Endokrinoloq Dr. İranə Quliyeva

Endokrinoloq Dr. İranə Quliyeva Sizi Endokrinoloq Dr. İranə Quliyevanın rəsmi facebook səhifəsində salamlayırıq!

Tiroid xərçəngi genetikdirmi?Bəli🧬Qohumlarında hər hansı qalxanabənzər vəzi xəstəliyi (qalxanabənzər vəzin xərçəngi, zob...
28/10/2022

Tiroid xərçəngi genetikdirmi?
Bəli🧬

Qohumlarında hər hansı qalxanabənzər vəzi xəstəliyi (qalxanabənzər vəzin xərçəngi, zob, qalxanabənzər vəzin düyünü, qalxanabənzər vəzin iltihabı, Haşimoto və s.) olan insanlarda qalxanabənzər vəzi xərçənginə tutulma riski artır.

✔️ Hər kəs öz qohumunda qalxanabənzər vəzi xəstəliklərinin olub-olmadığını araşdırmalı və bu xəstəliklərdən hər hansı biri olduqda qalxanabənzər vəzin ultrasəs müayinəsindən keçməlidir.
Mutasiyaya uğramış geni daşıyanların onu ötürmə riski 50% olur və əgər daşıyıcıdırsa, 100% medullar tiroid xərçəngi inkişaf edir. Digər tərəfdən, bu skrininqin məqsədi qüsurlu geni daşıyanlara xərçəngə tutulmazdan əvvəl profilaktik cərrahiyyə tətbiq etməkdir.

🧬 Əgər qohum evliliklərində ailə üzvləri arasında medullar xərçəngə səbəb olan qüsurlu geni daşıyan şəxs varsa, bu xərçəngin ötürülmə ehtimalı 50% təşkil edir. Ancaq bu qüsurlu geni olan iki insan evlənirsə, o zaman xərçəngin ötürülmə ehtimalı 💯% olur.
〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰

🌐 https://iraneguliyeva.az/

📱 Əlaqə üçün: (+994) 77 531 43 08
📍 Ünvan: Milli Onkologiya Mərkəzi

👉 https://www.facebook.com/dr.iranaquliyeva/
👉 https://www.instagram.com/dr.iranaquliyeva/

̇lli̇onkologi̇yamerkezi̇

25/10/2022

Əgər artıq çəki probleminiz varsa, bu, aşağıdakı hormonal pozğunluqlardan yarana bilər:

🔷İnsulin rezidentliyi, gizli şəkər
🔷Tiroid (Haşimoto tiroiditi)
🔷Adrenal xəstəliklər (Böyrəküstü vəzi)
🔷Polikistik yumurtalıq sindromu
🔷Hipofiz vəzi xəstəlikləri
🔷Kuşinq sindromu
🔷Metabolik sindrom

Pəhriz saxlamaq və idmanla məşğul olmaqla yanaşı endokrinoloq müayinəsindən keçməyiniz tövsiyə olunur. Çünki artıq çəkinizin səbəbi hormonal pozğunluqdursa, pəhriz və etdiyiniz idmanın faydası
olmayacaq yaxud itirdiyiniz çəki təkrar geri qayıdacaq❗
〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰

🌐 https://iraneguliyeva.az/

📱 Əlaqə üçün: (+994) 77 531 43 08
📍 Ünvan: Milli Onkologiya Mərkəzi

👉 https://www.facebook.com/dr.iranaquliyeva/
👉 https://www.instagram.com/dr.iranaquliyeva/

̇lli̇onkologi̇yamerkezi̇

Son vaxtlar nüvə qəzası və ya partlayış zamanı havaya radioaktiv yod buraxıla biləcəyi fikri insanları narahat edir.Radi...
24/10/2022

Son vaxtlar nüvə qəzası və ya partlayış zamanı havaya radioaktiv yod buraxıla biləcəyi fikri insanları narahat edir.
Radioaktiv yodla çirklənmiş hava qida və içki vasitəsilə udulmaqla və ya birbaşa tənəffüslə qalxanabənzər vəzlərdə yerləşə bilər.

🟤 Yod tabletləri və ya damcıları tiroid vəzini radioaktiv yoddan qoruyur və tiroid xərçəngi riskini azaldır. Yəni, yod tabletləri yalnız radioaktiv yoddan qoruyur, digər radioaktiv maddələrdən deyil!

‼️Yod tabletləri və damcıları yalnız mütəxəssis məsləhəti ilə istifadə edilməlidir. Əks halda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər!
Orqanizminizə uyğun yod damcılarından istifadə etmək üçün mütəxəssis dəstəyi almalısınız. Beləliklə, ehtiyacınız olan miqdarı və istifadəni daha sağlam şəkildə təyin edə bilərsiniz.

