Dr. MSc. Fidan Qulu - Endokrinoloq

Dr. MSc. Fidan Qulu - Endokrinoloq Endokrinoloji xəstəliklərin müalicəsi və idarəolunması səbr, qətiyyət və davamlılıq tələb edir.

Endokrinoloq Fidan Qulu 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2013-2020-ci illərdə Respublika Klinik Xəstəxanasının Endokrinologiya şöbəsində həkim-rezident kimi çalışıb. Rezidentura təhsili müddətində Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitet xəstəxanasının endokrinologiya şöbəsində təcrübə keçib. 2018-2019-cu illərdə İngiltərənin

tibb sahəsində aparıcı Universiteti olan Queen Mary London Universitetində kliniki endokrinologiya ixtisası üzrə magistratura təhsili alıb. Eyni zamanda, Londonda yerləşən St Bartholomew's Hospitalın endokrinologiya şöbəsində 1 il ərzində təcrübə keçib. 2020-ci ilin iyul ayından etibarən Bona Dea Beynəlxalq Xəstəxanasında endokrinoloq kimi çalışır. Endokrinologiyanın diabet, tiroid, hipofiz, adrenal, kalsium və sümük metabolizması, reproduktiv xəstəlikləri ilə məşğul olur.

🦋Qalxanabənzər vəzi xəstəlikləri dünyada ən çox yayılmış endokrin xəstəliklərdən biridir. Hipotiroidizm isə hər gün poli...
01/05/2026

🦋Qalxanabənzər vəzi xəstəlikləri dünyada ən çox yayılmış endokrin xəstəliklərdən biridir. Hipotiroidizm isə hər gün poliklinikdə hamiləlik planlayan və ya hamiləlik müddətində ən çox rastlaşdığımız klinik haldır!

🦋Vaxtında aşkar etmək və müalicə etmək çox vacibdir!

Əlaqə:
📞0513113016
🏨Bakı şəh, Liv Bona Dea Hospital

🩸Bu gün ‘Dünya Diabet Günü’ dür. İnsanların maariflənməsi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında ...
14/11/2025

🩸Bu gün ‘Dünya Diabet Günü’ dür. İnsanların maariflənməsi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında vacib hissəni təşkil edir.

📌Əlimdə tutduğum bu iki pankart protokollarda ən birinci sırada duran müalicə üsuludur. Bunları etməsək dərman vasitələri belə öz effektini düzgün göstərə bilmir.

👩🏻‍⚕️Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”.

Address

Liv Bona Dea Hospital, Baku
Baku
AZ1060

Opening Hours

Monday 08:30 - 15:00
Tuesday 08:30 - 15:00
Wednesday 08:30 - 15:00
Thursday 08:30 - 15:00
Friday 08:30 - 15:00
Saturday 08:30 - 14:00

Telephone

+994513113016

Alerts

Be the first to know and let us send you an email when Dr. MSc. Fidan Qulu - Endokrinoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share