Dr. Ayten Cabbarzade

Dr. Ayten Cabbarzade 📌 və xəstəliklərinin diaqnostikası və müalicəsi

Qastroskopiya- Həzm sisteminin üst hissəsinin ( Qida borusu, Mədə, Onikibarmaq bağırsaq) qastroskop adlanan tibbi cihaz ...
07/04/2022

Qastroskopiya- Həzm sisteminin üst hissəsinin ( Qida borusu, Mədə, Onikibarmaq bağırsaq) qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir (ucunda kiçik bir kamera olan boru ilə görüntülənmə )
Bulantı, qusma, qarın ağrısı , udqunmada çətinlik çəkmək, udqunarkən ağrı hissi, mədə-bağırsaqda qanaxma şübhəsi, anemiya, iltihab, infeksiyon prosesler, ishal və həzm sistemi xərçəngləri və s simptomların səbəblərini araşdırmaq üçün istifadə edilir.
Qastroskopiya zamanı şübhəli bölgələrdən biopsi alınaraq ( örnək parça) xəstəliyin dəqiq diaqnozunu qoymaq mümkündür. Endoskopiya öncəsində mədə boş olmalıdır. Buna görə də işləmdən 6-8 saat öncə yemək yeməyi, su içməyi kəsmək lazımdır.
İşləm sırasında qanama riski olmasın deyə qansulandırıcı dərmanları kəsilməlidir.
Xəstənin müayinə üçün əks göstərişləri yoxdursa , təcrübəli endoskopist-həkim tərəfindən düzgün aparılan qastroskopiya təhlükəsiz və orqanizm üçün zərəsiz müayinə üsuludur. Hal-hazırda müasir endoskoplardan istifadə zamanı ağırlaşmaların rast gəlinmə ehtimalı çox aşağıdır .
📱 / Wp: (050) 532-06-92
📍Yusif bəy İbrahim küç. 3
(Səadət sarayı ilə Axundov adına bağın arasında)
đź“©[email protected]

Mədə həzm kanalının ən geniş hissəsini təşkil edir. Uzunluğu 21-25 sm, eni 12-14 sm, tutumu 3 litrdir. Mədənin qida boru...
07/04/2022

Mədə həzm kanalının ən geniş hissəsini təşkil edir. Uzunluğu 21-25 sm, eni 12-14 sm, tutumu 3 litrdir. Mədənin qida borusu açılan hissəsinə girəcək, onikibarmaq bağırsağın başlandığı hissəsinə çıxacağı deyilir. Girəcək dəliyi ilə çıxacaq arasında olan hissəsi cismi, girəcək dəliyindən yuxarı olan hissəsi isə dibi adlanır. Mədənin iki əyriliyi vardır: bunlardan kiçik əyriliyi sağa, böyük əyriliyi sola baxır. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişalarından təşkil olunmuşdur. Selikli qişası çəhrayı rəngdə olub, üzərində mədə şirəsi ifraz edən çoxlu vəzilər vardır. Mədə vəziləri mədə dibi və mədə çıxacağı vəzilərinə bölünür. Qismən həzm olunmuş qida mədədən onikibarmaq bağırsağa keçir. Mədə soldan dalağa, yuxarıdan diafraqmaya, sağdan qaraciyərə, aşağıdan köndələn çənbərbağırsağa və arxadan mədəaltı vəziyə söykənir. Mədədə zülallar və qismən yağlar həzm olunur.
📱 / Wp: (050) 532-06-92
📍Yusif bəy İbrahim küç. 3
(Səadət sarayı ilə Axundov adına bağın arasında)
đź“©[email protected]

Öd kisəsi qarın boşluğunun sağ tərəfində qaraciyərin altında yerləşir.Öd kisəsinin əsas funksiyası qaraciyər tərəfindən ...
07/04/2022

Öd kisəsi qarın boşluğunun sağ tərəfində qaraciyərin altında yerləşir.
Öd kisəsinin əsas funksiyası qaraciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır. Həzm prosesi zamanı öd on iki barmaq bağırsağa ifraz olunur və burada piylərin həzmində iştirak edir.
Öd kisəsi həzm proseslərində çox əhəmiyyətli rol oynayır və bu səbəbdən onun iltihabı insanın ümumi vəziyyətinə çox mənfi təsir edir. Öd kisəsinin iltihabı "xolesistit" adlandırılır. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur.
📱 / Wp: (050) 532-06-92
📍Yusif bəy İbrahim küç. 3
(Səadət sarayı ilə Axundov adına bağın arasında)
đź“©[email protected]

Bəs ilk baxışdan çox adi görünən limonlu suyun qeyri-adiliyi nədədir, onun orqanizmə hansı faydaları var?1. Limonlu su o...
07/04/2022

Bəs ilk baxışdan çox adi görünən limonlu suyun qeyri-adiliyi nədədir, onun orqanizmə hansı faydaları var?

1. Limonlu su orqanizmin immun sistemini gücləndirir.
2. Beyinin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir.
3. Limonlu sudan istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür. Belə
ki, limon şirəsinin tərkibində olan pektin aclıq hissinə qarşı effektli
mübarizə aparmaq xüsusiyyətinə malikdir.
4. Bu maye həzm prosesini normallaşdırır.
5.Limonlu su sidikqovucu xassəyə malikdir. Elə bu səbəbdən də o
orqanizmdə olan zərərli maddələrin xaric olunmasına köməlik edir.
6. Müntəzəm olaraq limonlu sudan istifadə edərkən üz dərisinin rəngi açılır, daha sağlam görkəm alır.
7. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün limonlu su olduqca xeyirlidir.
8. Limonlu suyun faydalarından biri də odur ki, o qaraciyərin təmizlənməsi üçün ən yaxşı vasitələrdən biridir.
9. Ürək damar xəstəliklərinin profilaktikası üçün limonlu su xeyirlidir.
10. Limonlu su təbii və güclü antioksidantdır.
11. Qanda şəkərin miqdarını tənzimliyir.
12. Limonlu su içmək isə bədənin susuzlaşmasının qarşısını almaq üçün ən yaxşı üsul hesab olunur.
13. Qocalmanı ləngidir və xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
📱 / Wp: (050) 532-06-92
📍Yusif bəy İbrahim küç. 3
(Səadət sarayı ilə Axundov adına bağın arasında)
đź“©[email protected]
.ayten

Address

Yusif Bey Ibrahimli Kuc. 3
Baku

Alerts

Be the first to know and let us send you an email when Dr. Ayten Cabbarzade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Ayten Cabbarzade:

Shortcuts

Share

Category