd oluna bilər.
Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir

Qıcıqlandırıcı zəiflik mərhələsi – ümumi zəiflik, əhvalın tez – tez enməsi, yuxuculuq kimi əlamətlər meydana çıxır

Hipostenik mərhələ – psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərrəyan edir. İnsanın əmək qabiliyyəti daha da enir, bütün gün əzgin və qəmgin görünür.

🛑Mərhələlərin davamlılığı xəstəliyin ağırlıq dərəcəsindən, orqanizmin fərdi müqavimətindən və xəstəliyə səbəb olan amillərin davam etmə müddətindən asılı olur. Bəzən xəstəlik aylarla bəzən isə illərlə davam edə bilir.


📍Nevroz- sinir sisteminin funksional pozuntusu nəticəsində meydana çıxan, müxtəlif sinir-psixi əlamətlərlə, o cümlədən, ...
18/09/2022

📍Nevroz- sinir sisteminin funksional pozuntusu nəticəsində meydana çıxan, müxtəlif sinir-psixi əlamətlərlə, o cümlədən, emosional davamsızlıq, fiziki və psixi yorğuluq, somatik şikayətlər və s. kimi pataloji hallarla təzahür edən xəstəliklərə aid edilir. “Nevroz” terminini ilk dəfə U.Qullen tərəfindən təklif edilmişdir. 19- cu əsrin sonuna doğru artıq “nevroz” probleminə bir qədər münasibət dəyişdi və onun mərkəzi sinir sitemində heç bir dəyişiklik olmadan , sırf funksional xəstəlik olması deyildi. Və artıq “nevroz” termini “psixonevroz” termini ilə əvəz edildi.
🔺Nevrozun yaranma səbəbləri: Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.
📌Psixoloji səbəb kimi uşaqlıq dövrünün normal yaşaya bilməmək
📌Sosial səbəblər kimi maddi durumun yaxşı olamaması və s.
📌Genetik səbəb kimi bir çox xəstəliklərədə olduğu kimi buradada genetik faktorların böyük təsiri var
📌Bioloji səbəb kimi isə hormonlar aiddir. Belə ki, seratonin, yəni xoşbəxtlik hormonun səviyəsinin aşağı olması.
📍Nevrozun əlamətləri:
🔸İnsanlarla ünsiyyətdə problemlər
🔹Birdən əhval dəyişikliyi
🔸Tez-tez narahatlıq, inciklik hissləri
🔹Heç bir səbəb olmadan duyğusal depressiya
🔸Qərarsızlıq, qorxu hissləri
🔹Qıcıqlanma
🔸Fiziki çatışmazlıq: güc itkisi, yorğunluq hissi, dözüm itkisi
🔹Ürək və baş ağrıları
🔸İştahsızlıq və ya tez-tez aclıq hissi, həddindən artıq yemək
🔹Azalan güc və libido

📍Nevrozların növləri
Nevrozların 3 əsas növünü qeyd edirlər:
🔅Nevrasteniya
🔅İsterik nevroz və ya konversion
🔅OKP və ya Obsessiv-Kompulsiv Pozuntu

🌐Ardı olacaq... İzləmədə qalın🤗

📌Həqiqətən idarə edə biləcəyiniz yalnız iki şey var: düşüncələriniz və davranışlarınız. Başqa heç kimsə bunlardan birini...
18/09/2022

📌Həqiqətən idarə edə biləcəyiniz yalnız iki şey var: düşüncələriniz və davranışlarınız. Başqa heç kimsə bunlardan birini sizin üçün seçə bilməz. Ancaq bəzən istənməyən hadisələr ilə əlaqəli müdaxilə edilən düşüncələr zehininizə asanlıqla daxil ola bilər və düşüncələriniz sizi idarə edir kimi hiss etdirə bilər.

Keçmişdə və ya gələcək ilə bağlı narahatlıqlar, mənfi düşüncələr sizi indiki rifahınızdan uzaqlaşdıra və zamanla depressiya və ya təşviş kimi ciddi problemlərə yol aça bilər.

🧠Bəs niyə mənfi şeyləri düşünürük?

🔹Bəzən bir problemin həllini tapmağa çalışırıq.
🔹Bəzən bir şeyin səhv olacağını gözləyirik və mənfi nəticədən uzaqlaşmağa çalışırıq.
🔹Bəzən beynimizin bir hissəsi düzgün işləmir və bir sıra neyronlar təkrar-təkrar yanır.
🔹Bəzən bu sadəcə p*s bir vərdişdir.

Düşüncələrin zehində daima təkrarlanması ilə əlaqəli problem ondadır ki, çox zaman məsələni həll etmək və vəziyyəti düzəlmək üçün həll yolu tapmadan daha çox yanlış gedən şeylərə diqqət yetirməkdir. Problemi həll etməyə imkan verəcək qərarı tapmaq üçün düşüncə modelini dəyişdirməlisiz.

Ancaq düşüncələrimizi dayandırmaq çox yaxşı olduğumuz bir şey deyil.

🔘Psixoloqlar bunu "ağ ayı problemi" adlandırırlar, çünki qəsdən düşüncələrin qarşısını almaq cəhdləri tez-tez yenidən görünmə ehtimalını artıra bilər. Əgər sizə ağ ayı haqqında düşünməyi və sonra bu barədə düşünməyi dayandırmağı söyləsəm, siz yenə ağ ayının görməyə davam edəcəksiz. Bunun səbəbi beynində "Off" düyməsinin olmamasıdır. Hər hansı bir düşüncəni dayandırmaq üçün fərqli düşüncə axını açmaq və ya aktivləşdirmək lazımdır.

# davranış # davranışbozukluğu # davranışproblemleri # davranışbilimleri

Günün məktubu 💌_Ümidini itirmədən, arzılarının ardınca irəliləməyə davam et✨_•                                          ...
18/09/2022

Günün məktubu 💌
_Ümidini itirmədən, arzılarının ardınca irəliləməyə davam et✨_


👩‍❤️‍👨Sevgi münasibətlərində manipulyasiya zamanı istifadə olunan texnikalar💥•                                          ...
18/09/2022

👩‍❤️‍👨Sevgi münasibətlərində manipulyasiya zamanı istifadə olunan texnikalar💥

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Magisch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Magisch:

Shortcuts

Share

Category