06/04/2026
Səhər Vərdişi: "Hər səhər 1 qaşıq zeytun yağı və ilıq su: Nələrə səbəb olur?"
Hər sabah yüngül gimnastik idmanla yanaşı qəbul etdiyimiz ilk qida və ya maye günümüzün qalan hissəsinin "ahəngini" müəyyən edir.
🌿 Sizə sadə bir vərdişindən deyil, hüceyrə səviyyəsində bir yenilənmə mexanizmindən bəhs etmək istəyirəm:
Hər sabah 1 xörək qaşığı soyuq sıxılmış (extra virgin) zeytun yağı və üzərindən 1 stəkan ilıq su orqamizmə necə təsir edir?:
🫁 Tənəffüs Sistemi üçün Antioksidant Qalxan
Ağciyərlərimiz gün boyu xarici mühitlə (toz, allergenlər, çirklənmiş hava) təmasda olduğu üçün ciddi oksidativ stressə məruz qalır. Zeytun yağındakı E vitamini və polifenollar bronxların selikli qişasını qoruyur, regenrasiyasını və elastikliyini dəstəkləyir, bədənin iltihab əleyhinə müdafiəsini gücləndirir. Bu, sadəcə yağ deyil, tənəffüs yollarınız üçün təbii bir "yumşaldıcıdır".
🩸 Damarların Dostu (Xolesterin Balansı)
Zeytun yağındakı olein turşusu "p*s" xolesterini (LDL) hədəf alır. Damar keçiriciliyini artıraraq ürək-damar sisteminin yükünü azaldır. Terapevtik baxımdan bu, sağlam bir qan dövranı və stabil təzyiq deməkdir.
🫧 Daxili Detoks və Həzm
Ilıq su ilə birləşən zeytun yağı öd kisəsini və bağırsaq peristaltikasını aktivləşdirir. Toksinlərdən təmizlənmiş bir bağırsaq isə güclü immunitetin təməlidir.
🔥Kimlərə Məsləhət deyil? (Əks göstərişlər)
Hər nə qədər faydalı olsa da, bəzi insanlar ehtiyatlı olmalıdır:
• Öd Daşı Olanlar: Zeytun yağı öd ifrazını kəskin artırdığı üçün, əgər öd kisəsində iri daşlar varsa, bu, daşın hərəkətinə və sancıya (kolik) səbəb ola bilər.
• Mədə-Bağırsaq Yarası (Kəskinləşmə dövrü): Qastrit və ya xora xəstəliyinin kəskinləşmə dövründə yağın birbaşa acqarına qəbulu bəzən ürəkbulanma və ağrı yarada bilər.
• Aşağı Təzyiqi Olanlar: Zeytun yağı damarları genişləndirmə xüsusiyyətinə malik olduğu üçün təzyiqi bir qədər də sala bilər.
Qeyd: Əgər hər hansı xroniki xəstəliyiniz və ya müntəzəm qəbul etdiyiniz dərmanlar varsa, bu vərdişə başlamazdan əvvəl həkiminizlə məsləhətləşməyiniz ən doğru addımdır.
Özünüzü və sağlamlığınızı qoruyun!
SəhərRitualı SağlamHəyat Xolesterin