10/06/2023
Hər il müayinədən keçmək bir çox faydalı təsir göstərir, ən əsası isə simptomsuz keçən xəstəlikləri belə aşkar etməyə kömək edir. Mütamadi müayinədən 18 yaşdan başlayaraq davamlı şəkildə hər il keçmək tövsiyə olunur. Analiz siyahısının tərtib edilməsi yaş, hansı xəstəliklərin olması və genetik meyilliliklərdən asılıdır.
İldə bir dəfə aşağıdakı analizlərdən keçməyiniz tövsiyə edilir:
✔️ Qanın ümumi analizi (ümumi immun sistemin vəziyyətini göstərir, iltihab proseslərinin, qan xəstəliklərinin, anemiyanın olub-olmamasını aşkar edir)
✔️ Sidiyin ümumi analizi: sidik-cinsiyyət aparatının qiymətləndirilməsi
✔️ Qanın biokimyəvi analizi: mübadilə proseslərinin və bir çox orqanın və sistemin işləməsinin qiymətləndirilməsi.
✔️ Qlikohemoqlobin (HbA1C): qandakı şəkər səviyyəsinin qiymətləndirilməsi və onun son 4-6 həftə ərzində ədyişiklikləri.
✔️ Qalxanabənzər vəzi hormon analizləri.
✔️ İİV, QİÇS-in aşkarlanmasına görə analiz, Hepatit B, sifilis.
✔️ Cinsi yolla keçən infeksiyaların aşkarlanmasına görə analiz.
KANON TİBB MƏRKƏZİ
Sizə doğmalarınız qədər yaxın!
Əlavə məlumat üçün:
+99455 900 75 57
+99412 525 12 60
+99412 525 12 70
Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF Park