Qeyd! Yod damcılarının istifadəsi ilə arıqlamaq fikri də tamamilə kommersiyadır və həqiqəti əks etdirmir!
〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰

🌐 https://iraneguliyeva.az/

📱 Əlaqə üçün: (+994) 77 531 43 08
📍 Ünvan: Milli Onkologiya Mərkəzi

👉 https://www.facebook.com/dr.iranaquliyeva/
👉 https://www.instagram.com/dr.iranaquliyeva/

̇lli̇onkologi̇yamerkezi̇

Qalxanabənzər vəzin düyünləri, qalxanabənzər vəz daxilində vəzi təşkil edən hüceyrələrin həddindən artıq çoxalması nətic...
21/10/2022

Qalxanabənzər vəzin düyünləri, qalxanabənzər vəz daxilində vəzi təşkil edən hüceyrələrin həddindən artıq çoxalması nəticəsində əmələ gələn kistik (maye ilə dolu) və ya bərk kütlələrdir.

❕Əhalinin təxminən 5-10%-də müayinə ilə müəyyən edilə bilən tiroid düyünü var. Qalxanabənzər vəzi düyünlərinin tezliyi xüsusilə 50 və yuxarı yaşlarda 50%-ə çatır.
🔹1 sm və daha böyük düyünlər müayinə ilə müəyyən edilə bildiyi halda, adətən qalxanabənzər vəzi düyünləri 1,5 sm ölçüyə çatdıqda adi gözlə fərq edilir.

Qalxanabənzər vəzi düyünlərinin dəqiq səbəbi bilinməsə də, bəzi risk faktorları var.

🔻Ailə tarixi: Ailədə qalxanabənzər vəzin düyününün olması düyün inkişaf riskini artırır.
🔻Yaş: Qalxanabənzər vəzdə düyünlərin yaranma ehtimalı yaşla artır. 50 yaşında qalxanabənzər vəzi düyünlərinin əmələ gəlmə tezliyi 50%-ə çatır.
🔻Cins: Qalxanabənzər vəzi düyünləri qadınlarda daha çox rast gəlinir.
🔻Radiasiyaya (şüa) məruz qalma: Baş və boyun nahiyəsinə radiasiya alanlarda qalxanabənzər vəzi düyünləri daha çox görülür.
🔻Bəzi tiroid xəstəlikləri: Tiroid düyünləri xroniki tiroidit kimi bəzi tiroid xəstəliklərində daha çox olur.
〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰

🌐 https://iraneguliyeva.az/

📱 Əlaqə üçün: (+994) 77 531 43 08
📍 Ünvan: Milli Onkologiya Mərkəzi

👉 https://www.facebook.com/dr.iranaquliyeva/
👉 https://www.instagram.com/dr.iranaquliyeva/

̇lli̇onkologi̇yamerkezi̇

🔷 20 oktyabr- Osteoporozla Ümumdünya Mübarizə Günüdür .Osteoporoz zamanla sümüklərin kalsiumu itirməsi hesabına zəifləmə...
20/10/2022

🔷 20 oktyabr- Osteoporozla Ümumdünya Mübarizə Günüdür .

Osteoporoz zamanla sümüklərin kalsiumu itirməsi hesabına zəifləməsi və kövrəkləşməsi ilə gedən xəstəlikdir.
❕50 yaş üstü hər 3 qadından və hər 5 kişidən birində Osteoporoza bağlı sümük əriməsi görülməkdədir.
60 yaş və yuxarı yaşlarda risk daha da artır.

İtirilmiş sümüyü əvəz etmək çətin, bahalı və vaxt aparan bir prosedurdur. Bu səbəbdən sümük sağlamlığına diqqət edin və osteoporozun qarşısını zamanında alın.

Sümüklərinizin sağlamlığını dəstəkləmək üçün müntəzəm olaraq idmanla məşğul olun, sağlam və balanslaşdırılmış qidalanın, ideal çəkinizi qoruyun, siqaret çəkməyin və zərərli vərdişlərdən uzaqlaşın. Rutin tibbi müayinələri axsatmayın!

20/10/2022

Mövsümi keçidlər zamanı immunitet sistemimizi dəstəkləmək üçün hansı vitamin və minerallara ehtiyacımız var?

🍂 Payızda mütləq qəbul etməli olduğumuz 10 vitamin və mineralı təqdim edirik!

🔸Vitamin C
🔸Vitamin D
🔸Vitamin B
🔸Vitamin A
🔸Vitamin E
🔸Fol turşusu
🔸Vitamin K
🔸Kalsium
🔸Kalium
🔸Maqnezium
〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰 〰

🌐 https://iraneguliyeva.az/

📱 Əlaqə üçün: (+994) 77 531 43 08
📍 Ünvan: Milli Onkologiya Mərkəzi

👉 https://www.facebook.com/dr.iranaquliyeva/
👉 https://www.instagram.com/dr.iranaquliyeva/

̇lli̇onkologi̇yamerkezi̇

Address

Həsən Bəy Zərdabi Prospekti, 79 B
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994775314308

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Dr. İranə Quliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category