12/04/2024
Baş ağrısı, başın və ya yuxarı boyunun müəyyən bir hissəsində yaranan ağrı olaraq nəzərdə tutulur.
Baş ağrısı; Küt, kəskin, davamlı, fasiləli, yüngül və ya ağır ola bilər. Baş ağrısı cəmiyyətdə geniş yayılmış bir şikayətdir və baş ağrısı olan insanların 70% də təkrarlanan baş ağrısı olur. Baş ağrısı həyat keyfiyyətinə mənfi təsir göstərsə də, əksər hallarda həyati təhlükə yaratmır. Bununla birlikdə, baş ağrısı ilə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır:
🟥 Ağrı qəfildən ortaya çıxsa və indiyə qədər yaşadığınız ən ağır baş ağrısıdırsa
🟥 Ağrı keçmirsə və şiddəti artarsa
🟥 Baş ağrısı ikili və ya bulanıq görməyə səbəb olarsa
🟥 Ürək bulanma, qusma varsa
🟥 50 yaşdan sonra meydana çıxıbsa
🟥 Baş ağrısı baş zədələnməsindən və ya qəzadan sonra meydana gələrsə
🟥 Boyun sərtliyi və ya qızdırma şəklində özünü göstərirsə dərhal həkimə müraciət edilməlidir.
Ətraflı məlumat və həkimin qəbuluna yazılmaq üçün: 🔻
☎️ +994 55-524-08-74
📌 Kəpəz Hospital
C. Məmmədquluzadə küç. 101A