27/04/2020
🔸Erektil disfunksiya🔸
🛑Pen*sin sərtləşməsi beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin artması nəticəsində kişi cinsiyyət orqanına gedən qandakı artım ilə mümkün olur. Erektil disfunksiya da cinsi əlaqə zamanı istəyin olmaması, pen*sin yaxşı sərtləşməməsi, müddətin idarə oluna bilməməsidir.
🚻Erektil disfunksiyanın səbəblərinə sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabı xəstəlikləri, erektil mexanizmə cavabdeh olan damarlarda arterial qan axınının lazımi qədər olmaması, şəkərli diabet xəstələrində damarlarda və sinirlərdə gedən dəyişikliklər səbəbiylə yaranan erektil disfunksiya, cinsiyyət üzvü travmaları, sinir sistemi ilə əlaqəli pozuntular, hormonal pozuntular, onurğa sütunu travmaları, damar xəstəlikləri, kiçik çanaq orqanlarında əməliyyatlar, bir sıra dərman preparatlarının qəbulu, psixoloji səbəblər ( həyəcan, qorxu, utanma, stress, depresiya, asılılıqları) aid edilir.
Normalda erektil disfunksiya cinsi fəaliyyətin tam itirilməsinə səbəb olmur. Sadəcə bu problem kişilərə psixoloji sıxıntı yaşada bilir. O adətən orta və daha yüksək yaşlarda, nadir hallarda isə cavanlarda yaranır.
💊Erektil disfunksiya diaqnozu cinsi partnyor olduğu halda üç aydan artıq müddətdə erektil disfunksiyanın olması halında qoyulur. Müalicəsi çox hallarda müsbət nəticələnir. İlk öncə səbəbinin psixoloji və ya orqanik olduğu həkim tərəfindən müəyyən edilməlidir. Əgər dərman preparatları nəticə verməzsə cərrahi üsuldan istifadə edilir.
________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________