24/11/2021
👨⚕️🔻Bizə müraciət edən pasiyentlərin ən geniş şikayətlərdən biri oturaq sinirin iltihabıdır. Elmi dilində "işias" adlandırılır.🤔
Həmin iltihab zamanı ağrılar ayağın arxa səthi ilə, çanaq hissəsindən başlayaraq, ayaq boyunca, aşağı doğru yayılır. Hərəkət zamanı, beldən əyiləndə, uzanan vəziyyətdə ayağı düz qaldıranda həmin ağrılar baş verir. 🤕👨🦯
Çox vaxt, oturarkən,çanaq əzələləri sıxılır yenə də ağrı baş verir. Bu ağrılar insana diskomfort verir, həyat keyfiyyətini aşağı salır, idmanla məşğul olmağa, maşın sürməyə və digər hərəkətlərə əngəl törədir.
Səbəblər:
- ən geniş səbəblərdən biri fəqərəarası yırtıq,
-osteoxondroz zamanı fəqərəarası məsafələrin daralması nəticəsində sinir kökləri sıxılır və iltihablaşır,
- bədənin soyuqlanması,
-dayaq-hərəkət aparatın travmaları,
-şişlər,
-şəkərli diabet,
-abses,
-çanaq orqanların infeksiyaları.
Qeyd etmək lazımdır ki, hamiləlik vaxtı da işias tez- tez baş verir, dölün bel fəqərələrə olan təsirdən həm qamət, həm də mexaniki hərəkətlər dəyişilir və sinir kökləri sıxılır.🤰
_____________________
Azad Əliyev
☎️(+99470)324 7337
📌Royal Esteklinika
Məmməd Araz küç, 105 A