16/04/2026
*Hava limanıda implant əməliyyatından sonra*
Çox vaxt pasientlərimizdən endoprotez əməliyyatı sonra klinikadan evə yazılarkən məntiqli bir sual eşidirik : Mənə endoprotez əməliyyatına görə hava limanında təqdim edə biləcəyim bir arayış verə bilərsiz?
Yalnız hava limanlarında deyil, insanların kütləvi toplandığı məkanların girişlərində də təhlükəsizlik yoxlama məntəqələri qurulub - metal detektorları ilə. Əlbəttə ki, endoprotezli bir şəxs girişdən necə keçəcəyindən narahatdır.
Ama belə bir arayış yoxdur və ehtiyac da yoxdur!
Birinicisi mühafizə əməkdaşı hər hansı bir arayışa deyil, təhlükəsizlək qaydalarına uyğun yoxlama aparır. Arayışı terrorist belə əldə edə bilər.
İkincisi, biz rəsmi epikriz (sertifikat) verə bilərik.
Yalnız azərbaycan dilindədir və xaricdə yararsızdır. Əlbəttə, tərcümə edilə bilər.
Amma siz razılaşmalısınız ki, tərcümənin notarial qaydada təsdiqlənməsi ziyarət etdiyiniz ölkənin dilində hər dəfə təqdim olunacaq.
Bu bir əziyyətdir, pul israfıdır və təhlükəsizlək keçidlərində gecikmələrə səbəb olur.
Hər il dünyada iki milyon yalnız diz və bud-çanaq oynaqlarının endoprotezləşdirilməsi əməliyyatı aparılır. Bir neçə milyon osteosintez prosedurları (məsələn, sınıqların müalicəsində istifadə olunan metal lövhələr və vintlər və s.), beləliklə bütün dünyada öz üzərində metal gəzdirən pasientlərin sayı 10 milyonlar deyil, bəlkə də 100 milyonlarladı.
Metal detektorları olan məkanlarda bədəninizdəki metala detektor səsli reaksiya verəcək. Sonra təhlükəsizlik əməkdaşı Sizə protokol üzrə baxış keçirməli. Sizin təhlükəsizlək əməkdaşına əməliyyat barədə xəbər verməyiniz kifayət edir.
Hava limanlarındakı skanerlər isə təhlükəsizlik əməkdaşına Sizin bədəninizin rentgenində endoprotezi çox aydın göstərəcək.
Ən əsası bilməlisiniz ki, detektorlar və skanerlərin Sizin endoprotezə ziyanı və ya təhlükəsi yoxdur.