Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq

Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq Türkiyədə ixtisaslaşmış Pediatr-Nevroloq və EEQ üzrə mütəxəssis Dr. Sahilə Əliəkbərova

Araşdırmalara görə, autizmli uşaqların təxminən 30%-də epileptik tutmalar müşahidə olunur.Hər iki vəziyyət beynin elektr...
17/11/2025

Araşdırmalara görə, autizmli uşaqların təxminən 30%-də epileptik tutmalar müşahidə olunur.

Hər iki vəziyyət beynin elektrik aktivliyindəki pozğunluqlarla əlaqəlidir. Beynin sinir hüceyrələri düzgün işləmədikdə, həm davranış və sosial bacarıqlarda gerilik, həm də epileptik boşalmalar meydana gələ bilər.

Valideyn nələrə diqqət etməlidir?
Autizmli uşaqlarda epilepsiya hər zaman klassik qıcolma kimi görünmür. Bəzən:
〰️ uşaq bir neçə saniyəlik “donub qalır”,
〰️ baxışını bir nöqtəyə zilləyir,
〰️ ani davranış dəyişikliyi və ya yuxululuq yaranır.

Bu əlamətlər müşahidə olunarsa, EEQ müayinəsi və nevroloji qiymətləndirmə vacibdir. Müalicə düzgün aparıldıqda, epilepsiya nəzarət altına alınır və uşağın inkişafı daha stabil olur.

Autizmli uşaqda hər dəyişiklik “xasiyyət” deyil, bəzən beynin köməyə çağırışıdır.
Erkən diaqnoz – uşağın gələcəyinə atılan ən vacib addımdır.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital

Piridoksin (Vitamin B6) çatışmazlığına bağlı yenidoğulan qıcolmaları — sadə bir vitaminlə dayanan qıcolmalar!📲0554553594...
14/11/2025

Piridoksin (Vitamin B6) çatışmazlığına bağlı yenidoğulan qıcolmaları — sadə bir vitaminlə dayanan qıcolmalar!

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital

🔅Uşaqlarda EEQ ağrısız və təhlükəsizdir!EEQ (elektroensefaloqrafiya) uşaqlarda yuxu pozuntuları, baş ağrıları, diqqət da...
13/11/2025

🔅Uşaqlarda EEQ ağrısız və təhlükəsizdir!

EEQ (elektroensefaloqrafiya) uşaqlarda yuxu pozuntuları, baş ağrıları, diqqət dağınıqlığı və epileptik tutmaların səbəbini müəyyən etməkdə ən etibarlı üsullardan biridir.

Müayinə zamanı uşaq rahat vəziyyətdə uzanır, bəzən isə yuxuya verilir. Prosedur tamamilə ağrısız, təhlükəsizdir.
Uşaq heç bir şüaya məruz qalmır — sadəcə baş dərisinə yerləşdirilən kiçik elektrodlar vasitəsilə beyin dalğaları qeydə alınır.

EEQ bizə nə verir?
🔅Erkən diaqnoz və düzgün müalicə planı
🔅Beyin fəaliyyətinin obyektiv qiymətləndirilməsi

Uşaq praktikasında EEQ-dən istifadə etmək üçün hər yaş dövründə uşağın beyin qabığının bioelektrik fəaliyyətinin xarakterik xüsusiyyətlərini bilmək və uşaqlarda EEQ formalaşması prosesini başa düşmək lazımdır.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital

06/11/2025

Sağlam inkişafın ilk addımı

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Uşaqlarda tiroid yetməzliyi hansı nevroloji problemlərə səbəb olar?📲0554553594📍Məlhəm Beynəlxalq Hospital, Respublika Di...
04/11/2025

Uşaqlarda tiroid yetməzliyi hansı nevroloji problemlərə səbəb olar?

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Tsiklik qusma sindromu, səbəbi məlum olmayan, təkrarlayan şiddətli qusma halları ilə xarakterizə olunan xəstəlikdir. Bu ...
31/10/2025

Tsiklik qusma sindromu, səbəbi məlum olmayan, təkrarlayan şiddətli qusma halları ilə xarakterizə olunan xəstəlikdir. Bu sindrom adətən 3–7 yaş arası uşaqlarda başlayır, lakin bütün yaş qruplarında görülə bilər. Ataklar arasında uşaqlar ümumiyyətlə tam sağlam olur və bu dövrlər həftələrlə davam edə bilər.

Tsiklik qusma sindromunun əlamətləri adətən səhərlər başlayır və aşağədakılardır:
🔆 Təkrarlayan qusma halları (adətən 3 dəfə və ya daha çox)
🔆 Güclü ürəkbulanma və tərləmə
🔆 Qarın ağrısı, ishal
🔆 Başgicəllənmə, ışığa həssaslıq, baş ağrısı

Tsiklik qusma sindromunun dəqiq səbəbi məlum deyil, lakin aşağıdakı faktorlar sindromu başlada bilər:
🔆 Soyuqdəymə, allergiya və ya sinus problemləri
🔆 Duyğusal stres və ya həyəcan, anksiyetə və panik ataklar
🔆 Kofein, şokolad və pendir kimi bəzi qida və içkilər
🔆 Həddindən artıq yemək, yatmazdan əvvəl yemək, ac qalmaq
🔆 İsti hava, fiziki yorğunluq, yol tutması
🔆 Genetik səbəblər
🔆 Həzm problemləri
🔆 Hormon balanssızlıqları

Bundan əlavə, miqren ilə tsiklik qusma sindromu arasında əlaqə olduğu düşünülür. Belə uşaqların bir çoxunun ailəsində və ya özündə miqren var.

Tsiklik qusma sindromunun müalicəsi, atakları başladan faktorların qarşısını almağa kömək edən həyat tərzi dəyişikliklərini əhatə edir. Həmçinin, ürəkbulanma əleyhinə və miqren müalicələri də simptomların azaldılmasına kömək edə bilər.

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

29/10/2025

Uşaqlarda barmaq ucunda yerimə

📲0554553594
📍Məlhəm Beynəlxalq Hospital, Respublika Diaqnostika Mərkəzi

Address

Kral Hüseyn 66B
Baku
AZ1069

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994554553594

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Sahile Aliakberova, Pediatr-Nevroloq:

Shortcuts

Share

Category