09/04/2026
🦷 Ortodontik müalicədə ən güclü faktor — düzgün ankrajdır.
Ankraj nədir?
Sadə desək, dişləri hərəkət etdirərkən dayaq nöqtəsidir. Əgər bu dayaq güclü və stabil olmazsa, istəmədiyimiz dişlər də hərəkət edə bilər.
Yuxarıda istifadə olunan skeletal anchorage (mini vida dəstəyi) isə gücü birbaşa sümüyə ötürərək maksimum nəzarət yaradır.
➡️ Bunun nəticəsində:
• Arxa dişlər (molyarlar) daha effektiv geri çəkilir
• Digər dişlərdə istənməyən hərəkətlər minimuma enir
• Müalicə daha dəqiq və proqnozlaşdırıla bilən olur
• Bəzi hallarda diş çəkilmədən nəticə əldə etmək mümkün olur
🔬 Yəni düzgün ankraj = daha stabil və keyfiyyətli nəticə.
❗ Hər pasiyent üçün uyğun olmaya bilər — düzgün diaqnoz və planlama əsasdır.
📩 Əgər sizdə də:
— dişlərdə sıxlıq
— önə çıxmış dişlər
— və ya çənə uyğunsuzluğu varsa
👉 DM yazın və ya konsultasiyaya qeydiyyatdan keçin. Sizin üçün ən uyğun müalicə planını birlikdə müəyyən edək!
elayner